"Bakının gözəlliyinə valeh olmuşam"
Moksim Qalkin: "Polad Bülbüloğlu
onun parodiya edilməsini sevmir"
Rusiyanın tanınmış parodiyaçısı Maksim Qalkinin konsertini bakılılar səbirsizliklə gözləyirdilər. Onun iki il bundan əvvəl parlaq çıxışı hamının yadında yaxşı qalıb. Əgər Qalkin "Yeni və ən yaxşı" proqramını hazırlayıbsa, deməli, həmin axşam ən azı əvvəlkindən zəif olmamalıdır. Həm də ötən iki il ərzində ən yaxşı yerlər üçün biletlərin qiymətinin təxminən iki dəfə artmasına baxmayaraq, xalq Qalkinin konsertinə gəlib. Nə etmək olar, inflyasiya bura da təsir göstərir. Bu vaxt ərzində Qalkinin də qonoran artıb. Bəzi məlumatlara görə, 2004-cü ildə parodiyaçının gəlişinə görə 30.000 dollar ödənilməli idi. İndi bu məbləğin nə qədər olduğu məlum deyil. Maksim ilk gəlişində söz vermişdi ki, gələn dəfə Heydər Əliyev adına Sarayda o, Azərbaycan dilində yaxşı danışmağa çalışacaq. Və etiraf edək ki, o, tam olmasa da, hər halda sözünün üstündə durdu. Parodiyaçı axşamı "Axşamınız xeyir" sözləri ilə açdı. Sonra hətta bir neçə dəfə uzun cümlələr söyləyərək, Azərbaycan dilində yaxşı zarafatlar da etdi.
Qalkinə Bakıda ən tanış küçə
Torqovı" deyil, başqa küçə oldu... "Mən ən çox Pyotr
Montin küçəsi haqqında eşitmişəm. Mənim tanıdığım bütün azərbaycanlılar məhz orada anadan olublar. Belə bir təsəvvür
yaranıb ki, məhz orada vaxtilə hansısa demoqrafik partlayış baş verib. Qusman
həmişə süfrə
başında o küçəni xatırlayır, İsgəndər Xəlilov da elə bil
oradandır. Telman İsmayılov, deyəsən, orada böyüməyib, lakin onsuz da
deyirlər ki, o, Montindəndir", -deyə parodiyaçı bildirib. Qeyd olunduğu kimi, Qalkin bu konsertinə
də əsaslı şəkildə hazırlaşıb. Və sevindirici haldır ki, o,
bütün informasiyalardan, hətta avtomobilin pəncərəsindəki görünüşdən
də istifadə edib. "Sizdə Bakıda həyat elə sakit və tələsmədən
gedir ki, hətta tıxaclar da axşama yaxın yaranır.
Mən avtomobili park edənin kürəyində üç hərf - BŞX gördüm. Və o, özünü də
BŞX kimi aparırdı. O
biləndə ki, mən bu hərflərin
Bakı şəhər xidməti demək olduğunu bilirəm, çox təəccüb1əndi".
Əgər Qalkin Bakıya konsert
vermək üçün gəlirsə, Azərbaycan
bölgələrinə yalnız
bunun üçün gəlmir. Dediyinə görə, o, Qubaya ("Fidelin təqaüdə çıxmasını gözləyən Azadlıq adası,",
- deyə M.Qalkin zarafat edib) yeniyetməlik
və sünnət tədbirlərini aparmaq üçün gəlib. Yeri gəlmişkən, o, tədbirlərdən birində
Aygün Kazımova və Namiq Qaraçuxurlu
ilə
Qalkin Saraydakı konsertdə eksklüziv də parodiyaçının Bakıya gəlməsindən bir gün əvvəl Aleksey Tsapikin yazdığı tamamilə yeni əsər təqdim edib. Təbii ki, o, hələ
heç yerdə əsəri oxumayıb. Birinci oxunuş yaxşı keçdi.
Çox uğurlu nömrə oldu. Bəli, əlbəttə, konsertdə hər şey rəvan olmadı. Təəssüf ki, 2004-cü ildə
olduğu kimi onun gəlişindən əvvəlki eyforiya olmadı. 0 zaman
bu, böyük hadisə idi, indi isə artıq
normal hadisədir. Məhz
bu səbəbdən bu dəfə zalda az
da olsa boş
yerlər var idi. Sonra hər
halda yeniliklər köhnələrdən, yəni
yaxşılardan bir qədər az
idi. Qalkin ilk gəlişində xeyli musiqili parodiya göstərib, indi isə ortanın sayı az idi. Və nəhayət, Qalkinin
İlham Əliyev haqqında dediyi lətifə heç bir təsir buraxmadı. İş bunda deyil ki, lətifə onun haqqında idi.
Sadəcə olaraq,
2004-cü ildə lətifədə
Əliyevin rolunu Putin oynayırdı...
Maksim Qalkin konsertə qədər müsahibədən
imtina etdi və çox sürətlə
öz qrim otağına
getdi. Lakin artıq çıxışdan
sonra jurnalistlərin suallarına cavab verməyə məcbur oldu. Maksim "Trend"in müxbirinə bunları deyib:
- Maksim, konsertdən sonra hansı təəssüratlarınız
var?
- Ötən dəfə olduğu kimi çoxlu
müsbət emosiya var. Tamaşaçılar məni çox yaxşı qəbul
etdi, prinsipcə, mən heç buna
şübhə də etmirdim. Ümumiyyətlə, Bakı mənim
çox xoşuma gəlir. Mənə bu şəhər
haqqında çox danışıblar. Axı mən uşaqlıqda heç vaxt burada
olmamışam və ilk dəfə bura iki il bundan əvvəl konsert verməyə gəlmişəm və Bakının gözəlliyinə valeh olmuşam.
- Siz Bakıdakı çıxışınıza nə qədər vaxtda hazırlaşmısınız? Sizin konsertinizə baxsaq, az hazırlaşmamısınız...
- Məsələn, keçən
dəfə mən xalq arasında ən
populyar nağıllarla
- Nə üçün siz
Azərbaycanın
hansısa tanınmış şəxslərini parodiya etmirsiniz?
- Kimi, məsələn?
- Polad Bülbüloğlunu, Müslüm Maqomayevi, Rusiyada yaşayanların...
- Onlar çox tanınmış və
mənim hörmət etdiyim insanlardır. Bəli, mən onları parodiya etmirəm. Lakin, məsələn,
mən bilirəm ki, Polad Bülbüloğlu
onun parodiya edilməsini sevmir.
Təəssüf ki, daha onunla
danışa bilmədik, o, ya restorana, ya
da mehmanxanaya tələsirdi. Bir sözlə, Heydər Əliyev adına Saraydan çıxarkən o, çox şübhəli 007 nömrəsi olan (xüsusilə də bu yaxınlarda Ceyms
Bond haqqında yeni filmin dünya premyerası
fonunda) çox qəşəng "Rolls Roys"a
mindi (halbuki Qalkinin rayderində bu maşın yoxdur,
onu parodiyaçıya qastrol təşkilatçıları təqdim ediblər) və getdi. Maraqlıdır, Qalkin gələn dəfəki gəlişi üçün Azərbaycan dilində hansı söz və
ifadələri öyrənəcək?...
Üç nöqtə.- 2006.- 24 noyabr.- S. 13.