Kəngərli Q.
Almatıda keçirilmiş Beynəlxalq
moda həftəsində
Fəxriyyə Xələfova
diploma layiq görülmüşdür
“Pro Mode” Beynəlxalq Agentliyi, Qazaxıstanın Moda
Palatası və Almatı Şəhər Hakimiyyətinin birgə
təşkilatçılığı ilə noyabrın 22-dən 25-dək Almatıda
Beynəlxalq moda həftəsi keçirilmişdir.
Dünyanın 10 ölkəsindən
gəlmiş 30-dan artıq moda ulduzu arasında
Azərbaycanı, müxtəlif
beynəlxalq sərgilərdə
uğur qazanmış tanınmış modelyer Fəxriyyə Xələfova
təmsil etmişdir. Moda bayramında onun yaz-yay mövsümünə
aid "Azərbaycan milli geyimləri" orijinal kolleksiyası nümayiş etdirilmiş və diploma layiq görülmüşdür. Fəxriyyə Xələfovanın
kolleksiyası münsiflər
heyətinin və tamaşaçıların böyük rəğbətini qazanmış və o, gələn
il Astanada keçiriləcək nüfuzlu moda festivalına dəvət almışdır.
Xatırladaq ki, Fəxriyyə Xələfova
Almatıda 2000-ci ildə keçirilmiş beynəlxalq moda müsabiqəsində də iştirak etmişdi və o zaman da
onun kolleksiyası diploma layiq görülmüşdür.
Azərbaycan.-2006.-28
noyabr.-S.6.