Behbudqızı S.

Ağrılı fakt

 

Yaxud Hüseynağa Atakişiyevin xatirəsinə

 

İtirdiklərimizin mahiyyətinə varanda bunlarsız necə ötüşdüyümüzün təəccübündə qalırıq. EIə insanlar var ki, onlar təkcə peşələrindəki ustalıq, özgünlüklə dəyərli olmurlar, insani keyfiyyətlərinin xüsusiyyətiərinin mükəmməl gözəlliyi ilə də ünsiyyətdə olduqları insanların qəlbini fəth edə bilirlər.Bax, bu xüsusiyyətləri bütün çalarları ilə öz xarakterində birləşdirən insan itkisi ilə üz-üzə qalanda qəlbinin tükürpədici fəryadından qulaqlarının tutulduğunu hiss edirsən.

Hüseynağa Atakişiyevin xatirə gecəsi. Dərk edilməsi, qəbul olunması, barışılması nə qədər ağrılı olsa da, srağagün belə bir tədbir baş tutdu. Kino Evinə toplaşanların üzlərindəki ifadəni müşahidə etmək kifayət idi ki, əvvəldə bölüşdüyümüz duyğuların, təəssüratların gerçək olduğuna əmin olasan, bunu hissə qapıları şəxsin subyektivliyi sanmayasan.

1971-ci ildə "əla" qiymətlərlə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil oldu. Professor Mehdi Məmmədovun kursunda aktyorluq rejissorluq sənətlərinin sirlərinə yiyələnə-yiyələnə M.Məmmədovun rejissor estetikasının təsiri altına düşür. Moskvadakı Şukin adma adlı-sanlı teatr məktəbinin rejissorluq şöbəsində təhsil almağa başlayır. Həmin kursun məzunlarını Şəki Dövlət Dram Teatrına göndərəndə gənc Hüseynağa rejissor ideyalarının tətbiqi üçün münbit şərait tapdı. tezliklə teatrın baş rejissoru oldu. Axundovun "Xırs quldurbasan", Brextin "Arturo Uinin karyerası", Petefmin "Pələng kaftar" s. i.a səhnə əsərlərinin rejissor yozumu, respublika, SSRİ miqyaslı şöhrəti, Almaniya, Rumıniya, Macarıstan digər əcnəbi ölkələrdə parlaq qastrol səfərləri, müsabiqə festivallarda nüfuzlu mükafatlar...

Daha bir nadir keyfiyyət - aktyorluğun öhdəsindən yaxşı gələnlərin heç hamısı əsas məşğuliyyətləri olan rejissorluqda ad çıxara bilmirlər. Eləcə əksinə. Hüseynağa Atakişiyevdə bu peşələrin ikisinə   məhəbbət peşəkarlıqla yanaşma bacarığı var   idi.  Teatrda  ilk rolu Dürrenmatın "Meteor" komediyasında Şvier obrazı olub. Onun "Uzun ömrün akkordları" bədii televiziya filmindəki Üzeyir Hacıbəyli rolu isə geniş tamaşaçı kütləsinin kino tariximizin "qral" yaddaşına həkk olunub.

1985-ci ildə onu Şəkidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına baş rejissor vəzifəsinə dəvət edirlər. Bir müddət sonra "baş rejissor" ştatı ləğv edilsə , (mənəvi zədələrin, məntiqsiz münasibətin başlanğıcı) H.Atakişiyevin sənət yanğısı, yenilik həvəsi öləzimədi.

1989-cu ildə Azərbaycan teatrının yeni övladı dünyaya gəldi - Dövlət Gənclər Teatn qapılarını tamaşaçılarının üzünə açdı. Teatr vaxtında meydana atılmışdı. Buna görə sırf öz tamaşaçılarının nəfəsi ilə yaşamağa başladı. Ancaq bu qarşılıqlı cazibə qədər güclü olsa da, maddiyyat öz səlahiyyətlərini əldən vennədi -  Gənc1ər Teatrı mövsümün yalnız 5-6 ayı ərzində tamaşaçıları ilə görüşə bilirdi. Qızmar istilərdə kəskin soyuqlarda teatrın 15 il ərzində yerləşdiyi Aktyor Evinin zalına yaxın düşmək fövqəlinsani təpər tələb edirdi. Beləliklə, truppa bütöv bir mövsümün işini bu 5-6 aya sığışdırmalı olub ən məhsuldar teatr adı qazanmışdı. "Gənclər"in təqdimatında ən müxtəlif dövrlərin, ölkələrin dramaturqlarının çeşidli janrları yozumlayan səhnə əsərləri teatr aləmində hamının intizarla gözlədiyi, maraqla görüşünə tələsdiyi hadisələrdən idi.

Hüseynağa Atakişiyev gününü-diriliyini Gənclər Teatrında əritdi. İlk tamaşasını - "Qətl günü"nü (Yusif Səmədoğlunun eyniadlı romanı əsasında) dönə-dönə səhnəyə çıxartdı. "Qara qutu"nun (Firuz Mustafanın eyniadlı pyesi) son tamaşası olduğunu hiss etdiyindənmi, məşqləri başa çatdırmağa heyi qalmadı, istirahət, qulluq görməyən orqanizmi ona dönük çıxdı...

Xatirə gecəsində çıxış edən teatrşünas Məryəm Əlizadə, aktyor rejissor Ramiz Əzizbəyli  H.Atakişiyevin yaradıcılıq yolunun, sənət axtarışlarının, aktyor rejissor tapıntılarının mütəxəssislərin tədqiqat obyekti olmasının zəruriliyini vurğuladılar.

Hər halda özümüzü bəxtigətirən kəslər hesab etməyə haqqımız var. Elə təkcə Hüseynağa Atakişiyev kimi sözübütöv, şikayətlənməyi sevməyən, uşaqla uşaq, böyüklə böyük olmağı bacaran, eyni zamanda bizə sənət təntənələrinin nuruna qərq olmağı yaşadan şəxsiyyətlərlə həmdövr olduğumuza görə...

 

Həftə içi.- 2006.- 3 noyabr.- S. 8.