Nəzakət
"Kişiləri
qoruyun" filminin təqdimatı olundu
Filmin ideyası cəmiyyətlə sıx bağlıdır
Şəhriyar adına Bakı
Mədəniyyət Mərkəzində "Kişiləri
qoruyun" adlı bədii filmin təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimini giriş sözü ilə açan respublikanın əməkdar
artisti Ramiz Əzizbəyli çıxış edərək "Kişiləri
qoruyun" filmi və onun yaradıcı heyəti haqqında danışdı. O,
Əhməd Orucoğlu haqqında fikirlərini iştirakçılarla bölüşdürdü:
"Əhməd Orucoğlu olduqca səmimi insan, istedadlı, yaradıcı
şəxsdir. O, ilk addımlarını Azərbaycan dövlət televiziyasında
atmışdır. Televiziyanın çox görkəmli yaradıcı şəxsləri ilə
bərabər işləmiş, yaradıcılıq fəaliyyətini davam
etdirmişdir. Onun ssenarisi əsasında bir çox filmlər bədii
həllini tapmışdır".
Aktyor çıxışında
Azərbaycan kino sənəti tarixində, eləcə də
yaradıcı şəxslərin əməyinin üzə çıxarılmasında rolu
olan Azərbaycan Dövlət Teieviziyasının xidmətlərini qeyd
etdi. Belə ki, 50 illik yubileyini qeyd edən Azərbaycan
televiziyasının ekranlarından saysız tamaşaçılara kino sənəti
tarixinin nadir nümunələri olan filmlər nümayiş etdirilmiş, onlarda
kinofilmlərə qarşı məhəbbət oyanmışdır.
Ramiz Əzizbəyli "Kişiləri qoruyun" filminin yaradıcı heyəti haqqında iştirakçılara məlumat verdi. Qeyd etdi ki, filmin ssenari müəllifi Əhməd Orucoğlu, quruluşçu rejissoru Şərif Qurbanəliyev, bəstəkarı Natiq Qəzənfəroğlu, rəssamı Məlahət Səmədzadə, operatoru Adil Abbasdır. Filmdə əsas rolları tanınmış aktyorlar, respublikanın xalq artisti Yaşar Nuri, əməkdar artist Çingiz Əhmədov, Ramiz Əzizbəyli, aktyorlardan Nəsibə Eldarova, Coşqun Rəhimov, Tural Əsədov, Qurban Mənsimov oynayırlar.
Ramiz Əzizbəyli təqdimat mərasimində çıxış üçün sözü Əhməd Orucoğluna verdi. Filmin yaranma səbəbindən, beiə bir mövzuda ssenari yazmasından söz açmaqla yanaşı, Azərbaycan televiziyasının əvəzsiz xidmətlərini də qeyd etdi. "Kişiləri qoruyun" filminin ssenarisini yazmaq qərarına gəlincə isə, o, qeyd etdi ki, bu filmin ideyası, məhz cəmiyyəti həyatından yaranmışdır.
Yaradıcı şəxslərin qısa çıxışlarından və təqdimatından sonra, iştirakçılara "Kişiləri qoruyun" filmi təqdim olundu. Filmdə baş və epizodik rolların ifaçıları öz qəhrəmanlarını xarakterinə uyğun bir şəkildə oynamağa çalışmışlar. Janr etibarı ilə komik olan film tamaşaçıda gülüş doğursa da, əslində, bu gülüşün arxasında islahedici bir gülüş dururdu. Müəllif, eləcə də rejissor bu baxımdan çıxış edərək filmin ideya və məzmununa dolğunluq bəxş etməyə cəhd göstərmişlər.
Müəllifin və rejissorun ideyasını gerçəkləşdirməyə
çalışan aktyorlar isə potensial qüvvələrindən istifadə
edərək "Kişiləri
qoruyun"un ideyasını qabartmaq məqsədilə tərəf
müqabili olduqları obrazlarla canlı ünsiyyət
yaratmağa müvəffəq
olmuşlar. Yəni bu ünsiyyət onların səmimi ifaları, çıxışları ilə özünü göstərirdi. Cəmiyyət
və ətraf mühitdə baş verən proseslərin əksi bu filmdə
bədii, obrazlı bir şəkildə təqdim olunmuşdur. Obrazları öz dilində
və qiyafəsində
canlandıran aktyorların əksəriyyəti professional olsa
da, filmdə olduqca gənc olan yaradıcı şəxslər
də rol almışdılar.
Səs.- 2006.- 16 noyabr.- S. 12.