Bəstəkarımız ürəkləri fəth edir
Alman rejissorları qrupunun
ərsəyə gətirdiyi
"Azərbaycandan olan
maestro" sənədli filminin
əsasını Almaniya -
Köln,
Bu günlərdə isə alman sənədli film ustalarının
dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin yaradıcılığından
söhbət açdıqları film
"Kapellhaus" Almaniya-Azərbaycan
Mədəniyyət Mərkəzində
göstərilib. Firəngiz xanım
filmdə bütün qitələrdə məşhur
bəstəkar, müasir klassik musiqinin ən parlaq müəlliflərindən biri
kimi təqdim edilir. F.Əlizadənin
əsərləri Avropa
və Amerikanın ən nüfuzlu festivallarında səslənir,
onun ifaçıları sırasında Mstislav Rostropoviç, İvan Monigetti, Kronos Huartet, Evelin Qlenni, "La Strimoellata
Bern", "Kontinium" və
digərləri kimi aparıcı solistlər və kollektivlər var.
Yo-Yo Manın "İpək
yolu" layihəsində
"Dərviş" kompozisiyası
ilə iştirakı həmyerlimizi daha da məşhurlaşdırıb.
Firəngiz Əlizadə təkcə
Azərbaycanda deyil, bütün keçmiş SSRİ-də avanqard musiqi əsərlərinin
ilk ifaçısı kimi tanınır. O, "Qara Qarayev", "Azərbaycanda
simfonik musiqi" kitablarının, Azərbaycan bəstəkarları və musiqisi haqqında 150-dən çox məqalənin müəllifi, müasir musiqinin fəal təbliğatçısı, Şenberqin əsərlərinin ən
yaxşı təsnifatçısıdır.
Hər il
keçirilən Lüsern müasir musiqi festivalının
bütün tarixi ərzində ilk dəfə
Firəngiz xanım 1999-cu
ildə aparıcı bəstəkar adına layiq görülüb. 2003-cü
ildə F.Əlizadə
onu XXI əsrin görkəmli intellektualları siyahısına daxil etmiş Kembric Bioqrafik
Mərkəzinin diplomu
və medalı ilə mükafatlandırılıb.
"Azərbaycandan olan
maestro" filmi həmvətənimizin
Almaniya səhifələrini
əks etdirir. O,
15 ildir bu ölkədə yaşayır və yaradıcılığı ilə Azərbaycanın şöhrətini buradan bütün planetə yayır. Dünyanın ən məşhur
simfonik orkestrləri və musiqi kollektivləri istedadlı və tanınmış müasir bəstəkarlar cərgəsində Firəngiz
xanımın əsərlərini
də öz proqramlarına salırlar. F.Əlizadə bir tərəfdən
yüksək peşəkarlığı,
gərgin əməyi,
digər tərəfdən,
şübhəsiz, dahiliyi sayəsində Asiya, Amerika, Avropa ölkələrinin bəstəkarları
ilə rəqabətdə
həmişə uğur qazanır. İfaçıları deyirlər:
- Bu azərbaycanlı qız tayı-bərabəri olmayan bəstəkardır. Onun əsərlərini
ifa edərkən biz musiqinin qanadında sanki başqa bir
dünyaya uçuruq. Firəngiz Əlizadənin hamının anladığı musiqisi ürəkləri fəth edir, adamı sehirli
bir aləmə aparır, mədəniyyətlərin
dialoquna qovuşdurur.
Azərbaycan.-2006.- 9 noyabr.- S. 8.