Lətif Kərimovun qəbirüstü abidəsinin açılış mərasimi olmuşdur
Noyabrın 14-də anadan olmasının 100 illiyi münasibətilə xalq rəssamı, SSRİ dövlət mükafatı laureatı Lətif Kərimovun Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılış mərasimi olmuşdur.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev tədbiri açaraq bildirmişdir ki,
Nazir qəbirüstü abidənin müəllifi heykəltəraş,
əməkdar rəssam
Albert Mustafayevin əsərini
yüksək qiymətləndirmişdir.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, “Azərxalça” birliyinin baş rəssamı Cavanşir Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru İnqilab Kərimov və başqaları Lətif Kərimov haqqında xatirələrini danışmış, onu böyük ziyalı,
xeyirxah və nəcib insan, incəsənətin müxtəlif
sahələrinə dərindən
bələd olan, bir sıra qiymətli
elmi əsərlərin
müəllifi kimi dəyərləndirmişlər.
Lətif
Kərimovun ailəsi adından sənətşünas Eldar Hüseynov tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Abidənin önünə əklil
və tər gül-çiçək dəstələri
qoyulmuşdur.
Xalq qəzeti.- 2006.- 15 oktyabr.- S. 7.