Zəhra

Azərbaycanlı rəssamın Tolyattidə fərdi sərgisi açılıb

 

Rusiyanın Tolyatti şəhərindəki "Anturay" rəsm qalereyasında azərbaycanlı rəssam Bayram Salamovun fərdi yaradıcılıq sərgisi təşkil edilib. Xatırladaq ki, Şəki şəhərində anadan olan B.Salamov 1990-cı ildən Tolyattidə yaşayır. Bu müddət ərzində istedadlı rəssam dəfələrlə şəhər, ümumrusiya beynəlxalq miqyaslı sərgilərin iştirakçısı, qalibi olub. Onun əsərləri qiymətli rəsm nümunələri kimi Rusiya, Almaniya, İsveç, Kanada, Çexiya, İngiltərə Fransa muzeylərində, həmçinin şəxsi kolleksiyalarda saxlanılır. Yeni sərgisində rəssamın müxtəlif janrlarda 200-ə yaxın əsəri nümayiş etdirilib. Sərgiyə baxmağa gələnlərin əksəriyyəti rəssamın əl işlərini romantik üslublu əsərlər kimi dəyərləndiriblər. Bayram Salamov öz əsərlərində insanlara məhəbbət rahatlıq hissləri, yüksək əhval-ruhiyyə aşılamağa çalışdığını bildirib. Tanınmış samaralı musiqiçi Aleksandr Ars azərbaycanlı rəssamın əl işlərindən ruhlanaraq silsilə kompozisiyalar yaradıb. Sərginin açılış mərasimində həmin kompozisiyalar səsləndirilib.

Həmyerlimizin "Anturay" rəsm qalereyasında açılan sərgisi bir ay davam edəcək.

 

 

525-ci qəzet.- 2006.- 10 noyabr.- S. 7.