"Best Model of Azerbaijan" yarışması
start götürdü
Münsiflər heyətinə
Türkiyənin tanınmış sənətçiləri də qatılıb
Heydər Əliyev adına
Sarayda əməkdar artist Aygün Kazımovanın rəhbərliyi ilə
"Best Model of Azerbaijan" moda yarışması start götürdü. Yarışmada
iştirak etmək üçün dünən gecə Türkiyənin tanınmış sənətçisi
Nükhet Duru, "Best Model of the World"ün prezidenti Erkan Özerman,
“Best Model of the World”ün qalibi Tuçə Bakıya təşrif buyurublar. Bu
barədə APA-ya malumat verən A. Kazımova bildirib ki, yarışma öz
qeyriadiliyi ilə yadda qalacaq:
"Reklam çarxlarından adını
eşitdiyiniz türkiyəli qonaqlarım - müğənni Nükhet Duru, "Best
Model of the World"ün prezidenti Erkan Özerman, "Best Model of the
World"ün qalibi Tuçə və digər musiqili qonaqlarım artıq
Bakıdadırlar. Bu gün onlar Azərbaycan tamaşaçıları qarşısında çıxış edəcəklər".
Müsabiqənin münsiflər
heyətinə gəlincə, burada adları çəkilən
qonaqlarla yanaşı, Azərbaycandan müğənni özü, Nahid Kabakçı, Çenk
İçten, Mədəniyyət və Turizm, Gənclər və idman
Nazirliklərinin əməkdaşı təmsil olunacaqlar. Lakin yerli
modelyerlər bu müsabiqəyə cəlb olunmayıblar. Xatırladaq ki,
Leyla Əhmədova ilə Aygün Kazımova hələ də
küsülüdürlər. Fəxriyyə Xələfəvanın isə
Bakıda olmadığını deyən Aygün Kazımova buna görə də bu
modelyerin də yarışmaya qatılmayacağını qeyd edib.
Şərq.- 2006.- 25 noyabr.- S. 14.