Azərbaycanlı rejissor "Qran-pri"
mäkafatını qazanıb
VI Beynəlxalq
audio-vizual festival başa çatıb
Zuğulbadakı "Gənclik" beynəlxalq mərkəzinds keçirilən
VI beynəlxalq audio-vizual
festival noyabrın 4-də başa
çatmışdır. Festivalda Azərbaycanın, habelə yaxın və uşaq
xarici ölkalərin gənc kinematoqrafçılarının filmləri nümayiş etdirilmişdir.
Festival Azərbaycan
Peşəkar Kinorejissorlar
Gildiyasının himayəsi,
Mədəniyyət və
Turizm, Gənclər və İdman Nazirliklərinin,
Avropa Kinorejissorlar Federasiyasının sponsorluğu ilə keçirilmişdir.
Gənc kinematoqrafçıların işlərini
Azərbaycanın xalq artisti Şəfiqə Məmmədovanın sədrliyi
ilə beynəlxalq münsiflər heyəti qiymətləndirmişdir. Müsabiqə
müxtəlif nominasiyalarda,
o cümlədən "Ən
yaxşı həvəskar filmi", "Ən yaxşı tələbə işi", "Ən uğurlu debüt", "Ən yaxşı sənədli
film", "Ən yaxşı
bədii film", "Ən
yaxşı cizgi filmi", "Ən yaxşı klip", "Ən yaxşı kompüter
dizaynı", "Ən
yaxşı rejissor",
"Ən yaxşı
operator", "Ən yaxşı
ssenarist", "Ən
yaxşı prodüser" nominasiyalarında keçirilmişdir. Festivalda xüsusi "Jurnalist rəğbəti"
mükafatı və festivalın ən istedadlı iştirakçısına film çəkilişində sponsor yardımı
göstərməyi vəd
etmiş "Yeni dalğa" prodüser mərkəzinin mükafatı təqdim olunmuşdur.
Təntənəli şəraitdə, Bakı Musiqi Akademiyası tələbələrinin musiqili
müşayiəti ilə ən yaxşı filmlərin
müəlliflərinə fəxri
fərmanlar, diplomlar, mükafatlar və hədiyyələr verilmişdir. Mərasimin
əvvəlində 12 həvəskar
filminin müəlliflərinin
adları elan olunmuş, sonra isə "Ən yaxşı debüt" nominasiyasında Nərgiz Mamadkulova (Qazaxıstan) və Nigar Əliyeva
(Azərbaycan) fəxri
fərmanlar verilmişdir.
"Ən yaxşı
bədii film" nominasiyasının
qalibi Məcid Fədhi (İran), "Ən yaxşı operator"
İki sahil.- 2006.- 7 noyabr.- S. 6.