Xalqa bağlı sənətkar
Ürəyinin, qəlbinin odunu sənətə verən insanların əməyini xalq heç vaxt
unutmur, həmişə yüksək qiymətləndirir. Belə sənətkarlardan
biri də qarmonçalan Aslan İlyasovdur. O, həyatı
dərk etdiyi gündən milli musiqimizin qorunub saxlanmasına, inkişaf etməsinə çalışır. Xalqımızın nadir
incilərini təbliğ
edib dünyaya çatdırır. Ona görə də
musiqi sənətində
öz layiqli yerini tutub. Qarmonda səsləndirdiyi milli rəqslər, yanıqlı havalar adamın ruhunu oxşayır. Aslan İlyasovla söhbətlərin birində
dedi:
- 1993-cü ildə ümummilli
liderimiz Heydər Əliyev televiziya çıxışlarında bildirdi ki, hər bir
kəs iki ağac əkib öz övladı kimi
böyütsə, boş qalan sahələrimiz tamamilə yaşıllaşar. Öz-özümə dedim
ki, çox yaxşı
məsləhətdir. Ona görə
Bakı-Salyan yolunun 116-cı kilometrliyində Qızılçıraq adlanan 5 hektar ərazidə park saldım, Bağa Heydər Əliyevin adını verdim. Orada kimsəsizlər evi tikdirdim. İndi orada namaz qılırlar,
onlara pulsuz çay verilir. Ərazidə vaxtilə ticarət
obyekti də var idi. Həmin yerdə "Heydər Əliyevin sənət dünyası" muzeyini yaratdım və büstünü qoydurdum.
A.İlyasov keçdiyi sənət yolundan söz açaraq dedi:
"Təxminən 9-10 yaşlarında
olardım. Qonşuluqda Əvəzağanın mandalinası
var idi. Özü çalardı. Alıb çalmaq istəyəndə
vermirdi, "simlərini
sındırarsan" deyirdi.
Bir gün taxta
parçasını götürüb ona mıx vurdum
və sim bağlayıb dınqıldatmağa başladım. Musiqiyə böyük həvəsim
oldluğunu görən atam mənə mandalina aldı. Sonra rayonun Pioner
evinə gedib tar şöbəsində musiqi təhsili aldım. Burada tarın sirlərini öyrəndim. Bir gün atam məni
yanına çağırıb dedi ki, kirvəmiz
bizi qonaq çağırıb. Tarı da götür, gedək onlara. Orada mənə dedilər ki, tarda bir
"Zabul" çal.
Həvəslə çalmaq istəyirdim,
amma tar tez-tez kökdən düşürdü. Bu da mənə
pis təsir bağışlayırdı. Evə gələndə qarmon çalacağımı bildirdim. Atam narazı qaldı, amma məni inadımdan döndərə bilmədiyindən gedib qarmon aldı. On bir yaşımdan
qarmon çalıram. Sonradan rayonun bir sıra
tədbirlərində iştirak
etdim. Qonşu rayonlara da konsert verməyə gedərdik. Bir dəfə Salyan
mədəniyyət evində
gənc musiqiçilərin
sənətinə baxış
keçirilirdi. Məni də
dəvət etmişdilər.
Həmin
müsabiqəyə gəldim.
Təəssüflər olsun ki, konsertin başlanmasına bir saat qalmış
dedilər ki, sən çalmayacaqsan, çünki rayon partiya komitəsindən belə göstəriş veriblər.
Müraciət etdikdə sözləri
bu oldu ki,
gələn dəfə
çalarsan. Bu məni geri salırdı. Çünki bir də belə tədbir 5-6 ildən sonra olacaqdı. Evə qayıdıb valideynlərimə
Bakıya gedəcəyimi
bildirdim. Bu hadisədən sonra Azərbaycan Dövlət Televiziya və Radio Şirkətinə gəlib qarmonda ifa etdiyim
rəqsləri lentə
yazdırmaq istədiyimi bildirdim. Salyandan gəldiyimi dedim. 25 nəfərdən ibarət komissiya üzvü qarşısında əvvəlcə "Tərəkəmə",
sonra "Aslanı" rəqsini çaldım, xoşlarına gəldi. Komissiya üzvləri rəqsləri lentə yazdırmağımı qərara aldılar. Köçürülmüş lent yazısı radio komitəsinə verildi. "Aslanı" rəqsinin
adını dəyişib "Yeni rəqs" qoymaq istədilər.
Razılaşdım.
5-6 il bu
rəqs "Yeni rəqs" adı altında səsləndirildi. Sonradan "Aslanı" rəqsi kimi çalındı.
Çox rəqslər yazmışam.
Bir dəfə məhsul bayramı ilə əlaqədar Cəlilabada
getmişdik. Orada üzümçülərə
də rəqs həsr etməyimi xahiş etdilər. Bir həftə ərzində "Üzümçülər " rəqsini yazdım. Bir sıra rəqslərim, o cümlədən "Ülviyyə",
"Zəminə" və
"Nazənin" kimi
rəqslərim də
radionun qızıl fondunda saxlanılır.
Respublikamızın bütün rayonlarında
olmuşam və kənd zəhmətkeşləri
qarşısında çıxışlar etmişəm. "Azkonsert" Birliyinin solisti kimi filarmoniyada
konsertlərim olub.
Xan əmi, Rübabə Muradova, Yaqub Məmmədov, Arif Babayev, Hacıbaba
Hüseynov, İslam Rzayev və Bəhram Mansurov kimi böyük sənətkarlarla
birlikdə el şənliklərində
iştirak etmişəm. Dəfələrlə xeyriyyə marafonu
keçirmişik. İmkansızlara, kimsəsizlərə
və qocalara əl tutmuşuq. Musiqimizdə
böyük irəliləyiş var, onun sabahından
rahatam. Çünki dövlətimiz bu
sahəyə qayğı ilə yanaşır. YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli musiqimizə yüksək səviyyədə qayğı göstərməsi də bunu bir daha
təsdiq edir.
A.İlyasov onu da bildirdi
ki, Prezident İlham Əliyevin respublikanın bölgələrinə,
o cümlədən Salyana
gəlişindən sonra digər sahələrdə
olduğu kimi, rayonların mədəni həyatında da dönüş yaranıb.
Azərbaycan.-2006.-16 noyabr.-S.8.