Araz
Həqiqətə söykənən vətəndaş
mövqeyi
Xalq artisti, millət
vəkili Zeynəb Xanlarova
son çıxışlarında müəllimlərin,
elm-sənət adamlarının
qayğı və problemlərini
haqlı olaraq dilə gətirdi
Azərbaycanın görkəmli sənətkarı,
xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın son günlər mediaya verdiyi açıqlamalar cəmiyyətdə böyük maraqla qarşılanıb. Z.Xanlarovanın xüsusilə
müəllimlərin və
prokurorluq işçilərinin
maaşlarının artımı arasındakı, ikincilərin xeyrinə olan, kəskin fərqə münasibəti əsl ziyalının və millət vəkilinin konkret mövqeyi kimi qəbul edilə bilər.
Doğrudan da, müəllimlərin məvacibinin
25 faiz, prokurorluq işçilərinin maaşının isə bundan 10 dəfə artıq - 2,5 dəfə artırılması cəmiyyətdə təəccüblə
qarşılanıb. Hər iki zümrənin
məvaciblərinin artırılması
ilə bağlı sərəncamların iki gün ərzində ardıcıl imzalanması bu məsələni daha qabarıq şəkildə
cəmiyyətin diqqət
mərkəzinə çıxarıb.
Ümumiyyətlə, Azərbaycanda müəllimlərin
məvacibi olduqca acınacaqlı, hətta indiki sosial şərait,
bazardakı qiymətlər
və ölkənin iqtisadi potensialı baxımından bəzən gülməli rəqəmlərlə
ifadə olunur. Elm adamlarının maaşları
da müəllimlərdən
əsaslı şəkildə
fərqlənmir. Baxmayaraq ki,
ölkə prezidenti elm xadimlərinin məvaciblərinin
artırılması ilə bağlı əhəmiyyətli addımlar atılmasının vacibliyini bildirib. Azərbaycanda elmlər doktorları
bu yüksək elmi dərəcəyə
görə cəmi 50 manat əlavə pul alırlar. Onların maaşlarının və əlavə məbləğin də çox kiçik olduğunu
nəzərə alsaq,
onda ortaya belə bir sual
çıxır: Azərbaycanın hansı gənci belə şəraitdə elm dalınca gedər, elmlər doktoru olmaq istəyər? Təbii ki, bu vəziyyətdə
gənclər daha çox başqa sahələrə,
deyək ki, biznesə və yaxud maaşı yüksək
olan prokurorluq sisteminə meyl göstərər. Ancaq hamı prokuror, müstəntiq, biznesmen ola bilməz,
axı! Bəs, bu ölkədə
elm sahəsini kimlər
inkişaf etdirəcək?
Müasir dünyada ən vacib işlərdən sayılan elmi-texniki tərəqqini kimlər həyata keçirəcək?
Hansısa yol polisi işçisindən və ya sıravi
prokurorluq əməkdaşından
qat-qat az
maaş alan müəllimin işindən nə kimi keyfıyyət
gözləmək olar? Bütün bunları nəzərə alanda, görkəmli sənətkarımızın toxunduğu
problemin nə dərəcədə ağrılı
olduğunu təzədən
sübuta yetirməyə ehtiyac qalmır. Xüsusən də bu problemin ağırlığını
öz çiyinlərində daşıyan elm adamlarının - professorların, doktorların, namizədlərin susması fonunda Zeynəb Xanlarovanın öz fıkirlərini cəsarətlə,
açıq şəkildə ifadə etməsi, əsl ziyalı mövqeyi ortaya qoyması təqdirəlayiqdir.
Onun Azərbaycan mədəniyyəti,
ölkə elmi qarşısında yüksək xidmətləri olan bir sıra insanların
səslərini çıxarmadıqlarına
görə fəxri ad, fərdi təqaüd ala bilməmələri barədə
dedikləri də həqiqətdir. Azərbaycan mədəniyyətinin
və elminin inkişafında mühüm rol oynamış bir çox
sənətkarlar və
alimlər var ki, onlar indi
dərin ehtiyac içində yaşayırlar. Cəmiyyətdəki sosial ədalətsizlik
hallarını, ayrı-ayrı zümrələrin güzəran
arasındakı kəskin fərqləri aradan götürmək üçün belə məsələlər,
mövcud problemlər mütəmadi olaraq qaldırılmalı, yaxud hərdən sadəcə
yada salmalıdır. Bu baxımdan, Zeynəb
xanımın söylədiyi fıkirləri bir vətəndaş və millət vəkilinin mövqeyi kimi müsbət
qəbul etmək lazımdır. Ancaq Zeynəb xanım
bu sahədə yalqız olmamalıdır. Ona görə də
digər nüfuzlu alimlərin, sənətkarların,
ziyalıların da öz sahələrinə aid çətinliklər barədə
çıxış etmələri sadalanan problemlərin mümkün qədər tez aradan qaldırılmasına
yardımçı ola
bilər.
525-ci qəzet.- 2006.- 3 noyabr.- S. 5.