Aslanlı A.
“On ildən sonra Azərbaycanda da
güclü kino olacaq”
VI Beynəlxalq Audiovizual Festivalında əsas mükafatı - "Ən yaxşı filmə" görə "Qran Pri"ni qazanmış gənc rejissor Nəsimi Əliyev Azərbaycanın yeni nəsil kinematoqrafında öz imzasını get-gedə daha da qətiyyətlə təsdiqləməkdədir. Xatırladaq ki, onun "Çıxış" filmini izləyən festivalın əcnəbi münsif üzvləri birağızdan Azərbaycanda yeni kino cərəyanının rüşeymlərini müşahidə etdiklərini demişdilər. Bəs, görəsən, N.Əliyev özü müasir kinematoqrafımız və özünün yaradıcılığı barədə nələr düşünür? Onunla bu kimi suallara cavab almaq üçüıı söhbətləşdik.
- Nəsimi, "Çıxış "ın festivalda "Qran Pri"yy layiq görühcəyini gözfəyirdin? - "Çıxış"ın nümayişi zamanı iki aspekt mənim diqqətimi cəlb etdi. Əvvəla zal dolu idi, ikincisi də, qapı çox az açılıb bağlandı. Yəni maraqla baxırdılar. Bir az filmin uzun - əlli dəqiqə olması məni narahat edirdi. DVD-də 50 dəqiqə ərzində müxtəlif texniki problemlər yarana bilər. Baxışdan sonra reaksiyalarla maraqlandım. Hiss edirdim ki, film nə iləsə dəyərləndiriləcək. Amma açığı, bu "nə isə"nin "Qran Pri" olacağını gözləmirdim. Mən hamısına baxmamışdım, amma deyilənə görə, bu il festivala həqiqətən güclü filmlər gətirilmişdi. Digər tərəfdən, filmi çəkməyə başlayanda onu bu "Qran Pri"yə hesablamışdım. Çünki bir neçə il idi, bu festivalda "Qran Pri"ni başqaları - ispanlar, gürcülər qazanırdılar. Demirem ki, mütləq mən almalıydım baş mükafatı. Amma bu mənim arzularımdan biri idi - qalib azərbaycanlı rejissor olsun. Bu yerdə mən bir məqamı qeyd etmək istərdim. Müxtəlif sənətkarların xatirələrində mərhum Adil İsgəndərov barədə çox eşitmişəm. Aktyorluğu və rejissorluğu, təşkilatçılıq bacarığı bir qırağa, bu insan öz millətinə, xalqına məhəbbətində ardıcıl və prinsipial bir şəxsiyyət olub. O, uzun müddət sinəsini qabağa verərək, bizim kinematoqrafıyanın aktyor və rejissor bazasını yetişdirib. Mən həmişə bu söhbətləri eşidəndə fikirləşirdim ki, görəsən, belə adamlar indi varmı? Onun kimi yeni nəsil yetişdirən, stimul verən, gəncləri qabağa çəkənlərə indi də rast gəlmək olarmı? Artıq əmintiklə deyə bilərəm ki, var. Onlar mənim müəllimlərim olmuş Yalçın Əfəndiyev, Cəmil Quliyevdir. Mən bir də Şəfıqə xanım Məmmədovanın adını çəkmək istəyirəm. Söhbət onun Audiovizual Festivalın münsiflər heyətində olmasından getmir. Elə insanlar var ki, sadəcə olaraq istiqamət verirlər və çox qlobal, müsbət nəticələr əldə edirlər. Mənim bütün uğurlarım, nailiyyətlərim onların səpdiyi toxumların nəticəsidir. Əminliklə deyə bilərəm ki, bu cür insanlar varsa, on ildən sonra Azərbaycanda da güclü kino olacaq.
- Gərək ki, "Çıxış " filmi beynəlxalq "Avanti" layihəsinds qalib gəlmiş ssenari əsasında çəkilib.
- Bəli. Daha doğrusu, "Avanti"də qalib gəlmiş
Azərbayan layihələrindən
biridir. Bu mövzunu mən
1995-ci ildən çəkmək
istəyirdim. Qəhrəmanımla
tanış olandan sonra
ilk vaxtlar tərəddüd hissi keçirdim. Çünki kobud, yöndəmsiz, özündən çox razı, acıqlı
bir adamla tanış olmuşdum. Amma qəfildən,
iki-üç gün ərzində təzad ortaya çıxdı. O mənə dedi ki, sənə bir sirr açacam.
Mən hər şey gözləyirdim. Onun musiqi bəstələməsindən savayı.
Tədricən, ailəsiylə
tanış oldum. Gördüm ki, onun
evində qeyri-adi bir atmosfer, qəribə
aura var. O dəqiqə dedim ki, bu, filmlikdir.
Bu mövzuda mən qəhrəmanımı
da aydın görürdüm, özümü də,
bir çox başqa
şeyləri də... Təkcə əhvalatın finalı çatmırdı. Bir müddət sonra isə eşitdim ki, Əli
harasa işə gedir. Hara gedir?
Eşaq bağçasına! Öz ətrafında tapa bilmədiyini uşaqların arasında tapıb. Amma çekilişə başlamağa yenə də tələsmədim.
Çünki bunun adi film olmasını
istəmirdim. "Avanti" layihəsi elan ediləndə
ssenarini ora təqdim etdim.
Nəticə isə göz qabağındadır.
- Səndən fərqli olaraq,
mən festivalın bütün filmlərini izlədim və bilirəm
ki, hamı tərəfindən yekdilliklə bəynilən iki film
oldu. Bunlardan biri ispan cizgi filmi
"Lupe və Bruno , ikincisi isə "Çıxış " filmi idi. Sənə yaxınlaşıb münasibət
bildirənlər filmi
ancaq təriflədilar,
yoxsa qüsur tapanlar da oldu?
- Münsiflər
heyətinin iranlı üzvü Cahangir Alması "Çıxış"ı Təbriz Film
Festivalına dəvət etdi və dedi ki, rəsmi dəvətin
olmaması barədə fikirləşmə, sən filmi göndər.
Seçim komissiyasında mən oturmuşam və filmi
bəyənmişəm. Eyni sözləri mənə ukraynalı rejissor
Aleksandr Koval da dedi. O da filmin surətini götürüb apardı ki,
tələbələrinə göstərsin. Koval dedi ki, bu vaxta
qədər 95 film çəkmişəm, həmişə arzulamışam ki,
qəhrəmanlarım kamera qarşısında sənin filmindəki kimi
səmimi olsunlar. Bu çox çətindir. O ki qaldı qüsurlara... Elə həmin Aleksandr Koval: "Sən filmin qəhrəmanı, uşağın barmağı ilə pianino çalanda filmi bitirə bilərdin" - dedi. Amma Əlinin son titrlərdən sonra ekranda görünərək:
"Gülnar, siqaretim, külqabım, zajiqalkam" - çığırması mənim üçün epiloq xarakteri
daşıyırdı. Bu, her şeyin əvvəlki kimi davam etməsinə,
„, işarədir - qəhrəmanımın
yaşamının, Avropaya getmək istəyinin, çətin həyatdan tapdığı çıxış yollarını
və s. Koval da mənimlə razılaşdı. Gənc olduğuma görə
bu mənim üçün qürurvericidir. Otuz üç yaşım var. Altmış-yetmiş
yaşımda deyiləm, amma Aleksandr Koval mənim filmimi tələbələrinə
göstərmək üçün apardı.
- Filmin qələbəsindən qəhrəmanınızın
xəbəri var?
- Düzü, o indi çətin
dönəmlər yaşayır.
Mən Saratovda olanda anası cərrahiyyə əməliyyatı
keçirib. Həm onun anasını ziyarət etməyə, həm də xoş xəbəri yetirməyə hazırlaşıram.
Filmi hələ onlara göstərməmişəm.
- Nəsimi, lap avvəldən sənədli
film üzrə ixtisaslaşmaq
fikrində olmusan, yoxsa digərləri kimi sən də
şəraitsizlik
ucbatından çəkməyə
başlamısan?
- Ümumiyyətlə, kinoya məhəbbətim dörd-beş
yaşımdan başlayıb. Filmlərə çox baxırdım.
Sonra yaxşı müəllimlərin əlinə düşdüm. Bir dəfə isə slovak
əsilli bir amerika rejissoru Bakıda treninqlər keçirirdi. Gözəl bir film göstərdi
mənə - Verner Hersoqun "Balaca Ditrix uçmaq istəyir"
filmini. Və mən sənədli
filmə vuruldum.
Hətta
deyərdim ki, həllinə görə bədii film sənədlidən
daha rahatdır. Sənədli filmdə tamaşaçı
rejissora daha çox etibar edir,
sənin dostun olur, səni hiss etməyə başlayır.
Bədii
filmdə hadisələrə,
onun inkişafına və s. baxır. Amma sənədlidə heç nəyi nəzərdən
qaçırmır. Buna görə sənədli filmi çox sevirəm.
Qismət olsa, bədii
filmlə bağlı ideyalarım da var. Amma sənədli filmləri həmişə çəkəcəyəm. Artıq yeni
bir ideyam, qəhrəmanım da var. Və mən onu yalnız sənədli
filmdə görürəm.
Sənədli film zərgərlik işidir.
-
"Hamlet"! dəfələrlə
oxuduğunu dedin. Bəs, müasir müəlliflərdən
kimləri" bəyənirsən?
- Mən klassikanı çox oxuyuram. Məsələn, "Hamleti çox
oxumuşam və hər dəfə oxuyanda yeni bir
şey tapıram. Müasir ədəbiyyata da baxıram: Ən çox xoşladığım
yazıçılrdan biri Tonino Querrodur. Fellini ilə işləyib. Onun çox qısa hekayələri
var. Hər birinin əsasında serial çəkmək olar. Mən ümumiyyətlə, lakonikliyi
çox sevirəm, baxmayaraq ki, filmim
uzundur. Ən çox xoşladığım ədiblərimizdən biri
Əbdürrəhimbəy Haqverdiyevdir. Düzü, ədəbiyyat
məndə yazmaq vərdişi yaradıb. Əvvəllər yazdıqlarımı oxumaq üçün kiməsə
verirdim. İndi özüm üçün yığıram.
Çünki mən rejissoram və təbii ki, eyni zamanda həm
rejissor, həm də yazıçı ola bilmərəm.
Respublika.- 2006.- 26 noyabr.- S.3.