Mətin
Xatirinə gəlirmi?
Ötən gün Əməkdar
artist Aybəniz Haşımova növbəti klipini təqdim etdi. Qeyd
edək ki, "Xatirinə gəlirmi?" mahnısının sözləri
Abdulla Qüdrətə, musiqisi Oqtay Kazımiyə məxsusdur. Klipin
operatoru Nadir Mehdiyev, rejissoru isə Aybəniz xanım özüdür.
Təqdimat
mərasimində Oqtay Kazımi, İlqar Muradov, Nuriyyə Hüseynova,
bacısı Şahnaz Haşımova və digər sənət adamları iştirak
edirdilər. Tədbirin təşkilatçısı Elçin Əlibəylinin
sözlərinə görə, klipə maliyyə dəstəyini
müğənni özü və CNF prodakşın göstərib: "Təxminən
iki ay bundan əvvəl Aybəniz xanım bizə müraciət
edərək, kommersiya xarakterli bir layihəsinin olduğunu dedi.
Layihənin formatının öyrəndik və razılaşdıq. Maliyyə
vəsaitinin əsas hissəsi onun özünə məxsus olsa da, bu
layihədə CNF prodakşının əməyini danmaq mümkün deyil".
Aybəniz Haşımova isə bildirdi ki, bu mahnının 40 yaşı var: "İyirmi il əvvəl "Dan ulduzu" ansamblının bədii rəhbəri Gülarə Əliycva məni Oqtay müəllimin yanına göndərən zaman onun mənə verdiyi əsərlərdən biri də məhz bu oldu. Bu, duet idi. Mən mahnını ifa etdim ve hətta mənə tərəf müqabili də tapıldı. Mahnı alınsa da, mən gəncəlilərin qorxusundan, yəni duet oxumağımın söz-söhbətə səbəb olacağından çəkinib, onu oxumadım"
İllər keçəndən sonra A.Haşımova tərəf-müqabil tapa bilib. Həmin şəxs müğənninin konsertlərin birində görüşdüyü Rövşən Əzizdir. Mahnının bəstəkarı da onu dinlədikdən sonra etiraz etməyib. Beləliklə, bu iş ərsəyə gəlib.
Bəstəkar Oqtay Kazımi isə bildirdi ki, mahnını 1965-67-ci illərdə yazıb. Amma Sovet hökuməti lirik mahnılara qadağa qoyduğundan, mahnını heç bir müğənniyə təklif edə bilməyib. İyirmi il əvvəl Aybəniz xanım onu duet oxumaq istəməməsi ucbatından mahnı 40 il sandıqda qalıb.
Tədbirdə iştirak edən sənət adamları mahnını və klipi tərifləməklə bərabər, hər iki müğənniyə müvəffəqiyyət arzuladılar.
Azadlıq.- 2006.- 22 noyabr.- S. 15.