Nəzakət
Nəğmələrdə susan ömür
Ölümü ilə doğum gününə bir körpü salan sənətkar
Musiqili dünyamızı
zəngin notları, rəng çalarları ilə ahəngdarlaşdıran sənət nümayəndələrindən
olan Emin Sabitoğlu neçə onilliklərin müasiri kimi musiqisevərlərin yaddaşına adını yaradıcılığına daxil olan nümunələri ilə həkk edə bilmişdir. Bu yaddaşın əsasında
Emin Sabitoğlunun lirikliyi, dramatikliyi ilə seçilən sənət nümunələri
dayanır ki, onların melodiyası qəlbimizin məhəbbət
dolu simlərini daim titrədir.
Emin Sabitoğlunun dünyasını bizimlə yaxınlaşdıran, həmahəng edən musiqisi Azərbaycanın milli xəzinəsi üzərində yaranmış və onun ifasında
yeni bir çalarla təqdim olunmuşdur. O, sənət aləminə
ötən əsrin
60-70-ci illərində gəlmiş,
yaradıcılıq axtarışında olan sənət dostları ilə birlikdə xalqa sənətin ən yüksək zirvəsində duran əsərləri təqdim edə bilmişdir. Uşaqlıqdan musiqili dünyaya
yaxın olan sənətkar orta təhsilini başa vurduqdan sonra, Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, nümunəvi tələbə kimi görkəmli sənətkarlardan
dərs almışdır.
Bu təhsil Emin Sabitoğlunu tam qane etmədiyindən, yəni
musiqinin sirlərinə
daha dərindən bələd olmaq ehtiyacı onu rahat
buraxmadığından, bu gənc Şaporin adına Moskva
Dövlət Konservatoriyasına
daxil olmuş, mükəmməl musiqi təhsilinə malik musiqişünas kimi vətənə qayıtmışdır.
Onun yaradıcılığı janr etibarilə çoxşaxəli və emosionaldır. Belə ki, bəstəkar mahnı janrına daha
çox yaxın olsa da, Azərbaycanın
teatr səhnələrində
oynanılan tamaşalara musiqi yazmağı da yaradıcılığında ana xətt kimi
davam etdirmişdir. Belə ki, Emin
Sabitoğlunun yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlı olmuş, bu teatrın səhnəsində
oynanılan "Hicran",
"Oxuyan ürək"
kimi tamaşalara musiqi bəstələmiş və həmin sənət nümunələri
uzun illərdir ki, uğurla oynanılır.
Emin Sabitoğlunun musiqisinin özünəməxsus rəng çalarları vardır ki, bu da
onu dövrünün çox istedadlı və
tanınmış bəstəkarları
olan Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev kimi musiqiçilərdən
fərqləndirir. Onun musiqisindəki
həzinlik, kövrəklik,
ilk öndəcə özünü büruzə verir. Təbii ki, bu məqamlar
bəstəkarın özünəməxsus
fərdi insani dəyərləri ilə
bağlıdır. Musiqiyə çökən
bu dəyərlər Emin Sabitoğlu dünyasının fərdi cizgilərini qabarıq şəkildə göstərir.
Onun musiqisinə qulaq asan şəxs,
bu sənətkarın olduqca kövrək təbiətə malik olduğunu hiss edir. Bəlkə də bu kövrəklik
sənətkarın doğulduğu
ayla əlaqədardır ki, payızın son ayında təbiətə köçən həzinlik onun təbiətinə daxil olmuşdur. Yaradıclığında “Payız gəldi, uçdu getdi quşlar”
mahnısının yer alması da elə
bu notlardan köklənmişdir. 1937-ci ilin noyabr ayında
dünyaya gələn Emin Sabitoğlu elə doğulduğu zamanda, yəni noyabr ayında da
həyata əlvida demişdir.
Bu gün sənətkarın doğum günüdür. Ölümü ilə doğum
gününə bir körpü salan Emin
Sabitoğlu bir ömür yaşadı. Nəğmələrdə əbədi səslənən
sənətkar ömrü.
Payızın nə xəzan dövrünün tökümü, nə də qışın sərt, amansız çovğunu bu ömrün üstünə
kölgə salıb, onu silə bilməz.
Çünki həqiqi sənətkara məxsus olan musiqiçinin ömrünə düşən illər bu dövr ərzində
olduqca məhsuldar və mükəmməl olmuşdur. Azərbaycanın
klassikləri olan Fikrət Əmirov, Qara Qarayev, Cövdət
Hacıyev və digər bəstəkarların
yaradıcılıq yolunun davamçısına çevrilən Emin Sabitoğlu, sözsüz ki, sənət
dünyasına yarımçıq və sönük olan
əsərləri həkk
edə bilməzdi.
Emin Sabitoğlu uzun illər Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəalliyyət göstərmiş, bir çox gənclərin bəstəkar kimi yetişməsində rolu olmuşdur. Belə ki, o, peşəkar
musiqiçi kimi əxz etdiyi bilikləri gənclərə
humanist bir şəkildə
təqdim edir, onların püxtələşməsinə
daim yol açmağa çahşırdı. Deyilənə görə Emin
Sabitoğiu ilə tələbələri arasında
çox sıx əlaqə
olmuş, yetişən nəslə heç bir qısqanclıq hissi olmadan bəstəkarlığın
fərdi, spesifik xüsusiyyətlərini aydınlaşdırmağa
cəhd göstərmişdir.
Emin Sabitoğlu Azərbaycan musiqi sənəti tarixində gözəl bəstəkar, pedaqoq olmaqla yanaşı, həm də çox istedadlı pianoçu
kimi adını həkk etmişdir. Bir müddət
Azərbaycanda simfonik orkestrin solisti olmuş və solo-müşayiətçi kimi şöhrət tapmışdır. Özünün yazdığı musiqi əsərləri ilə yanaşı, Azərbaycan və dünya klassiklərinin
əsərlərini məharətlə
ifa etmişdir. Bu gün onun ifasında
həmin kadrları əks etdirən lent yazıları vardır. Qızıl Fondun arxivində həmin əsərlər
qorunub saxlanılır və onlar vasitəsilə
biz Emin Sabitoğlu dünyasına bir daha
səyahət edə bilirik.
Yaddaşlarda gözəl
insan, gözəl ifaçı kimi qalan
Emin Sabitoğlu düz 6 il
bundan əvvəl dünyadan köç etmiş,
lakin əsərləri
ilə bizimlə bahəm yaşamağa nail olmuşdur. Cismani yoxluq ruhun zənginliyi ilə Emin Sabitoğlunu əbədi yaşar etmişdir. Emin Sabitoğlunun bu
gün doğum günü olsa da,
biz onu bu yazı vasitəsilə yad edib, böyük
sənətkarın doğum və anımını xatirinizdə bir daha yaşatdıq.
Səs.- 2006.- 11 noyabr.- S. 12.