Samirə

 

SSRİ  "Dövlətkino"nun erməni uydurmaları

ya "Atları yəhərləyin" filmi nələrdən keçib

 

Azərbaycan tarixindən məlumdur ki, ölkəmizdə qaçaq hərəkatı XIX əsrdə XX əsrin əvvəllərində kəndli hərəkatının mübarizə formalarından biri idi, bir növ partizan hərəkatını xatırladırdı. Qaçaq Nəbi, Qaçaq Adıgözəl, Qaçaq Kərəm, Qaçaq Zahid, Qaçaq Yusif, Qandal Nağı, Qatır Məmməd kimi igidlərin adları qaçaq hərəkatı tarixində xüsusi yer tutur.

XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına tacirlərinə qarşı yaranmış silahlı kəndli dəstələrindən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun omür-gün yoldaşı qorxmaz Həcər belə bir qəhrəmana layiq xatun idi. Qaçaq Nəbi yeganə adamdır ki, hələ sağlığında xalq ona dastan, saysız-hesabsız mahnı qoşmuş, onun haqqında müxtəlif əfsanələr yaratmışdılar. Bu dastanlar, mahnılar Nəbinin sağlığında da, sonralar da, indi Azərbaycan toylarında, məclislərində xanəndələr, aşıqlar tərəfındən oxunmuş oxunur.

Azərbaycanın xalq şairi Süleyman Rüstəmin Qaçaq Nəbiyə həsr etdiyi eyniadlı pyesi uzun illər Azərbaycanın müxtəlif teatrlarının repertuarını bəzəyib.

Teatr kino aktyoru kimi tanınan sevilən mərhum Həsənağa Turabov kinoaktyor kinorejissor Əbdül Mahmudovun quruluş verdikləri "Atları yəhərləyin" tarixi-macəra fılminin (ssenari müəllifləri S.Rüstənı, Ə.Muğanlı) əsasını "Qaçaq Nəbi" dastanı təşkil edir.

Kinoşünas Aydın Dadaşov bu el qəhrəmanının ekran taleyi ilə bağlı yazır ki, ssenaridə 1890-1895-ci illərin ictimai-tarixi mühiti fonunda xalq qəhrəmanının sənədli portreti təqdim olunur. İnqilab yolu ilə hakimiyyəti ələ alsa da, köklü problemləri həll edə bilməyən Nəbinin şikayətçilərə öküzləri, torpaqları birləşdirmək ideyasını verməsi, özünün isə peşəkar inqilabçılıqla məşğul olmaq həvəsində qalması onu süni yolla bolşevizmə bağlayır.

Bu başqa cür ola da bilməzdi. Çünki tarixi-inqilabi filmlərdə olduğu kimi, tarixi, tarixi-bioqrafık kino əsərlərində əsas ideya sovet ideologiyasına bağlanırdı. Baxmayaraq ki hadisələr sovet hakimiyyəti qurulmamışdan xeyli əvvəllərə, hətta bir neçə əsr keçmişə gedib çıxırdı. Bu, sovet hökumətinin yaradıcı adamlar qarşısında qoyduğu vəzifələrdən irəli gəlirdi, dövrün reallığı idi.

"Atları yəhərləyin" fılmi Nəbinin həyatının son illəri haqqında danışır. Hökumət adamları Nəbiyə açıq mübarizədə qalib gələ bilməyəcəklərini görüb, xəbis, yaramaz hərəkətlərlə onu aradan götürə bilirlər.

Filmin bədii dəyərləri ilə yanaşı, ən maraqdoğuran məqamlardan biri kino lentinin ekrana çıxana qədərki mərhələdir. Məsələ burasındadır ki, bu fılm hələ istehsalatda olarkən ermənilər hər cür böhtanla Qaçaq Nəbini quldur kimi qələmə verməyə, onun yüksək adını batırmağa çalışırdılar. Bu filmin birinci adı "Qaçaq Nəbi" idi. Məhz ermənilərin əsassız iradlarından sonra filmin adı "Qanlı zəmi", daha sonra isə "Atları yəhərləyin" qoyuldu. Ermənilər fılmin ümumittifaq ekranına buraxılmaması üçün dəridən-qabıqdan çıxırdılar. Bunu filmin yaradıcı üzvlərindən - ssenari müəllifləri S.Rüstəm, Ə.Muğanlı elmi məsləhətçi, tarix elmləri doktoru M.İsmayılovun Sov.İKP MK-nın təbliğat təşviqat şöbəsinə, Ermənistan KP MK-nın birinci katibi K.S.Dəmirçiyana göndərdikləri məktubdan da aydın görmək olar. Məktubda deyilir:

"Bizə nıəlum olmuşdur ki, Moskvada filmin dublyajı saxlanılmışdır. Bu da təəccüb doğurmaya bilməz. Hazırda filmin taleyi ilə bağlı zəhmətkeşlərin çoxsaylı suallarına studiya cavab verəcəyini bilmir. Dublyajın uzanması ilə bağlı camaat arasında belə söz-söhbətlər gəzir ki, erməni Azərbaycan xalqı arasında münaqişə ehtimal olunur.

Məsələ burasındadır ki, bizim tanımadığımız -yerevanlı  S.Ayvazyan hələ filmi görmədən  Sov.İKP MK-ya SSRİ  Dövlət    Kinematoqrafıya Komitəsinə məktub göndərib. Məktubda təsdiq edilir          ki, onun əlində olan dəqiq məlumatlara görə, əfsanəvi qəhrəman soyğunçu zalım olub. Həmin məktuba cavabı  müəllifə,  surətini SSRİ "Dövlətkino"ya göndərdik. hesab etdik ki, anlaşılmazlıq bununla qurtardı. Lakin bu, yalnız başlanğıc idi... ,   Sonra ikinci məktubu aldıq. Dublyaj yenə saxlandı. SSRİ "Dövlətkino"nun göndərdiyi məktubda məsləhət görülürdü ki, filmin baş qəhrəmanı Qaçaq Nəbinin adı hər hansı bir adla dəyişdirilsin.

Biz, filmin yaradıcıları bütün məsuliyyətimizlə - bildiririk ki, tanış olmayan məktub müəlliflərinin məsləhəti ilə kompromisə gedə bilmərik bu, məsələnin heç cürə optimal həlli ola bilməz. Çünki belə halda fakt ciddi ideoloji məsələyə çevrilir... "Qaçaq Nəbi" filmi ətrafında gedən hay-küy qeyri-sağlam ab-hava yaradır.

Ayvazyan M.Qorkidən sitat gətirir. Qarni erməni kəndinin əhalisinin söhbətlərinə, filmin qəhrəmanının Qərbi Ermənistanda doğulduğu haqda mifə əsaslanmağa çalışır. Bütün bunlar Nəbinin quldur, zorakı olduğunu sübut etmək məqsədini daşıyır. M.Qorkinin dediyi Nəbi isə Qara Nəbidir.

Başa düşürük ki, SSRİ "Dövlətkino"nun qəhrəmanın adını dəyişdirməklə bağlı məsləhəti yaranmış münaqişəni yumşaltmaq məqsədi güdür. Lakin kiminlə, nəyin naminə?

Ayvazyanın məktublarında siz "Azərbaycan xalqı", "azərbaycanhlar", "Azərbaycan SSR" sözlərinə rast gəlməzsiniz. Onun "lüğətində" bu sözlər yoxdur.

Bu fonda belə bir fakt həyəcan doğurur ki, Azərbaycana lazımı cavab vermək  əvəzinə, filmin ətrafında vəziyyət daha da gərginləşir".

 Bundan sonra da yazışmalar  davam etdırılmiş, xalq yazıçıları S.Rəhimov Anar da bu barədə Sov.İKP MK-ya göndərdikləri məktublarında kəskin şəkildə öz fikirlərini bildirmişdilər.

Xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbi onun silahdaşlarının igidliklərindən söhbət açan "Atları yəhərləyin" filminə görə 1986-cı ildə yaradıcı qrupun üzvləri - ssenari müəllifləri  S.Rüstəm, Ə.Muğanlı, rejissor Ə.Mahmudov, H.Turabov (həm baş rolun ifaçısı), operator K.Məmmədov, rəssam K.Nəcəfzadə, geyim üzrə rəssam K.Kazımzadə, bəstəkar E.Sabitoğlu, aktyorlardan C.Rəhimov, R.Balayev dövlət mükafatına layiq görülüblər.

 

Həftə içi.- 2006.- 8 noyabr.- S. 8.