Azərbaycan xalçası və
xalq tətbiqi sənəti Dövlət muzeyi ilə tanışlıq
Qara Dəniz İqtisadi
Əməkdaşlığı Parlament Məclisi Baş Assambleyasının 28-ci payız
sessiyasının iştirakçıları noyabrın 21-də Lətif Kərimov adına
Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət
muzeyində olmuşlar.
Qonaqlara məlumat
verilmişdir ki, xalçaçılıq Azərbaycanın ən qədim xalq sənəti növlərindən biridir. Xalçaların bədii quruluşuna, texnoloji xüsusiyyətlərinə və
rəng həllinə
görə Azərbaycanda
bu sənətin bir sıra məktəbləri
formalaşmışdır. Azərbaycan
xalı və xalçaları dünyanın bir çox muzeylərinin
ən nadir eksponatlarından sayılır. Hazırda Bakıdakı Dövlət muzeyinin fondunda bu qədim
sənətin müxtəlif
sahələrinə aid
6 min eksponat saxlanılır və onların heç biri
digərinə bənzəmir.
Qonaqlar muzeydəki milli geyimlərimizə, xalqımızın ən gözəl adətlərindən
biri olan toy mərasiminə dair atributlara da baxmışlar.
Onlar muzeyin xatirə kitabına yazdıqları ürək sözlərində Azərbaycan
xalçaları ilə tanışlıqdan zəngin təəssürat və zövq aldıqlarını bildirmişlər.
Azərbaycan.-2006.-22 noyabr.-S.3.