Rəssamımızın
əsərləri "Lütervil" qalereyasını bəzəyir
Baltimor şəhərinin
"Lütervil" qalereyasında Merilend İnstitutunun
İncəsənət Kollecinin tələbəsi, gənc
rəssam Leyla Rzayevanın əsərləri sərgisi açılıb.
Əvvəllər heç vaxt tələbə-rəssamların
işlərinə maraq göstərməyən qalereya
rəhbərliyinin diqqətini Leylanın rəsmlərinin
qeyri-adiliyi cəlb edib. Onun peyzajlarında əsasən Bakının
təbiəti - kiçik ağaclar, kolluqlar, qumdaşları əks olunub. Azərbaycanlı
tələbə-rəssam öz işlərində yağlı boyaya və
litoqrafiyaya üstünlük verir.
Gələn ilin yanvarınadək davam edəcək sərgiyə
baxmağa hər gün yüzlərlə tamaşaçı gəlir. Rəsm
həvəskarları Leylanın qalereyada nümayiş olunan tablolarını alıb öz
kolleksiyalarına daxil edirlər.
Azərbaycan.-2006.-8 noyabr.-S.8.