Tofiq Hacı

 

Yüksək mədəniyyətə malik olan

xalqımız həmişə irəli gedərək

inkişaf edəcək, yüksələcək

 

Heydər Əliyev

 

İlk xalça muzeyinin banisi

 

Azərbaycanın Xalq rəssamı Lətif Kərimov - 100

 

Xalqın tarixini qədim zamanlardan bu günədək özündə yaşadan,   milli-mədəni sərvətlərimizin toplandığı qorunub saxlandığı muzeylərimiz bu gün müqəddəs məkana çevrilmişdir.

Azərbaycanı həmişə şərq  mədəniyyətinin beşiyi hesab edirlər. Mədəniyyət tariximiz klassik xnlq ədəbiyyatında, cümlədən xalça məmulatlarında əks olunduğundan hər yerdə heyranlıqla qarşılanıb. Tarixə nəzər salsaq məlum olar ki, orta əsrlərdə Azərbaycan Şərqdə xalçaçılıq mərkəzlərindən biri olmuşdur. Bundan başqa, Azərbaycanda toxunan xurcun, palaz, kilim, heybənin tarixi kitablarda da iftixarla yazılıb.

Hələ 982-ci ildə "Hudud əl-aləs" əlyazmasında göstərilir ki, Azərbaycan şəhərləri, o cümlədən Naxçıvan, Muğan öz xalçaları, palazları çuvalları ilə məşhur olmuşdur. Hətta məşhur tarixçi Əbu Cəfər Məhəmməd öz əsərində göstərir ki, Azərbaycanın şimal-şərqində yüksək keyfiyyətli xalçalar istehsal olunmuşdur. Bundan başqa, tarixçi səyyah ƏI-Müqəddəsi (X əsr) Azərbaycanın Bərdə şəhəri onun bazarlarını təsvir edərək yazır ki, Azərbaycanda ipək geyim paltarları toxunan palazları, xalçaları, seçimləri dünya söhrəti qazanmışdır. Azərbaycanın klassik ədəbiyyatında da Qətran Təbrizinin (XI əsr), Nizami Gəncəvinin, Xəqani Şirvanın (XIII əsr) əsərlərində Azərbaycanın xalçası, ipəyi, qiymətli toxunma məmulatları xüsusi zövqlə qələmə alınmışdır. Sonra isə vertesiyalı Marko Polo qeydlərində Azərbaycanda bütün dünyada şöhrət qazanmış parçalar, xalçalar hazırlayan əvəzsiz sənətkarlar oldugunu bildirir, XIII-XlV əsrlərdə Azarbaycanda xalça ustaları artıq ipək xalçalar toxuyarkan qızıl gümüş saplardan, qiymətli daş-qaşlardan bacarıqla istifadə etmişlər. Ona görə da Avropanın digər xarici ölkələrin tarixçiləri, səyyahları diplomatları Azərbaycana səfər zamanı hədiyyə olaraq özləri aparmış va öz ölkələrində nümayiş etdirmiş Azərbaycanı tanıtmışlar.

Tarixi vərəqlədlkcə tam aydın olur ki, neçə yüz il bundan əvvəl Şirvanda, Qarabağda, Naxçıvanda, Abşeronda, Qubada, Qazaxda, Gəncədə, Muğanda toxunmuş keyfiyyətli, gözəl, cəlbedici, öz çeşidi ilə seçilən xalçalarımız bu gün Qərbi Avropa ölkələrinin, Amerikanın, Fransanın, İtaliyanın, İspaniyanın, Moskvanın ən böyük tanınmış muzeylərində özünə layiqli yer tuturlar.

Naxçıvanda isə əsasən XV-XVII əsrlərdə xalçaçılıq daha çox inkişaf etmişdir, Beiə ki, o dövrdə toxunan xalça yüksək texnikası, bədii gözəlliyi ilə şeçilmişdir. Yəni Naxçıvanda istehsal olunan xalçalarda ecazkar sənətkarlardan naxçıvanlı Əcəmi, Əbubəkr (XIII əsr), Əhməd Əyyuboğlunun hazırladıqları naxışlardan istifadə olunmuşdur.

Xalça sənətini dərindən öyrənən onun tarixini əbədiləşdirən sənətkar rəssamlardan biri Azərbaycanın xalq rəssamı, Azərbaycanda 1967-ci ildə ilk xalça muzeyini yaradan Lətif Huseynoğlu Kərimovdur. Hörmətli prezidentimiz İlham Əliyev bu ilin noyabr ayında L.Kərimovun 100 illik yubileyinin keçirilməsi üçün sərəncam imzalamışdır.

Milli yaradıcı ziyalılarımızdan biri, Azərbaycanın xalq rəssamı, SSRİ  Dövlət mükafatı laureatı LKərimov 1906-cı ildə noyabrın 17-də Azərbaycanın döyünən ürəyi, səfalı diyar, görkəmli şairlər, rəssamlar, xanəndələr, məşhur musiqiçilər məskəni olan Şuşa şəhərində anadan olmuşdur. Onun uşaqlıq illəri bu gözəl diyarda keçmişdir. O, elə xalça sənətininin sirlərini burada öyrənmişdir. Hələ 6 yaşında olanda L.Kərimov ailə vəziyyəti ilə əlaqədar olaraq Azərbaycanı tərk etmiş, İranın Məşhəd şəhərinə köçmüşdür. Xalça sənətinə marağı onda anası Telli Hacınəsib qızı oyatmışdır. İlk xalça naxışlarını da L.Kərimov bu mühitdə görmüş ona meyl etmişdir. Xalçaya L.Kərimov anasının toxuduğu ilk tünd göy ilməri salmışdır. Məhz buna görə L.Kərimov məktəbdə oxuduğu zaman öz müəllimlərini yaşıdlarını heyran qoymuşdur. 1922-ci ildə o, orta məktəbi bitirdikdən sonra Mirzə Ələkbər Hüseynzadənin xalça emalatxanasında əmək fəaliyyətinə başlayır. Burada əvvəlcə köməkçi, sonra təlimatçı, sonra isə xalça eskizləri üzərində işləyən rəssam kimi püxtələşmişdir. 1929-cu ildə doğma torpağı Şuşa Lətifi yenidən qoynuna alır. Bir il sonra o, "Azərxalça" birliyində rəssam təlimatçı vəzifəsinə əvvəl Şuşaya, Tiflisə 1932-ci ildə Bakıya təyin edilir.

L.Kərimov 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası Arxitektura incəsənət İnstitutunun xalça sənəti şöbəsinin dəyişilməz müdiri həm M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetində pedaqoji aparmağa başlayır.

Artıq L.Kərimov xalça sənəti üzrə dünya şöhrəti qazanmış, xalça yaradıcılığının fəal təbliğatçısı, dekorativ-tətbiqi sənət sahəsində görkəmli nəzəriyyəçi alim, 3 cildlik "Azərbaycan xalçası" monoqrafiyasının müəllifi kimi məşhur idi.

 1967-ci ildə Bakı şəhərində ilk Dövlət xalça xalq tətbiqi sənəti muzeyi, alim-rəssamın milli mədəniyyətimizə sanballı töfhəsi olmuşdur. 1983-cü ildə L.Kərimov Bakıda "Şərq xalçalarının incəliyi" adlı Beynəlxalq simpozium, 1988-ci ildə isə "Azərbaycan xalça sənəti" adlı beynəlxalq simpozium keçirmişdir. Hər iki simpoziumda dünyanın, xarici ölkə nümayəndələrinin, xalça sənətinin bilicilərinin, onun müxtəlif sahələrlnin mütəxəssislərinin buraya cəlb edilməsi L.Kərimovun gərgin əməyinin bəhrəsidir. Böyük alman mütəfəkkiri Höte deyir ki, "elm adamından tələb olunan yeganə şey həqiqətə sədaqət məhəbbətdir". L.Kərimovun da ən böyük üstünlüyü onun xalça sənətinə, mədəniyyətimizə olan sədaqəti məhəbbətidir ki, o, dünya şöhrəti qazanıb.

L.Kərimov hələ 1937-ci ildə öz ecazkar incə sənəti ilə Parisdəki sərgidə, 1938-ci ildə Nyu-York sərgisində iştirak etməyi Azərbaycan xalçaçılıq mədəniyyətinin şöhrətini yüksəltmişdir. Onun 1986-cı ildə isə Londonda fərdi sərgisi böyük ləyaqətlə nümayiş etdirmişdlr. Bundan başqa, 1976-cı ildə Bakıda, 1978-ci ildə Tiflisdə rəssamın şəxsi sərgiləri keçirilmişdir. L.Kərimovun "Əcəmi" süjetli xalçası YUNESKO-nun Parisdəki daimi sərgisində kolleksiyasına daxil edilmişdir. "Əsrlərin nəğməsi" adlı nadir xalçası isə "Kalaki" Böyük Britaniya firmasında xüsusi yer tutaraq saxlanılır.

L.Kərimovu xalqa sevdirən onun hər şeydən əvvəl gördüklərinə duyduqlarına yaradıcı münasibət bəsləməsidir. Onun yaratdığı əsərlərində klassik irsdən gəlmə cəhətlər - kompozisiyalar bitkinliyi, məna dərinliyi, inandırıcı şərtlik sənətkarın gözəçarpan keyfiyyətləridir. L.Kərimovun xalça rəssamı kimi yaratdığı "Əfşan", "Əcəmi Naxçıvani", "Xətai", "Ağaçlı", "Bəndi-rumi", “Firdovsi”, "Şəbi-hicran", "Əsrlərin nəğməsi" əsərləri Azərbaycan xalçaçılığının incilərindəndir. Onun ən uğurlu əsəri olan "Əfşan" 26 yaşında yaratdığı əsərdir. Çünki bu əsər naxış mürəkkəbliyi sadəliyi buruğun dövrəsinin ölçüsünə görə fərqlənir onun yüksək sənətkarlığı nümayiş etdirilir.

Dahi ölməz sənətkar, dünya şöhrətli rəssam, xalça ustası 6 yaşından ömrünü xalça sənətinə həsr etmiş 85 yaşında dünyasını dəyişmişdir.

L.Kərimovun milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq rəssamı, SSRİ Dövlət mükafatı, "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", "Xalqlar dostluğu" ordenləri ilə təltif olunmuşdur, Görkəmli alim-rəssam xalça ustası, L.Kərimovun 100 illik yubileyi ilə əlaqədar olaraq onun bizə bəxş etdiyi muzeydə olduq. Muzeyin kollektivi ilə görüşdük. Xalça muzeyinin direktoru Röya Tağıyeva Aygün Abbasova ilə söhbət etdik. Öyrəndik ki, kollektiv L.Kərimovun 100 illiyinə ləyaqətlə hazırlaşırlar. Hərtərəfli planı tutulub, lazımi vəsaitlər hazırlayıblar. Yubileyə nüfuzlu idarə təşkilatlardan rəhbərlər dəvət olunublar. Jurnalistlər tədbiri işıqlandırmağa dəvət olunublar.

Azərbaycan xalqının istedadlı oğlu, rəssam, alim, müəllim maarifçi L.Kərimovun nurlu xatirəsi hamımızın qəlbində əbədi yaşayacaqdır. Onun keçdiyi həyat yolu, gənc nəsil üçün əsl tərbiyə məktəbidir.

 

Azad Azərbaycan.- 2006.- 15 noyabr.- S. 6.