Kəngərli Q.
Almatıda keçirilən Beynəlxalq Moda
həftəsində
tanınmış Azərbaycan
modelyeri də iştirak edir
Noyabrın 22-də Almatıda
Pro Mode Beynəlxalq Agentliyinin Qazaxıstanın Moda Palatası və
şəhər hakimiyyəti
ilə birgə
təşkil etdiyi beynəlxalq moda
həftəsi açılmışdır. Dünyanın 10 ölkəsindən gələn
moda ulduzları arasında ölkəmizi müxtəlif beynəlxalq sərgilərdə
uğurla təmsil edən tanınmış Azərbaycan modelyeri
Fəxriyyə Xələfova da vardır və noyabrın 25-dək
davam edəcək moda bayramında o, öz orijinal kolleksiyasını nümayiş
etdirəcəkdir.
Fəxriyyə
Xələfova bundan əvvəl də Almatıda keçirilən
beynəlxalq moda sərgilərində iştirak etmiş münsiflər heyətinin
və tamaşaçıların böyük rəğbətini qazanmış, kolleksiyaları
diplomlara layiq görülmüşdür.
Respublika.- 2006.- 23 noyabr.- S. 8.