Əbülfəs Qarayev “EKO-ETNO-Folk” festivalının qaliblərinə mükafatlar təqdim edib
Rumıniyada keçirilən “EKO-ETNO-Folk” beynəlxalq film festivalında
iştirak edərək, müxtəlif nominasiyalar üzrə qalib olan həmyerlilərimiz dünən Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
mükafatlandırıldı. Festivalda rejissor Yusif Quliyevin “Keçid” bədii filmi xüsusi mükafata və I mükafata layiq görülüb.
Digər
bir rejissor İqbal Məmmədəliyevin
“Azərbaycanın qədim
tarixi abidələri”
filmi isə eko-turizm üzrə mükafata layiq görülüb. Bir müddət öncə
isə Smolenskdə baş tutan beynəlxalq
film festivalında Eldar Quliyevin quruluşunda ekranlaşdırılan “Girov” filmi ən yaxşı
musiqi işinə görə qalib olub. Qalibləri mükafatlandırılma mərasimində
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxış edərək film sahəsindəki bu uğurlu hadisəni yüksək qiymətləndirdi.
Filmlərimizin beynəlxalq
festivallarda iştirakını milli kinematoqrafiya sahəsinin uğurları kimi dəyərləndirən
Ə.Qarayev dedi ki, “Bir dövlət
məmuru olaraq, 3 filmin yaradıcısına mükafat təqdim etmək böyük fəxrdir. Baxmayaraq ki, bu gün Azərbaycan kinosu sahəsində bir çox uğurlar
əldə olunub, amma bu sahədə
görüləcək işlərimiz
çoxdur. Və mən inanıram ki, bu yöndə
daha da böyük
nailiyyətlər qazanacağıq.
Bizlər üçün baş ucalığıdır ki, vətənpərvərlik ruhunda
çəkilən “Girov” filmi artıq 4-cü festivaldır ki, ölkəmizi layiqincə təmsil edir”.
Sonra nazir qalibləri diplom ilə mükafatlandıraraq, təbrik etdi. Qaliblər sırasında olan
bəstəkar Siyavuş Kərimi layiq görüldüyü mükafat üçün fəxr etdiyini söylədi. “Bu mükafatçılar sırasında
Fikrət Əmirov və Müslüm Maqomayevin adı var. Adımın belə dahilər sırasında olması bu gün
də Azərbaycan musiqisinin zənginliyinin qorunub saxlanılmasından xəbər verir. Köklü tarixi olan musiqimizin
layiqincə davam etdirilməsi bu gün bizlərdən asılır”. “Girov”
filminin rejissoru Eldar Quliyev isə
rejissoru olduğu ekran işinin bir
daha mükafata layiq görülməsini bütün Azərbaycanın uğuru kimi dəyərləndirərək,
tələbələrinin də
uğuruna sevindiyini diqqətə çatdırdı.
“İnanıram ki,
bu işlər onların yaradıcılığında qiymətləndirilən son uğur
yox, hələ ilk işlərdir”.
Yeni Azərbaycan.-2006.-1 noyabr.- S. 8.