Daşkəsən şəhərində ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı

 

Oktyabrın 31-də Daşkəsən şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti
İlham Əliyev heykəlin üzərindən ağ örtüyü götürdü. Postamentlə birlikdə abidənin hündürlüyü 6 metrdir. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev burada salınmış Heydər Əliyev parkına da baxdı, burada sakinlərin istirahəti üçün yaradılmış şəraiti, görülmüş abadlıq işlərini yüksək qiymətləndirdi.

Azərbaycan.-2006.-2 noyabr.-S.2
.