Samirə
Audiovizual festival
Zuğulba Gənclik Mərkəzində VI beynəlxalq audivizual festival öz işinə başlayıb. Bu il festivalın iştirakçıları 16 ölkəni təmsil edir. Onların sırasında Azərbaycan, Rusiya, Kanada, Qırğızıstan, Ukrayna, İspaniya, Meksika, İran, Türkiyə, Gürcüstan, İsveçrə də digər ölkələr var. Festivalın təşkilatçıları Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyası, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin təşkilati köməyini göstərən Avropa Kinorejissorlar Federasiyası, Audiovizual Müəlliflərin Beynəlxalq Assosiasiyasıdır.
Qeyd edək ki,
festivalda yaşı 35-dən artıq olmayan kinematoqrafçılar iştirak
edə bilərlər. Qalibləri Şəfıqə
Məmmədovanın sədrlik
etdiyi beynəlxalq münsiflər heyəti müəyyənləşdirəcək. Münsiflər heyətinin
tərkibinə
Ukraynanın xalq artisti, kinorejissor və
kinooperator Aleksandr Koval, estoniyalı
rejissor Pit Peters,
İsveçrəli rejissor Jan Berturu, iranlı aktyor və rejissor Cahangir Almasi, Azərbaycandan kino rəssamı
Arif Məhərrəmov, Gürcüstandan prodüser Nino Maqlakelidze daxildirlər.
Festivalın mükafatı -"Qızıl Pəri" aşağıdakı nominasiyalar üzrə təqdim olunacaq: "Ən yaxşı
bədii fılm", "ən yaxşı sənədli fılm",
"ən yaxşı animasiya fılmi",
"ən yaxşı video art", "ən yaxşı reklam çarxı", "ən yaxşı televiziya müəllif proqramı",
"ən yaxşı klip", "ən yaxşı tələbə işi" və "ən yaxşı
kompüter qrafıkası".
Bundan
əlavə,
peşəkarlıq seçimi üzrə
mükafatlar olan "ən yaxşı
rejissor",
"ən yaxşı ssenari müəllifi",
"ən yaxşı aktyor", "ən yaxşı aktrisa", "ən yaxşı operator",
"ən yaxşı rəssam", "ən yaxşı bəstəkar" və
"ən yaxşı prodüser" nominasiyalarının qalibləri də
müoyyənləşəcək. Təbii ki,
festivalın Qran-prisi "ən yaxşı
audivizual iş" nominasiyasının qalibinə
veriləcək. Qaliblərin
mükafatlandırılması noyabrın
4-də keçiriləcək.
Həftə içi.- 2006.- 3 noyabr.- S. 8.