Zümrüd

Əyyub Hüseynov - 90

 

Dünən Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə əmakdar incəsənət xadimi, təsviri sənətin görkəmli nümayəndəsi, rəssam Əyyub Hüseynovun 90 illik yubileyi qeyd olundu. Sənətkarın doğum gününə tövhə olaraq, Səttar Bəhlulzadə adına sərgi salonunda rəssamın əsərlərindən ibarət fərdi sərgi təşkil olundu. Qeyd edim ki, sərgidə 69 sənət əsəri nümayiş olundu. Həmin bu əsərlər 1937-1997-ci illəri əhatə edirdi.

Yubiley mərasimini giriş sözü ilə açan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təsviri sənətin rəssamlıq məktəbində əvəzsiz rolundan danışdı. O, qeyd etdi ki, Əyyub Hüseynovun realist üslubda yaratdığı tablolar onun yaradıcılığının böyüklüyünə əyani sübutdur. O, əsərlərində Azərbaycanın gözəlliklərini vəsf etmişdir. Rəssamın yaradıcılığı sovet dövrünün təlatümlü və mürəkkəb illərinə təsadüf edib. Həmin dövrdə o, insanın cəmiyyətdə rolunu böyük ustalıqla təsvir edib. İnsanlarda sənət zövqünün və sevgisinin formalaşmasında rəssamın müstəsna rolu olub. Əyyub Hüseynov vətəninə olduqca vurğulu bir insan idi. O, Azərbaycanın hər bir bölgəsini, təbiətinin gözəlliyini özünəxas üslubda, aydın şəkildə tablolara köçürərək, dolğun ifadə edirdi. Bu mənada "Bakı", "Naxçıvan", "Dağlar", "Xəzər", "Altıağac" kimi əsərləri buna əyani sübutdur. Qeyd edim ki, Əyyub müəllim on il tələbələrinin doğru-düzgün formalaşmasında əlindən gələni əsirgəməyib. Onun gənclərə diqqəti qayğısı hər zaman hiss olunurdu. O, rəssamlıq məktəbinin formalaşmasında bu gün sevilən peşəkar rəssamların timsalında öz tövhəsini verib. Baxmayaraq ki, fırçanın köməyi ilə əks etdirdiyi tablolar bu günümüzdən bir qədər uzaq zamana təsadüf edir, amma bu gün də həmin əsərlərə baxdıqda bir müasirlik duyulur. Onun həyat verdiyi əsərlərin qəhrəmanları, canlandırdığı insanlan bir qismi dünyasını dəyişsə , çoxları adlarını tarixə qızıl hərflərlə yazmış tanınmış simalardır.

Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Əyyub müəllimin sinfində təhsil aldığını söyləyərək, onun şəxsi keyfiyyətlərinə nəzər salaraq, qeyd etdi ki, o, peşəkar müəllim olmaqla yanaşı, həm , gözəl insan idi. Onun qədər sadə təvazökar insan olması tələbələri ilə münasibətindən bilinirdi. Heç vaxt ləbələrinə müəllim kimi yox, bir həmkar, yoldaş kimi yanaşardı. Onun rəhbərlik etdiyi bu gün onlarla rəssam respublika səviyyəsində tanınır.

Sonra Azərbaycan xalq rəssamı Altay Hacıyev çıxış edərək, mərhum yubilyarla bağ xatirələrindən danışdı. Hafizəsində fədakar çalışqan bir insan kimi qalan Əyyub Hüseynovu olduqca istedadlı rəssam kimi qiymətləndirdi. Onun əsərləri Azərbaycan mədəniyyətini müəyyən bir mərhələsini təşkil edir. Onunla bir dövrdə bir sıra tanınmış rəssamlar çiyin-çiyinə bu xalqın mədəniyyəti üçün çalışıb indi onların əsərləri sayəsində həmin dövrün əsərləri gənclərimizö çatdırılır. O, xeyirxah olduğu qədər də, mülayim xarakterli bir insan idi. Onun rəssamlıq məktəbində çalışdığı dövrdə neçə-neçə peşəkar mütəxəssislər yetişdi.

Tədbirin sonunda yubilyarın oğlu Elnur Hüseynov çıxış edərək, bu gün onun üçün atası haqqında danışmağın nə qədər ağır olduğunu diqqətə çatdırdı. O, söylədi ki, bir zamanlar atasının sinfində təhsil alan rəssamlarımız onun müəllimi olublar. O, tədbir təşkilatçılarının iştirakçılarına öz minnətdarlığını bildirdi.

 

Səs.- 2006.- 23 noyabr.- S.12.