Mətin

“Şou-biznesin arxasında duran qüvvələr var”

Canəli Əkbərov bunlardan qorxduğu üçün mövzudan danışmaq istəmir

 

Muğam bizə sərvət kimi verilib. Muğamlarımız ənənəvi olaraq qorunmalı nəsildən nəsilə ötürüməlidir. Muğamın akademik formasını gərək nizamsız etməyəsən. Muğamda milli ornamentləri qorumalıyıq" - müsahibim xalq artisti Canəli Əkbərov bu fikirdədir. Onun sözlərinə görə, xaricilər bizim muğamın başına firlanır, özümüzdə isə başından vururlar. Xanəndədən muğama qarşı yaranan biganəliyin səbəbini soruşduq.

- Bir müddət əvvəl muğanıa qarşı bir biganəlik yaranmışdı. Sizcə, həmin böhranh mərhələ keçid dövrü ila bağlı idi, yoxsa başqa səbəb var idi?

- Muğama münasibətin deformasiyaya uğramasının birinci səbəbi odur ki, bu sənəti qorumalı olan təbliğat maşını işləmədi. Müxtəlif zövqlü insanlar ayrı-ayrı telekanallarda özlərinə məskən salıb, özlərinə müvafıq proqramlar hazırlamağa başladılar. Efıri şou-proqramlar başına aldı. İkinci tərəfdən ölkələrdə şadlıq evlərinin sayı artdı. Bu yerlərdə isə daha çox ara müğənniləri oxuyurlar. Milli musiqi mədəniyyətinə belə yerlərdə fıkir verilmir. Bu da bir ziyandır. Sonra kəndlərdə maddi vəziyyət o qədər aşağı düşdü ki, insanlar öz övladlarının toyuna muğam ustalarını, milli musiqi ifaçılarını gətirə bilmədilər. Toyxana sözünü şadlıq evləri əvəz elədi. Buralarda isə o qədər hay-küy var ki, bədii-estetik zövqdən söhbət belə gedə bilməz. Bir yerdə ki, toy başlanandan müğənni popurizm aləminə düşürsə, toya gələnlərin hamısını hay-küylü musiqi ilə oynadırsa, burada milli dəyərlərdən danışmaq mümkün deyil.

Biz əvvəllər toya gedəndə toyxanalarda 5-6 nəfərdən ibarət xanəndə dəstəsi olardı, ən kasıb adamın toyunda ən azı 3-4 xanəndə olurdu. İndi bunların hamısı maddi duruma görə yığışdırılıb:

- Hazırda muğamın tədrisi sizi qane edirmi?

- Muğamın tədrisi üçün gözəl şərait yaradılıb. Amma hazırda test üsulu olduğu üçün gözəl səsi olanlar kənarda qalır. Səsi olmayanlar imtahandan keçir, istedad sahibləri isə daxil ola bilmirlər. Amma   ümidverici gənclər çoxdur.

-   Son dövrlərdə  milli xalq mahnıları  yeni orenjemanda ifa olunur. Buna necə münasibət bəsləyirsiniz?

- Çox pis. Bəzən titullu müğənnilərimiz xalq mahnılarında     sözlərin, musiqili vurğuların yerini dəyişirlər. Onlara "gözün üstdə qaşın var" deyən yoxdur.  Sözün  deyilişi, nizamın pozulması musiqiyə böyük təsir göstərir. Sözlə  səsin qohumluğu var, söz olmasa səs bərkiməz. Sözü gərək elə tələffüz edəsən səni dinləyən başa düşsün. Amma indikilər mahnın ritmindən kənara çıxırlar. Bu mahnılar xalqımızın hisslərinə    nəqş olunmuş mahnılardır. Belə mahnıları dəyişdirmək olmaz.

-  Bəzən müğənnilər muğama da əl atıb, sintez yaxud yeni orenjeman edib oxuyurlar. Çox görmüşük ki, muğamla cazı, repi sintez edirlər. Bunu necə qiymətləndirirsiniz?

- Mən rəva bilmərəm ki, caz muğama qatılsın, muğam caza.  Qoy cazı dinləmək istəyənlər caz dinləsinlər, muğam dinləmək istəyənlər muğam. Onu da deyim ki, muğamda  olan  fəlsəfə cazda yoxdur.

- Zakir Bağırovun vaxtında haqsızlıqla üzləşmisiniz. Polad Bülbüloğlu dövrü sizin üçün elə bir uğurlu dövr olmayıb. Sizi teatrdan uzaqlaşdırıblar. Bu, nədən irəli gəlir, yoxsa nazirlərlə sizinki gətirmir?

-  Hardasa bu sualda haqlı elementlər var. Başqalarına verilən meydanlar  mənə  verilməyib. Ögey-doğmalıqla  çox üz-üzə gəlmişəm. Doğrudur, Polad Bülbüloğlu nazir keçən kimi ad alanların sırasına mən düşdüm.  Polad   mənə   söz vermişdi ki, bundan sonra bütün xarici ölkələrə səni göndərəyəcəyəm. Amma nazir  olduğu  müddətdə bir dəfə olsun məni xarici  ölkələrə  qastrola göndərmədi. Amma onun ətrafında elə adamlar var idi ki, xarici ölkələrə ancaq onlar göndərilirdi.

Amma bizi elə formada Opera Balet Teatrından uzaqlaşdırılmağımıza, lüzum yox idi. Bizim teatrda qalmağımız gənc nəsilə böyük örnək idi, teatrda olduğum müddətdə neçə Leylilər, Məcnunlar, Əslilər hazırladım xalq üçün. Ola bilsin, qurunun oduna yanmışam. Yəni sifariş başqası üçün gəlmişdi, mən onun böyründə getdim. Mənə verilən 300 min manatın acı deyildim, mənə göstərilməyən qayğının acı idim. Prezident mənə təqaüd ayırıb, ev verib. Mənim işdən uzaqlaşdırılmağım problem deyildi. Sadəcə olaraq, uzaqlaşdırılmağımızın forması həddən artıq pis oldu.

- Şou-biznesə gənclərin axınını necə qəbul edirsiniz?

- Azərbaycanda şou -biznesin arxasında duran qüvvələr var. Onların təbliğat maşınları çox güclüdür. Bu barədə danışmaq istəmirəm. Onlar çox böyük qüvvədirlər. Mən qorxuram. Danışmaq istəmirəm.

 

Azadlıq.- 2006.- 19-20 noyabr.- S. 15.