"Azərbaycan milli
geyimləri"
Fəxriyyə Xələfovanın kolleksiyası beynəlxalq festivalın diplomuna layiq görülüb. 22-25 noyabrda Almatıda keçirilən Beynəlxalq Moda Həftəsində azərbaycanlı modelyer Faxriyyə Xaləfovanın kolleksiyası diploma layiq görülüb. Modelyerin mətbuat xidmətindən bildirilib ki, beynəlxalq tədbir Qazaxıstanın Moda Palatası və Almatı şəhər hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə dünyanın 10 ölkəsindən 30-dan artıq modelyer iştirak edib. Tədbirdə F. Xələfovanın "Azərbaycan milli geyimləri" orijinal kolleksiyası nümayiş etdirilib.
Qeyd edək ki, Fəxriyyə Xələfova gələn
il Astanada keçiriləcək beynəlxalq
moda festivalına dəvət olunub.
Palitra.- 2006.- 28 noyabr.- S.13.