Azərbaycan musiqisi Yaponiyada

 

Noyabrın 25-də AYDC "Qafqaz-Xəzər Salonu" proqramı növbəti tədbirini "Azərbaycan milli musiqisi rəqsi" başlığı altında Yaponiyada keçirib. Təşkilatdan verilən məlumata görə, milli rəqsimizi əks etdirən foto-şəkillərlə dizayn edilmiş plakatlar broşürlər Osaka əyalətinin elan guşələrinə eləcə Yaponiyada fəaliyyət göstərən xeyli sayda beynəlxalq mərkəzlərdə asılıb. Tədbir barəsində yapon qəzetlərində AYDC-nin veb saytında yapon ingilis dillərində elanlar dərc olunub. Tədbir bütün Yaponiya ictimaiyyətinə açıq elan olunmuşdu. Qeyd edək ki, tədbirin təşkilatçısı AYDC sədri, Osaka Universitetinin tədqiqatçı alimi "Qafqaz-Xəzər Salonu" layihəsinin müəllifi Rəhman Şahhüseynlidir. Layihə bu ilin aprel ayında Yaponiyada 30-a yaxın QHTnin iştirak etdiyi qrant müsabiqəsinin qalibi olub. Hazırda alınan qrant vəsaiti ilə eləcə AYDC sədrinin şəxsi imkanları hesabına Azərbaycan Yaponiyada geniş şəkildə təbliğ edən seminarlar konfranslar təşkil olunur. Tədbirdə peşəkar rəqqas Ramil Cəfərov iştirak edib, həmçinin klassik Azərbaycan musiqiləri muğam səsləndirilib.

Qeyd edək ki, Dünya Azərbaycanlanın Həmrəyliyi Günü münasibətiylə dekabrın 28- AYDC "Qafqaz-Xəzər Salonu"nun təşkilatçılığı ilə Osaka şəhərində bayram ziyafəti təşkil ediləcək.

 

Xalq cəbhəsi.- 2006. 29 noyabr.- S. 11.