Samirə
Rəssamlar İttifaqının yubiley tədbirləri
Dekabrın 13-də Azərbaycan Rəssamlar İttifaqının (Rİ) yaradılmasının
65 illiyi tamam olur. Bu əlamətdar hadisə münasibət ilə Rİ tədbirlər planı hazırlayıb. Yubiley günü mətbuat
konfransı, Səttar Bəhlulzadə adına
Rəsm Qalereyasında Azərbaycanın müasir incəsənəti barədə
təsəvvür yaradan sərgi keçiriləcək.
Dekabrın 14-də Tofiq İsmayılov adına
Uşaq Yaradıcılığı Sarayında və Muzey Mərkəzində yaradıcı gənclərin işlərindən təşkil olunmuş sərgilərin açılışı olacaq. Dekabrın 15-də Rüstəm Mustafayev adına
İncəsənət Muzeyində
"Retro" adı altında
birləşən Azərbaycan
təsviri sənətinin
korifeylərinin əsərlərindən
ibarət sərgi tamaşaçılara təqdim olunacaq. Sərginin təşkilatçılar rəsm
əsərlərinin seçimində
muzeyin kolleksiyasından faydalanıblar.
Yubiley tədbirləri
dekabrm 18-də məşhur
Azərbaycan miniatür ustası Sultan Məhəmməd
adına sərgimüsabiqənin
keçirilməsi ilə başa çatacaq. Sərgi-müsabiqə
Vəcihə Səmədova
adına sərgi
salonunda düzənlənəcək.
Bu müsabiqə iki ildən bir keçirilir. Rəssamların
iştirakına məhdudiyyət
qoyulmayıb. Onların əsərləri nominasiya
üzrə qiymətləndirilir.
Rəssamlar öz işlərini
təsviri sənət,
heykəl-təraşlıq, qrafika
və digər janrlar üzrə nümayişləyirlər. Həmin gün
həmçinin müsabiqənin
qaliblərinin mükafatlandırılması,
respublikanın ən yaxşı rəssamlarına Azərbaycan təsviri sənətinin inkişafındakı
xidmətlərinə görə
xüsusi medalların təqdim edilməsi də gözlənilir.
Həftə içi.- 2006.- 25-27 noyabr.- S. 8.