Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Dövlət büdcəsindən maliyyələşən mədəniyyət müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:
1.
Dövlət büdcəsindən maliyyələşən mədəniyyət müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2006- il dekabrın 1-dən orta hesabla 25 faiz artırılsın.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2006- il

 

Azərbaycan.- 2006.- 23 noyabr.- S. 3.