Nüşabə

 

Mahnılarımızın kitab şəklində təqdimatı

Rafiq Babayev: “Yaddan çıxan xalq və retro mahnıların nəşrdə yer almasından sonra müğənnilərimiz repertuarlarına  bu musiqi parçalarını daxil ediblər”.

 

Hazırda Azərbaycan efirində hər bir müğənni öz repertuarı ilə yadda qalmağa çalışır. Yeni bəstələrimiz həm həvəskar, həm də professional bəstəkarlarımızın istedadı sayasində dinləyicilərin ixtiyarına verilir. Qeyd edək ki, bu yeniliklərlə yanaşı, səhnəmizin bir çox ulduzları retro mahnılara və unudulmuş xalq mahnılarına da müraciət edirlər. Çünki, bu tip bəstələr dinləyicilərin daha çox zövqünü oxşayır. Təbii ki, retro mahnılara müraciət edən müğənni özündən əvvəl bu bəstəyə möhür vuran korifeyin ifasını dinləməli, lakin tnahnını yeni oranjemanda, özünəməxsus tərzdə dinləyiciyə təqdim etməlidir. Xalq mahnılarında da, bu prinsipə riayət etmək yerinə düşərdi. Lakin bir çox müğənnilərimiz xalq mahnılarını təhrif etməklə yanaşı, efirdən dinləyicilərə təqdim edilən mahnıların müəlliflərini bəzən açıqlamırlar. Bunun nəticəsində bir çoxu barisləıimizin müəllifləri tamaşaçıya qaranlıq alır. Bunun ən pis nəticəsi isə bizim mahnılarımızın digər ölkələrdə əcnəbi ifaçıların albomlara daxil olunmasında özünü büruzə verir.

Təsəvvür edin ki, hər hansı bir professional bəstəkarın bəstəsi bu tip albomlarda "anonim" adı altında verilir. Bu zaman bəstəkar həmin mahnıdan onun əldə etməli olduğu müəllif haqqından - qonorardan məhrum olur. Bu hal təkcə bəstəkarlarımızın deyil, mahnıların yaranmasında az əməyi olmayan söz müəlliflərinin də, qarşılaşdığı bir fəsaddır. Deməli, biz öz mənəvi irsimiz sayılan, mahnılarımızın yaşaması və gələcək nəsillərə çatdırılması üçün hələ çox işlər görməliyik. Buna baxmayaraq, bu sahədə çalışan nəşrlərimiz də var. Azərbaycanda bəstəkar mahnıları, xalq musiqisinin gələcək nəsillərə yetirilməsi üçün "Min bir mahnı" nəşriyyatının fəaliyyətini misal göstərmək olar. Etiraf etmək lazımdır ki, bu gün kitab satışı Azərbaycanda əvvəlki illər nisbətində həddən ziyadə aşağı səviyyədədir. Bunun səbəbini mütəxəssislər müxtəlif cür izah edir. Məsələn, artıq bir çox lazımi məlumatlar intemet vasitəsilə, elektron kitabxanalar yolu ilə əldə edilir, oxucuların alıcılıq qabiliyyəti aşağıdır və s. Deməli, bu gün kitab bazarında fəaliyyət göstərən nəşriyyatlar istədiyi nəticəni əldə etməkdə bir çox çətinliklərlə üzləşməkdədir. Elə sadaladığımız bu məsələlərə və bizi maraqlandıran bir çox məqamlara aydınlıq gətirmək üçün "Min bir mahnı" nəşriyyatının direktoru Rafiq Babayevə suallarımızı ünvanladıq.

Müsahibimiz R.Babayev 1983-cü ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirdikdən sonra AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. Sonra isə əmək fəaliyyətini Memarlıq və İnşaat Universitetində davam etdirir. Hazırda elə adıçəkiiən təhsil ocağının dosenti və eyni zamanda təsis etdiyi "Min bir mahnı" nəşriyyatının direktorudur. Məlumat üçün onu bildirək ki, adından göründüyü kimi bu nəşriyyat mahnılarımızın kitab şəklində oxuculara təqdim olunmasına çalışır. R.Babayevə ünvanladığımız ilk sual isə nəşriyyatın yaranması ilə bağlı oldu.

- Maraqlıdır, peşə etibarilə riyaziyyatçı olan bir şəxs niyə məhz mahnıların toplanmasını və kitab şəklinə salınmasına meyil etdi?

- Baxmayaraq ki, riyaziyyatçıyam, lakin musiqini də çox sevirəm. İstər xalq mahnıları olsun, istərsə də bəstəkar mahnılarını böyük bir həvəslə dinləyirəm. Amma efirimizdə, el şənliklərində görürdüm ki, bir çox mahnıların sözləri ifaçılar tərəfindən dəqiq oxunmur, təhriflərə yol verilir. Hər bir mahnıya yeri gəldi-gəlmədi müxtəlif söz və ifadələr artırılır, elə də dinləyicilərə çatdırılır. Buna görə də 90-cı illərin ortalarında qərara gəldim ki, imkanım daxilində bütün mahnıları toplayım. Sonra efirlərdə bir çox müğənnilər mahnıların müəlliflərini, yəni sözlərin və musiqinin kimə məxsus olduğunu açıqlamırlar. Mən çalışırdım ki, topladığım mahnıların  müəlliflərini  dəqiqləşdirim. Çünki, mahnıda müəlliflər əsas mövqe sahibidir. Müğənni üçüncü tərəfdir.

- Mahnıların toplanmasına necə başladınız? Yəqin ki, bu sahənin    mütəxəssislərinə, professional sənət adamlarına da müraciət etmisiz?

- Bilirsiniz, əvvəlcə bu mövzuda nəşr olunmuş kitablarla tanış oldum. Amma mahnıların ilkin mənbəsini dəqiqləşdirmək üçün bu kifayət etmirdi. Televiziya və radionun səsyazma fonduna da müraciət edirdim. Tez-tez rayonlara, ucqar kəndlərə mahnı toplanması üçün gedirdim. Bir çox sənət adamları, müğənnilər, bəstəkarlar ilə görüşürdüm, məsləhətləşirdim. Nəhayət ki, necə deyərlər, 6-7 illik gərgin zəhmətimiz öz bəhrəsini verdi.

Qeyd edək ki, 2001-ci ildə Azərbaycanda ilk dəfə olaraq, həm retro, həm də xa!q mahnıları əlifba sırası ilə düzüldü və orijinal bir kitab şəklində musiqisevərlərə təqdim olundu. R.Babayevin verdiyi məlumata görə, ilk kitabın ərsəyə gəlməsində mərhum sənətkar Məmmədbağır Bağırzadə, Hacı Tələt Qasımov, Teymur Musfafayev, Baloğlan Əşrəfov, Qorxmaz Əlili, gözəl bəstəkarımız Şəfiqə Axundova və başqa sənət adamları yardımçı olub. 2003-cü ildə isə R.Babayev "Min bir mahnı nəşriyyatını təsis edib. Nəşriyyat direktoru kitabın hazırlanmasında oxucuların da fikirlərinin nəzərə alındığını bildirdi: 'Biz çalışırıq ki, nəşrimizi oxucularla dialoq yaradaraq, onların zövqünə uyğun olaraq tərtib edək. Bizə həddən ziyadə zənglər olur. Bir də görürsən ki, zəng vurub soruşurlar ki, filan mahnının sözlərini niyə kitaba salmamısınız? Bir şeyi də qeyd etmək istəyərdim. Qeyd etdiyim kimi, bizə oxucu zəngləri çox olur. Hardasa kitabda verilən mahnı müəlliflərinin səhv olmasını, dəqiq müəllif baradə də bizə məlumat verən diqqətli oxucular var. Əslində bu cür halları biz qüsur hesab etmirik. Çünki, oxucu ilə məhz bu cür dialoq quraraq biz mahnısının əsil müəllifini ortaya çıxarırıq. Yəni biz kitabda həmişə ön sözdə də bunu bildiririk ki, hər hansı bir mahnının mənbəyi ilə bağlı məlumatı olan oxucular bizimlə əlaqə saxlasın. Hər bir kitabı hazırlayanda biz rayonlarda kəndlərdə oluruq, Milli Konservatoriya, Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqə saxlayırıq və mahnıların ilkin variantının axtarışı ilə məşğul oluruq. İstər yeni, istərsə də retro mahnıların kitabda yer almasına çalışırıq."

- Zövqlər müxtəlifdir. İndi bir çox ara mahnıları da dinləyicilərə xoş gəlir. Belə mahnılar necə, kitabda yer alırmı?

-  Xeyr, biz çalışırıq ki, belə hala yer verməyək. Nəşrimizdə belə hala rast gəlsəniz belə, bildirim ki, yəqin ki, biz o mahnıları ara mahnıları hesab etmədiyimizdən onları bu kitaba daxil etmişik.

- Oxucular daha çox hansı janrda olan mahnıların kitabda yer almasını arzu edir?

-  Oxucularımız retro mahnılar, bəstəkar və xalq mahnılarının kitabda yer almasını istəyirlər. Onu da qeyd edim ki, biz bütün mahnıların müəlliflərinin tanınmasına çalışırıq. Yəni bu gələcək nəsillər üçün da hardasa bir ərməğandır. Onu da qeyd edirn ki, bir çox yaddan çıxan xalq və retro mahnıların bizim nəşrdə yer almasından sonra müğənnilərimiz öz repertuarlarına bu musiqi parçalarını daxil edib. Təbii ki, bu sevindirici haldır.

“Min bir mahnı” balacaları da diqqətdən kənarda qoymur. Belə ki, bu nəşriyyatda "Uşaq mahnıları" kitabı da, işıq üzü görüb. Qeyd edək ki, bu günlərdə "Min bir mahnının sayca 4-cü nəşri işıq üzü görəcək, R.Babayevin sözlərinə görə, bu nəşr oxucular üçün əsil sürpriz olacaq: "4-cü sayımız həcm etibarilə, mahnıların sayı və seçiminə görə fərqlənəcək. Bu nəşrdə müğənni Şahnaz Əliyeva xalq mahnıları və təsniflərin toplanmasında redaktəsində bizə köməklik göstərir,"

-  Xalq mahnılarının toplanmasında ilkin mənbəni necə müəyyən edirsiz? Çünki, bu mahnılar xalqa məxsusdur və ağızdan-ağıza keçərək bizə gəlib çatır.

- Xalq rnahnılarımız ifaçilar tərəfindən çox təhrif olunur. Məsələn, "Ana Kür" mahnısı əslində belədir": "Sənsən həyanım, mənim dərdim, dərmanım mənim"

Amma müğənnilər indi belə oxuyur: "Sənsən həyatım mənim, dərdim, dərmanım mənim", Gördüyünüz kimi, buradakı heca sayı və məna uyğunsuzluğu ikinci variantda özünü qabarıq büruzə verir. Axı dərd heç vaxt insanı dərmanı ola bilməz.

- Kitab bazarında indi çətinliklər çoxdur. Sizin nəşrin konkret üzləşdiyi  problemlər yəqin  ki, mövcuddur?

- Ən böyük problemimiz satış zamanı yaranır. İndi piratçılıq kitab satışına da zərər vurur. Məsələn, biz çox nəfis şəkildə oxucularımıza təqdim etdiyimiz nəşrin pirat nəşrlər tərəfindən keyfiyyətsiz şəkildə, üstəlik çox baha qiymətə satıldığının şahidi olduq. Hardasa bu, problem yaradır. Çünki nəşrə görə çəkdiyimiz vəsaiti geri götürə bilmirik. Bizə bəzən deyirlər ki, sizin nəşriyyat bir institutun görməli olduğu işi görür. Həqiqətən də bizim əsas məqsədimiz mahnılarımızın qorunmasına öz töhfəmizi verrnəkdir.

- Gələcəkdə oxucuları daha hansı yeniliklər gözləyir?

-  Yeni nəşrlərimizin birində 100-200 mahnının notlaşmış şəkildə, müəlliflər dəqiq göstərilməklə oxuculara çatdıracağıq. Amma burada da çətinliklər mövcuddur. Çünki, populyar mahnıların əksəriyyəti həvəskar bəstəkarlar tərəfindən yazılır.belə  mahnıların  notlaşmış variantı mövcud deyil. Biz bütün nəşrlərdə muğam və xalq mahnılarına yer ayırırıq. Buna baxmayaraq, oxucularımız təsniflər, muğamlar və xalq mahnılarından ibarət ayrıca bir nəşrimizin işıq üzü görməsini arzu edir. İstəyirik ki, yaxın gələcəkdə bununla bağlı fəaliyyətimiz davam etdirək.

Biz isə müğənnilərə bu kitabdan istifadə etməyi, oxuduqları mahnının müəllifləri barədə məlumat toplamağı məsləhət görürük. Çünki, onların bu sahədə səhlənkarlığı bəstəkar və xalq yaradıcılığı nümunələrimizin gah başqa xalqlar tərəfindən mənimsənilməsinə, ya da unudulmasına səbəb olur.

 

Palitra.- 2006.- 1 noyabr.- S. 12.