Bakı Slavyan Universitetində Polşa Mədəniyyət Mərkəzinin açılışı

 

Polşa Senatının sədri Boqdan Boruseviç onu müşayiət edən şəxslər noyabrın 9-da Bakı Slavyan Universitetində olmuş Polşa Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişlər.
Polşa Senatının sədri Boqdan Boruseviç BSU-nun rektoru, professor Kamal Abdullayev mərkəzin açılışını bildirən lenti kəsdilər. Mərasim iştirakçıları mərkəzdəki eksponatlarla
tanış oldular.
Sonra qonaqlar ali məktəbin professor-müəllim heyəti tələbələri ilə görüşdülər.
Rektor Kamal Abdullayev Polşa Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edənləri kollektivin adından salamladı, universitetin fəaliyyəti barədə məlumat verdi, onun Azərbaycan ilə slavyan dövlətləri, o cümlədən Polşa arasında əlaqələrin dərinləşməsində rolunu vurğuladı. Bildirdi ki, BSU-da digər slavyan dilləri ilə yanaşı, polyak dili ədəbiyyatı üzrə mütəxəssislər hazırlanır. Universitetdə Moskva, Ukrayna, Moldova, Yunanıstan, Türkiyə, Bolqarıstan mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini xatırladan rektor Polşa Mədəniyyət Mərkəzinin açılmasında səfir Kşiştof Krayevskinin xidmətini xüsusi vurğuladı.
Təməli hələ XV əsrdə qoyulmuş Polşa ziyalılarının ilk nümayəndələrinin Qafqaza Azərbaycana gəlişi ilə XIX əsrdə daha da inkişaf etmiş AzərbaycanPolşa əlaqələri haqqında məlumatlar da maraqla dinlənildi.
Rektor Polşanın ali məktəbləri ilə əlaqələrdən danışaraq dedi ki, bir neçə tələbəmiz Polşanın nüfuzlu təhsil ocaqlarını bitirib hazırda BSU-da müəllim işləyir.
Polşa Senatının sədri Boqdan Boruseviç bildirdi ki, Polşa ilə Azərbaycan arasında inkişaf edən əlaqələrdən xəbər verən Polşa Mədəniyyət Mərkəzinin açılışında iştirak etməkdən məmnundur. O vurğuladı ki, BSU-da polyak dili ədəbiyyatını öyrənən tələbələr təhsillərini Polşada davam etdirə bilərlər.
BSU tələbələrinin polyak dilində hazırladıqları ədəbi-bədii proqram maraqla qarşılandı.
Polşa Mədəniyyət Mərkəzinin açılışında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov digər rəsmi şəxslər iştirak edirdilər.

 

Azərbaycan.-2006.-10 noyabr.- S. 6.