Məhəbbətoğlu Q., Əsgər Babək
Göyçayda “Nar bayramı”
el bayramına çevrildi
Göyçayda təbiətin bütün fəsilləri, təbii ki, gözəldir. Amma bu ilin son baharı Göyçay daha füsunkar görünürdü. Ona bu füsunkarlığı gətirən rayonun tarixində ilk dəfə keçirilən “Nar bayramı” oldu. Onu da deyək ki, rayonun sosial-iqtisadi inkişafına, məişət və mədəniyyətinə tarixi baxış kimi dəyərləndirilən bu bayram əsl el şənliyinə çevrildi.
Göyçayda “Nar bayramı”na şəhərin
giriş qapısında qonaqların qarşılanması ilə start verildi. Burada milli geyimdə olan məktəbli qızlar tədbirə təşrif buyurmuş qonaqları mehribanlıqla qarşıladılar. Göyçay Rayon Mədəniyyət Evinin solisti Ata Şərifov və Aşıq Əhliman isə onları Göyçaya həsr olunmuş mahnılarla salamladılar.
“Nar ağacı, nar çiçəyi”
Göyçayda “Nar bayramı”na şəhərin
giriş qapısında qonaqların qarşılanması ilə start verildi. Burada milli geyimdə olan məktəbli qızlar tədbirə təşrif buyurmuş qonaqları mehribanlıqla qarşıladılar. Göyçay Rayon Mədəniyyət Evinin solisti Ata Şərifov və Aşıq Əhliman isə onları Göyçaya həsr olunmuş mahnılarla salamladılar. Aşıq Əhlimanın ifa
etdiyi “Nar ağacı, nar çiçəyi”
mahnısı bütün tədbir iştirakçılarının ürəyincə oldu. “Super Market”in qarşısında
qonaqları Göyçay Musiqi Məktəbinin şagird və müəllimlərindən ibarət
xor mahnılarla salamladı. Rayonun tanınmış idmançıları
da maraqlı proqramla çıxış etdilər. Heydər Əliyev prospektindəki Heydər Əliyev büstünün qarşısında isə “Nar bayramı”nın rəsmi açılışı oldu. Azərbaycanın
bütün bölgələrində,
eləcə də Göyçayda iqtisadi inkişafın özünü göstərdiyini vurğulayan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev bayram çərçivəsində
açılışı nəzərdə
tutulmuş Göyçay Süd Açıq Səhmdar
Cəmiyyətinin nar məhsullarının istehsalı ilə məşğul olacaq sexinin bu inkişafa növbəti
töhfə olduğunu xatırlatdı. Onun sözlərinə görə, 4,5 milyon ABŞ dolları
həcmində sərmayə
qoyulmuş bu sex Göyçay narının dünya miqyasına çıxarılmasında mühüm rol oynayacaq. O, eyni zamanda göyçaylıların belə bir arzusunu
da dilə gətirdi: “Göyçayda nar muzeyi də
təşkil edilməlidir”.
İlk dəfə bu tipli tədbirin
Şəkidə keçirildiyini
vurğulayan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev estafetin Göyçaya ötürüldüyünü qeyd edərək: “İnanıram ki, biz Şuşada da bu
cür tədbir keçirəcəyik, - dedi. Daha sonra nazir bildirdi
ki, respublikanın bütün bölgələrində
buna oxşar tədbirlərin keçirilməsi
artıq Respublika Prezidentinin də diqqət mərkəzindədir.
O, göyçaylıların muzey arzusunun da reallaşması
üçün əlindən gələni əsirgəməyəcəyinə
söz verdi.
Qaliblər mükafatlandırıldılar
Göyçay Rayon Uşaq Əyləncə Mərkəzində
Göyçayın bütün mədəni həyatını özündə əks etdirən canlı stendlər maraqla qarşılandı. Burada tədbir iştirakçıları əsrlərin xalıları, Göyçayın tarixi eksponatları, eləcə də folklor nümunələri ilə
Burada narla bağlı maraqlı
yarışlar da keçirildi. Narın bir giləsini
də yerə salmadan yeyən rayonun Şəkər kənd sakini Məcid Əhmədov və narın şirəsini
sıxmaqla litrlik bankanı dolduran Alxasava kənd sakini Mübariz Zeynalov qalib oldular. M. Əhmədov
100, Mübariz isə 200
ABŞ dolları ilə mükafatlandırıldılar.
Tədbir Yeni Nar Emalı sexinin açılışı
və respublikanın tanınmış incəsənət
xadimlərinin iştirakı ilə keçirilən maraqlı repertuarla davam etdirildi. Atəşfəşanlıq isə “Nar bayramı”nın
finalına daha bir füsunkarlıq gətirdi.