Lətif Kərimovun anadan olmasının 100 illiyinə həsr edilmiş sərginin açılışı olub
Azərbaycan Dövlət
Xalça Muzeyində görkəmli xalçaçı-rəssam, alim Lətif
Kərimovun anadan olmasının 100 illiyinə həsr edilmiş sərginin
açılışı olub. Tədbirdə çıxış edən Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev L. Kərimovun yaradıcılığından
danışıb. Onun sözlərinə görə, azərbaycanlı
xalçaçı-rəssamın yubileyi dekabrda UNESCO-nun qərargahında da
keçiriləcək. Akademik Bəkir Nəbiyev isə bildirib ki,
Lətif Kərimov ilk dəfə Azərbaycan xalçalarını tam
olaraq tədqiq edərək onları növlərə, qruplara,
məktəblərə ayırıb. Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Mahmud Kərimov, Azərbaycan Rəssamlar
İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov və
başqaları da söz alaraq L. Kərimovun çoxşaxəli yaradıcılığından söz
açıblar. Muzeyin ekzpozisiyasında
rəssama həsr olunmuş "Ömrün naxışları" adlı sənədli film nümayiş etdirilib. Bununla yanaşı, Lətif Kərimovun yubileyinə həsr edilmiş albom-kataloq da təqdim olunub. Qeyd edək
ki, yubiley sərgisindən avvəl tədbir iştirakçıları Fəxri Xiyabanda Lətif Kərimovun qəbirüstü abidəsinin açılışına qatılıblar.
Vətəndaş həmrəyliyi.- 2006.- 15-19 noyabr.- S.
16.