Samirə

 

Bakıda “Ağılsızlar” klubu açıldı

 

Noyabrın 23-25-i tarixlərində Bakıda Avropa filmləri festivalı keçirilir. "Ankara Sinema Dərnəyi"nin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dayağı sayəsində baş tutan festivalı filmləri "Niza-mi" kinoteatrında nümayişlənəcək. Üç gün ərzində Bakı kinosevərləri beynəlxalq müsabiqələrdə uğur qazanmış 5 türk və 16 Avropa tammetralı və qısa-metrajlı bədii filmə baxa biləcəklər. Festival çərçivəsində uşaqlar üçün ayrıca proqram nəzərdə tutulub.

Avropa fılmləri festivalı artıq 11 ildir səyyar şəkildə keçirilir. Hər il Türkiyənin müxtəlif şəhərlərinin sinema həvəsliləri məxsusi tərtiblənmiş proqram üzrə ekran əsərləri ilə tanış olurlar. Bu il festival Bakıdan savayı Tbilisidə də düzənlənəcək. Bakılı kinomanlarla görüşmək üçün türk kinorejissoru Tunc Okan və "Ankara Sinema Dərnəyi"nin sədri Əhməd Bəyaçıoğlu şəhərimizə təşrif buyurublar. Festival günlərində şəhər cizgi filmlərinin nümayişi ilə başlayır. Balaca tamaşaçılar noyabrın 23-də Hollandiya multfilmləri toplusunu seyr etmək imkanı qazandılar.

Dünən həmçinin Eduardo Molinaronun "Ağılsızlar klubu" (Fransa, 1978-ci il), Doreti Kedzirzovskayanın "Mə burdayam" (Polşa, 2005-ci il) və Çağan-İrınakın "Ata və oğul" (Türkiyə, 2005-ci il) filmləri nümayişlənib.

 

Həftə içi.- 2006.- 24 noyabr.- S. 8.