Rüstəm Z.
Fikrət Əmirovun
xatirə lövhəsi açılıb
Dövlət başçısı İlham Əliyevin
müvafiq sərəncamı ilə tanınmış bəstəkar Fikrət
Əmirovun Tərlan Əliyarbəyov küçəsi, 2 ünvanında,
vaxtilə yaşadığı binanın üzərində xatirə lövhəsinin
açıhş mərasimi keçirilib.
Tədbirdə çıxış
edən Mədəniyyət və Turizm naziri Əbülfəs
Qarayev bəstəkarın Azərbaycan musiqisini dünyaya tanıtdırdığını
deyib: "Fikrət Əmirov kimi bəstəkarın barelyefinin
açılışında iştirak etmək mənim üçün böyük fəxrdir. Onun musiqisi
bütün dünyaya yayılıb və bu gün də hər bir insanın
qəlbində yaşayır. Dünyanın ən tanınmış musiqişünasları
Fikrət Əmirov musiqisinə pərəstiş edirlər. O,
ancaq bəstəkarhğı ilə deyil, eyni zamanda insanlığı ilə
də hər bir insanın ürəyinə yol tapmışdı".
Nazir bildirib ki, barelyef
bəstəkarın ad günü münasibəti ilə hazırlanıb. Bakı Musiqi
Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli də
F.Əmirov kimi bəstəkara hər zaman ehtiyac duyulduğunu
vurğulayıb:
"Fikrət Əmirov musiqisi hər bir insanı ayağa qaldıracaq qədər güclüdür. Bu musiqi öz gücünü bu gün də yaşaması ilə təsdiq edib. Çox sevinirəm ki, bu cür dahi bəstəkarlarla ünsiyyətdə olmuşam".
Azərbaycan
Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov da Fikrət
Əmirov musiqisinin vurğunu olduğunu söyləyib. Bəstəkarın
oğlu Cəmil Əmirov və qızı Afət Xəlilova barelyefın
hazırlanmasına görə təşəkkürlərini bildiriblər. Qeyd
edək ki, xatirə lövhəsinin müəllifi heykəltəraş, akademik
Ömər Eldarovdur.
Ayna.-2006.- 24 noyabr.- S. 8.