Bahar

 

"Not bilməyən müğənnivə mahnı verməyə məcburuq"

Nailə Mirməmmədli: “Fərhad Bədəlbəyli bəzi iradlarında haqlıdır”.

 

Fərhad Bədəlbəyli üzümüzə gələn il 60 illik yubileyini qeyd edib vəzifədən gedəcəyini deməklə yanaşı bəstəkarlarımızın da ünvanına o ki var deyinib: "Bu gün Tofiq Quliyev Səid Rüstəmov səviyyəsində bəstəkar görmürəm. Dırnaqarası bəstəkarları isə bəstəkar hesab etmirəm. Mən musiqi yazıram, ancaq özümə bəstəkar demirəm.  Bəstəkar olmaq üçün böyük məktəb keçməlisən".

Fəxri adlarla bağlı da mənfi faktlar olduğunu deyən F.Bədəlbəyli, indi daş atanda xalq əməkdar artistə dəydiyini bildirib. "Azərbaycanda fəxri adların verilməsi intriqadan başqa bir şeyə yaramır. Fəxri adları ləğv etmək lazımdır".

F.Bədəlbəylinin açıqlamalarına münasibət bildirən bəstəkar Nailə Mirməmmədlinin sözlərinə görə, F.Bədəlbəylinin informasiya qəbul etməyə vaxtı yoxdur. Bəstəkar bunun səbəbinin onun vəzifəsi ilə bağlayıb: "Bizim hər ay saysız-hesabsız mahnılarımız efirə gedir. O, bunları eşitməyə bilər. Çünki rektordur, səhər çıxır, axşam gəlir, başı təhsilə, elmə qarışıb. Fərhad Bədəlbəylinin günahlandıra bilmərəm. O deyir ki, Tofiq Quliyev Səid Rüstəmov səviyyəsində bəstəkar görmür. ola bilsin ki, o, telekanallara diqqət yetirmir. Bəlkə eşitdiyi mahnılar əsərlərin müəlliflərini tanımır. Bədəlbəyli çox gözəl bilir ki, onun rektor olan vaxtlarında Hikmət mən ikinci ali təhsil almışıq. Həmin ikinci təhsili mərhum bəstəkar Tofiq Quliyevin sinfində keçmişik. Bu, o demək deyil ki, Fərhad Bədəlbəyli dövründə Tofiq Quliyev məktəbi zəif olub. Yox, bu o deməkdir ki, rektor olan şəxs vaxt məhdudiyyətindən mədəniyyət sahəsində olan yeniliklərdən bütünlüklə xəbərsizdir".

Bəstəkar deyir ki, o, təkcə Mirməmmədliləri rnüdafiə etmir. Onun sözlərinə görə, hazırda cəmiyyətdə həddən artıq gözəl əsərləri mahnıları olan bəstəkarlar var. "Aramızda səviyyəli istedadlı bəstəkarların yetişməsini danmaq insafsızlıqdır. Çünki bu gün Arif Məlikov, Xəyyam Mirzəzadə məktəbi davam etməkdədir. Bu o demək deyil ki, konservatoriya dayanıb, daha bəstəkar buraxılmır. Əksinə, konservatoriya Üzeyir bəy dövrü kimi inkişaf edir. Məhz bunun sübutu olaraq noyabrın 16-da Heydər Əliyev adına Sarayda möhtəşəm bir konsert keçirəcəyik".

Noyabrın 7-si isə Fərhad Bədəlbəylinin adını hallandırdığı mərhum bəstəkar Tofiq Quliyevin ad günüdür. "Bununla bağlı mətbuat konfransı keçiriləcək", - deyən N.Mirməmmədli məhz həmin konfransda konservatoriyanın bəstəkarlıq məktəbinin davamından söhbət açıb, sürprizlər açıqlayacaq. "Bəstəkarlıq məktəbi davam edir. Adı bilinməyən məktəblərin isə davamı yoxdur. Hazırda mədəniyyət sahəsində möhkəm hazırlıqlar gedir. Fərhad Bədəlbəylinin adını bilmədiyi məktəbin bu gün davamçıları həddən artıq çoxdur. Təəssüflə deməliyəm ki, bunların çoxu sırf  bəstəkar yox, həvəskar bir məktəbdir. Amma həvəskarın da musiqi savadı olmalıdır. Həvəskar bəstəkarlar özlərini peşəkarlardan üstün tuturlar. Bəli, iradlar tutmaq lazımdır. Bir şeyi unutmaq olmaz ki, həvəskarların xətrinə dəymək olmaz. Onda bunlar həvəsdən düşürlər. Hər bir Azərbaycan nümayəndəsinin sinəsi musiqi ilə doludur. Xalq mahnılarımız var, onlar boş-boşuna yaranmayıb. Hər birinin müəllifi var. Onların heç biri həmin mahnıların notlarını tarixdə saxlatdırmayıblır. Çünki onu özləri üçün labüd sayıblar. Bu gün bəstəkarlıq məktəbi davam etməkdədir. Ola bilsin ki, Fərhad Bədəlbəyli bu müsahibəni verəndə əsəbi olub, çünki o, baltanı kökündən vurmaq istəməyib. Amma əsəbini cilovlaya bilməyib".

Bəstəkar telekanal radioları da günahlandırıb. Onun sözlərinə görə, indi bu istiqamətdə veriliş açanlar özfəaliyyətlə saf sənəti ayırd edə bilmirlər. N.Mirməmmədli Fərhad Bədəlbəylinin fəxri adlarla bağlı verdiyi açıqlamaya da aydınlıq gətirib. Bəstəkar fəxri adların elə indi verilməsinin lazım olduğunu deyib: "Fəxri adlar elə indi verilməlidir. Çünki yalnız həmin fəxri adlardan sonra peşəkardan həvəskarı ayırd etmək olur. O vaxtlar layiqli adamlar efirdə görünürdü. Bu günsə efir layiqsizlərin öhdəsinə verilib".

"Fəxri adların verilməsi intriqadan başqa bir şeyə yaramır" sualını N.Mirməmmədli belə cavablandırıb: "Biz fəxri adlar üçün çalışmırıq. vaxt verərlərsə, onda çox sağ ol deyərik. İstər mənim, istərsə Hikmətin üç yaşından başımızın üstündə müəllim olub. Bu illər ərzində qarşımızda bir məqsəd durub: böyüyəndə sənətimizi bilən adam olacayıq. Bir musiqişünas kimi konservatoriyaya daxil olmuşduqsa, indiki cavanlardan fərqli olaraq oxumağın acı olmuşuq. İndikilər kimi efir acı olmamışıq. Mən əziyyət çəkirəm, dişimlə dırnağımla çalışıram. Əgər fəxri adların siyahısından kənarda qalıramsa, deməli, bu, özümüzdən aşağıdakılara görə zərbədir".

N.Mirməmmədli F.Bədəlbəylinin açıqlamasındakı bəzi məqamlara irad tutsa da, bəzilərində haqlı olduğunu deyib. Onun sözlərinə görə, bəstəkarlar bu gün not bilməyən müğənnilərlə işləyirlər. Amma bunun səbəbini dolanışığın aşağı olması ilə bağlayıb: "Biz not bilməyən müğənniyə mahnı verməyə məcburuq. Fitri istedada malik olan müğənnilərimiz az deyil. Notu bilmək müğənniyə çox vacibdir"

 

Reytinq.- 2006.- 5 noyabr.- S. 22.