Aslanlı A.
Azərbaycan rejissorunun “Çıxış”ı
“Qran-pri”yə layiq görüldü
Oktyabrın 31-dən noyabrın 4-ə qədər Zağulbadakı "Gənclik" Mərkəzində keçirilən VI Beynəlxalq Audiovizual Festivala artıq yekun vuruldu. Həmin günədək münsiflər heyəti dünyanın müxtəlif ölkələrində istehsal olunmuş 70-dən artıq audiovizual əsərə baxmışdı. Münsiflərin seçib fərqləndirdikləri əsərlərin və onların müəlliflərinin adları festivalın son günü - noyabrın 4-də bağlanış mərasiminə toplaşmış KİV nümayəndələrinə və qonaqlar üçün açıqlandı. Əvvəlcə müxtəlif təşkilatların, qurumların festival çərçivəsində təsis etdikləri fəxri diplomların təqdimatı oldıı. İlk belə diplom Bakı Şəhər İcra Hakimiyyətinin kino xidməti idarəsi adından rejissor Murad Muradova "Ruhumun harayı" filminə görə təqdim edildi. Milli Teleradio Şurasının diplomlarını Rüfət Nəzərli "Avtoşou" reklam çarxına görə, Tatyana Mixaylova "Tatarın arvadı olmaq" (Rusiya) sənədli filminə görə qazandı. Kinorejissor Hüseyn Mehdiyev Mədəniyyət və İncəsənət Universitetinin mükafatını qırğız tələbəsi Nərgizə Mamatkulovaya ("Yaşamaq istəyirəm" sənədli filmi) və azərbaycanlı Nigar Əliyevaya ("Qəribə təsadüf" bədii filmi) təqdim etdi. Xəzər Universitetinin mükafatına Elnaz Əbluc ("Bu həsrət" klipi) layiq görüldü. VI Audiovizual Festivala informasiya dəstəyi verən "525-ci qəzefin mükafatını "Anamdan olduğum gün" filminə görə türkiyəli tələbə Faysal Soysai qazandı.
Peşəkar Kinorejissorlar Gildiyası adından qurumun təşkilati işlər üzrə katibi Şahirə Tacəddin "İlk neftin parıltısı" televiziya layihəsinə görə ANS kanalının gənc rejissoru Elməddin Alıyevi, "Qloriya" bədii qısametrajlı filminə görə almaniyalı Kristine Lanqı və "Bağlanmışlar" bədii qısametrajlı filminə görə ispaniyalı Diyeqo Sanridrianı mükafatlandırdı. "Yeni dalğa" prodüsser mərkəzinin direktoru Rasim Həsənovsa naməlum səbəblərdən mərkəzin mükafatını verməkdən imtina etdi.
Diplomlar paylanandan sonra media nümayəndələrindən
ibarət münsiflər heyətinin sədri Aynur Mustafayeva seçdikləri qaliblərin adlarını açıqladı. Bu il media
nümayəndələrinin
mükafatını iranlı
Səid Abbas
"Partlayış"
cizgi,
estoniyalı
Kristin Raup "O.M.V.K." sənədli filminə görə aldı.
Və nəhayət, mərasimin həyəcanla gözlənilən ən vacib anı gəlib çatdı. Münsiflər heyətinin üzvləri bir-birinin ardınca əsas nominasiyalar üzrə qaliblərin adlarını açıqlamağa və Audiovizual Festivalın rəmzini –“Qızıl Pəri”ni təqdim etməyə başladılar.
Beləliklə, VI Beynəlxalq Audiovizual Festivalda "Ən yaxşı video-art" nominasiyasında Ozan Özdilek ("Entropiya" - Türkiyə) və Tamilla İbrahimova ("P.M.", "Qarşıdurma", "Gecə düşüncələri" - Azərbaycan) "Qızıl Pəri"nin sahibi seçildilər. "Ən yaxşı tələbə işi" nominasiyasının birincisi Alessandro Bruçini ("ElektraZenSuite" - İtaliya), "Ən yaxşı reklam nominasiyasının qalibi isə Fuad Əliyev və Anar Məlikli ("Narko" -Azərbaycan) elan edildi. "Ən yaxşı klip" nominasiyasında Şota Kalandadze ("Əllər" - Gürcüstan), "Ən yaxşı televiziya müəllif proqramı" nominasiyasında Dmitri Myasnikov ("Oturub baxıram" - Gürcüstan) "Qızıl Pəri"ylə mükafatlandırıldı. "Ən yaxşı cizgi filmi" nominasiyasının qalibləri M.Rida və Anna Solanas ("Lupe və Bruno" - İspaniya) oldular. "Ən yaxşı sənədli film" nominasiyasında Taras Tomenko ("Liza" -Ukrayna), "Ən yaxşı bədii film"ə görə isə Məcid Fəthi ("Duman atı" - İran) qələbə əldə etdilər. "Ən yaxşı prodüsser işi" kimi Tamara Sulamanidze ("37 C" - Gürcüstan) və Aynur Mustafayeva ("Çalış, nəfəs alma" - Azərbaycan) fərqləndilər. "Ən yaxşı rejissor işi" nominasiyasında - Naqhi Neməti ("Onunla": İran), "Ən yaxşı operator işi"ndə Vladimir İvanov (Ukrayna) qalib sayıldı. "Ən yaxşı ssenari" nominasiyasında - Babək Minəqi ("Ağıl" -İran) "Qızıl Pəri"yə sahib oldu.
Festivalın baş mükafatı bu il Azərbaycan sənətçisinin qismətinə düşdü. "Ən yaxşı filmə görə" nominasiyasında "Qran Pri"ni Azərbaycan rejissoru Nəsimi Əliyev "Çıxış" sənədü filmi ilə qazandı.
Fikrimizcə, N.Əliyevin baş mükafata layiq görülən "Çıxış"ı VI Beynəlxalq Audiovizual Festivalın ən yaddaqalan cəhətlərindən biri oldu... Birincisi, ona görə ki, neçə ildən sonra, nəhayət, bu festivalın "Qran Pri"sini məhz azərbaycanlı rejissor aldı. Digər tərəfdən, filmin səviyyəsi də ümumilikdə festival haqqında müsbət fikir söyləməyə imkan yaratdı. Filmdə həvəskar bəstəçi Əlinin ailəsi, özü üçün formalaşdırdığı mikromühit, onları çəkərək tamaşaçıya göstərən kameranın sərbəstliyi və səmimiliyi hamını heyran etdi. "Çıxış" həm gənclər, həm də ortayaşlı nəsli təmsil edən münsiflər heyəti tərəfindən eyni dərəcədə müsbət reaksiya ilə qarşılanan iki ekran işindən biri oldu (digəri - ispan cizgi filmi "Lupe və Bruno" idi). Hətta münsiflər heyətinin ukraynalı nümayəndəsi, sənədli filmlər rejissoru Aleksandr Koval "Çıxış" filmini əsl kino kimi nümunəsi dəyərləndirdi: "Mən nə Azərbaycan dilini, nə də ingiliscəni bilmirəm. Amma filmdə gedən bütün dialoqları, qəhrəmanın söhbətlərini tamamilə anladım. Bu filmdə rejissor-operator və qəhrəmanın enerjisi birləşərək həqiqi harmoniya əmələ gətirmişdi. Əsl kino belə yaranır".
Festival çərçivəsində Nəsimi Əliyevin uğuru yalnız qazandığı "Qran Pri" olmadı. O, hələ nəticələr elan olunmazdan əvvəl bir neçə ölkəyə - İrana, Ukraynaya dəvətlər aldı.
Azərbaycan teiekanallarının müəllif proqramları isə, çox təəssüf ki, həm münsiflərə, həm də festival iştirakçılarına, qonaqlara əsl məşəqqət yaşatdı. Demək olar ki, hamısı eyni sxem əsasında hazırlanmış bu proqramlara festivalın ilk günlərində münsiflər heyəti məcburiyyət qarşısında baxırdısa, sonuncu günlərdə artıq dözməyərək, işıqlar söndürülən kimi zalı tərk edirdilər. Bir qayda olaraq, həmin verilişlər kadrarxası mətn üzərində qurulmuş, mətnə tabe edilmiş təsvirlərdən, kadrların arasında tamaşaçının ekranda gördüklərini bir daha şərh etməyə çalışan alim və mütəxəssislərin iri planda görüntülərindən ibarət idi. İngilis dilində subtitrlərin olmaması və verilişlərin hər birinin 45-50 dəqiqəyə qədər davam etməsi vəziyyəti daha da ağırlaşdırırdı.
Bu festivalda video-art kimi avanqard audiovizual nümunələrinə fərqli münasibət özünü açıq şəkildə göstərdi. Yaşlı nəslin nümayəndələri ilə gənc nəslə mənsubların belə əsrlərə münasibəti bir-birinə tamam zidd idi. Əgər cavan nəslin nümayəndələri belə işləri böyük maraqla qarşılayır, nümayişdən sonra müəlliflərlə müzakirələr aparırdılarsa, yaşlılar onları ironik atmacalarla seyr edirdilər.
Daha bir məqam: Nəsimi Əliyevin filmindən ruhlanmış qonaq münsiflər Azərbaycanın gənc kinosunu VI Audiovizual Festivalın tapıntısı adlandırdılar və belə davam edərsə, milli kinoda yeni inkişaf dalğasının, yeni cərəyanın yarana biləcəyini dedilər. Bəlkə də bu, sadəcə, ev sahibinə minnətdarlıq məramı ilə deyilmiş gözəl sözlər idi. Amma hər halda, onları eşitmək məmnunluq doğururdu.
525-ci qəzet.- 2006.- 7 noyabr.- S. 7.