Mükərrəmoğlu M.

 

VI Beynəlxalq Audiovizual festival başa çatdı

 

Xəbər verdiyimiz kimi, oktyabrın 31-dən noyabrın 4-dək Azərbaycan Professional Rejissorlar Gildiyası növbəti Beynəlxalq Audiovizual festival keçirdi. Festivalın nəticələri artıq məlumdur. Zuğulbadakı BeynəlxalqGənclikmərkəzində keçirilən bu festivalda dünyanın müxtəlif ölkələrini təmsil edən gənc kinematoqrafçıların 76-ya yaxın audiovizual əsəri nümayiş etdirilmişdir.
Münsiflər heyətiQızıl pərimükafatlarını ən yaxşı əsərlərin müəllifinə təqdim etdi. Festivalın baş mükafatının — “Ən yaxşı audiovizual əsərnominasiyasının qalibiÇıxışsənədli filminin rejissoru Nəsimi Əliyev oldu. Ən yaxşı video-art” nominasiyasında üç əsər qalib sayıldı. Entropiya” (Türkiyə, rejissor Ozan Özdilek), “Qarşıdurma”, “Gecə düşüncələri” (Azərbaycan, rejissor Tamilla İbrahimova). Ən yaxşı tələbə işinominasiyasında mükafatı isəElektraZenSuntefilmi qazandı (rejissor Alessnadro Bruçini, İtaliya).Ən yaxşı reklam” (“Narko”, rejissorlar Fuad Əliyev Anar Məlikli), “Ən yaxşı prodüser işi” (”Çalış nəfəs
alma", rejissor Aynur Mustafayeva) nominasiyalarında azərbaycanlı sənətçilər qalib olmuşlar.
Ən yaxşı klip”, “Ən yaxşı televiziya müəllif proqramınominasiyasında mükafatları gürcülər qazanmışlar (“Əlillər”, rejissor Şota Kalandadze", “Oturub baxıram”, rejissor Dmitri Myasnikov).
Cizgi filmi üzrə mükafatı ispan rejissorları M. Rida A. Solans “Lupe Bruno” əsərinə görə qazandılar. Ukraynalı rejissor
Taras TolmenkoLizasənədli filminə görə mükafat qazandı.
Duman atıən yaxşı bədii film hesab olundu. Filmi İran rejissoru Məcid Fəthi çəkmişdir. Digər İran rejissoru Naqhi NemətininOnunlafilmiƏn yaxşı rejissor işinominasiyasının qalibi oldu.
Ən yaxşı operator işinominasiyasında ukraynalı
Vladimir İvanov, “Ən yaxşı ssenarinominasiyasında isə mükafatı iranlı Babək MinəqiAqilssenarisinə görə layiq görüldülər.
Bundan başqa, festival iştirakçılarına ictimai təşkilatların da mükafatları təqdim olundu.
 
Xalq qəzeti.- 2006.- 10 noyabr.- S. 7.