Sabit Emin.
Yaddaşlara həkk olunan yubiley - 10
1996-cı il oktyabrın 30-da
prezident Heydər Əliyevin sərəncamı ilə çoxdan
fəaliyyət göstərən Qədim Musiqi Alətləri
Dövlət Ansamblına status verildi. Ansambl Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyətini
daha da genişləndirdi. Bu yaxınlarda Rəşid Behbudov adına Mahnı
Teatrında ansamblın yaranmasının 10 illiyi qeyd olundu. Respublika Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının
rektoru, professor Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın
rektoru, professor Siyavuş Kərimi, Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin direktoru, sənətşünaslıq namizədi Alla Bayramova,
ifaçılıq sənətimizin ağsaqqalı, ustad sənətkarımız,
respublikanın xalq artlsti Habil Əliyev və ansamblın bədii
rəhbəri, respublikanın əməkdar artlsti Məcnun
Kərimov Azərbaycan musiqi mədəniyyətində
önəmli yerlərdən birini tutan, qədim
mədəniyyətimizi beynəlxalq səviyyədə layiqincə
təmsil etməyə çalışan bu kiçik, amma fədakar kollektivin
fəaliyyətindən, çətin, keşməkeşli on lllik zəhmətindən
danışdılar, kollektivin bütün üzvlərini təbrlk edib onlara
müvəffəqiyyətlər arzuladılar.
Nazir Əbülfəs
Qarayev qeyd etdi ki, hazırkı vəziyyətdə biz bədnam
qonşularımızla, həm də ideoloji müharibədəyik. Qədim
musiqi alətlərimizi, xalq mahnılarımızı və başqa musiqi
nümunələrimizi, hətta mətbəximizi belə özününküləşdirməyə
çalışanlar qoy blr də əyani surətdə görsünlər ki,
Azərbaycan xalqının və yaşadığı ərazinin qədim tarixi
vardır. Əsası ümummilli llderimiz Heydər Əliyev tərəfindən
qoyulan və hazırda hörmətli prezldentimiz İlham Əliyev
tərəfindən davam etdirilən milli mədəni dəyərlərimizə
qayğının nəticəsidir kl, ansamblın bədii rəhbəri
Məcnun Kərlmov və konsertmeyster Munis Şərifov
respublikanın əməkdar artisti adına layiq görülmüşdülər.
Ustad sənətkar, xalq
artisti Habil Əliyevin çıxışı da maraqla dinlənildi. Habil müəllim
çıxışında qeyd etdi ki, biz müxtəlif obyektiv və subyektiv
səbəblərden milli dəyərlərimizin,
adət-ənənələrimizin vacib, mühüm xüsusiyyətlərini,
bəzən də bütöv bir hissəsini itirə-itirə gəlib
bu günə çıxmışıq. Ancaq Məcnun müəllim öz fəallyyəti
ilə sübut etdi ki, biz istəsək, itirdiklərimizin hamısını
tapıb xalqımıza qaytara bilərik. Ulu babalarımızdan miras nə qalıbsa,
hamısını bərpa etməliyik. Bunun üçün hər bir kəsdən
milli təəssübkeşlik, vətəndaşlıq mövqeyi lazımdır. Məcnun
Kərimovun simasında bizim hər birimiz bir nümunə
götürməliyik. Öz sənətinə məcnunsayağı bir
məhəbbətlə yanaşan Məcnun müəllimin
zəhməti böyükdür va biz sevinirik kl, dövlətimiz, hörmətli
prezidentimiz onun bu əziyyətlərini yüksək
qiymətləndirmişdir. Hörmətli nazirimiz çox düzgün olaraq qeyd
etdi ki, Qədim Musiqi Alətləri Dövlət Ansamblının xarici
səfərləri bundan sonra da geniş şəkildə təşkil
olunacaq va onların hər birinin fəaliyyəti layiqincə
qiymətləndirlləcəkdir. Sənət adamları çox
kövrək olur.
Dövlət tərəfindən qayğını hiss edəndə onlarda
yaradıcılıq meylləri güclənir və öz işlərinə daha
səmərəli yaradıcı münasibət bəsləyirlər.
Bədii rəhbər
Məcnun Kerl-movesası 1988-ci ildə qoyulan, 1996-cı ildən dövlət
statusu alan kollektivin tarixinden qısa məlumat verib qeyd etdi ki,
istifadə etdiyimiz bu alətlər bir daha sübut edir ki, bizim
musiqi mədəniyyətimiz çox qədim və həm də
zəngindir.
Qeyd edirik ki, səhnədə
quraşdırılmış geniş ekranlı video-görüntülərdə ulu öndərimiz
Heydər Əliyev qədim musiqi alətlərimizə olan
hədsiz marağını açıq şəkildə bildirdi və bütün bunları
arayıb ərsəyə gətirən Məcnun müəllimə
və ansamblın bütün üzvlərinə təşəkkürünü bildirdi.
Yubiley gecəsində
yüksək səviyyədə təşkil olunmuş bədii kompozisiya
tamaşaçıların yüksək zövqünü oxşadı və xoş bir xatirə kimi
yaddaşlara həkk olundu.
Azad Azərbaycan.- 2006.- 1 noyabr.- S. 6.