Samirə
Peşəkar musiqimizin tarixindən
Bakı mühiti ilə
Bu yazılmamış
qanunun belə mütləq bərqərarlığı
isə cilalanmış musiqi zövqünə malik ziyalı nəslinin
və peşəkar musiqiçilərin yetişməsinə
şərait yaratdı. Mübaliğəsiz demək olar ki, məhz bu
ənənənin sayəsində
dünyaya səs salan musiqiçilərimizin nəsli durmadan cavanlaşır.
"Azərbaycan
ladları əsasında solfecio" dərsliyinin yaranması 1947-ci ilə təsadüf edir. Üzeyir bəy
bu dərslik haqqında yazırdr. "F.Səmədova və F.Zeynalovanın mənim rəhbərliyim altında Azərbaycan muğamları və melodiyaları əsasında yaratdıqları solfecio dərsliyi respublikanın musiqi müəssisələri
üçün vacib və olduqca xeyirlidir. Dərslik mənim tərəfımdən
redaktə olunmuşdur.
Nəşr olunmasını təklif edirəm". Azərbaycan
peşəkar musiqisinin banisinin Azərbaycan SSR Nazirlər Soveti nəzdində incəsənət
işləri üzrə idarəyə göndərdiyi
sənədin tarixi
1948-ci il 24 sentyabra aiddir.
Fatma Səmədova
və Fatma Zeynalovanın fəaliyyəti
və həyat yolu haqqında qocaman
pedaqoq və bəstəkar Boris Zeydman
"respublikanın musiqi mədəniyyətinin yüksəldilməsində
iştirak edən görkəmli incəsənət
xadimləri"nin bioqrafıyası kimi danışırdı. Təbii ki, onların belə bir mövqeyə
çatmasında və dünyagörüşlərinin formalaşmağında
Üzeyir bəyin rolu müstəsnadır. 1922-ci ildən "Türk musiqi məktəbi"
adlı müstəqil tədris müəssisəsinin
fəaliyyətinə rəhbərlik
edən Ü.Hacıbəyli istedadlı musiqiçilərin böyük bir nəslini
yetişdirmişdi. Məhz türk
musiqi məktəbi azərbaycanlı balalarını musiqi təhsilinin sehrinə salaraq, eyni zamanda, peşəkar
nöqteyi-nəzərdən ən
istedadlı gənclərin
seçilməsində böyük
rol oynamışdı. Yalnız bu musiqi təhsili
ocağında ilk azərbaycanlı
qadın musiqiçi kadrları formalaşmış, onların əksəriyyəti
musiqi təhsili də almışdı. Bunların içərisində K.Səfərəliyeva,
X.Ağayeva, L.Muradova, C.Muradova, T.Rəhimova, N.Usubova və başqa adları vurğulamaq
olar.
F.Zeynalova və F.Səmədovanın musiqi məktəblərində
uzun müddət pedaqoji fəaliyyətlə
məşğul olmaları tədris-metodik işlə də dərindən maraqlanmalarına səbəb olur. Beləliklə, 1947-ci ildə "Azərbaycan ladları əsasında “solfecio” dərsliyi yaranır. Müəlliflər xalq muğamlarını
uşaqlarda musiqini eşidib-qavrama qabiliyyətinin
tərbiyə olunması və notları oxuma bacarığının yetişdirilməsində əsas
təkanverici üsul kimi irəli sürüblər. Köklərə
əsaslanan inkişaf yolunu əsas götürmək rus klassiklərindən tutmuş macar Bela Bartok,
braziliyalı Eyitor Vila Lobosadək bütün musiqi nəzəriyyəçilərinin,
bəstəkarların irsindən
"qırmızı xətlə"
keçir. "Azərbaycan
ladları əsasında “solfecio"da "Segah",
"Çahargah", "Bayatı-Şiraz",
"Şüştər", "Humayun",
"Rast", "Şur"
muğamlarının yeniyetmələr
üçün təfsirinə geniş yer ayrılıb.
Dərslikdə həmçinin xalq
və bəstəkar musiqi parçalarından çoxlu nümunə verilib. "Sona xanım","Ay qız, kimin qızısan", "Ay xanım" kimi xalq mahnıları, müxtəlif rəng və təsniflər, Ü.Hacıbəylinin
"Yaxşı yol",
"Şəfqət bacısı"
mahnıları, "Arşın mal alan", “O olmasın, bu olsun”
musiqili komediyalarından, M.Maqomayevin
"Nərgiz" operasından,
A.Zeynallı, C.Hacıyev, S.Rüstəmov, Niyazi və başqa ustad bəstəkarların
əsərlərindən musiqi
parçaları solfecio dərslərinin əsaslandığı
mənbələrdir. "Solfecio"nun ən qiymətli cəhətlərindən
biri, bəlkə də birincisi eşitmənin tərbiyə olunmasında xalq musiqisindən və milli musiqi klassikasından
başlamağı irəli sürməsidir. Dərslikdə birinci yerdə vokal musiqisinin durması bütün musiqiçilərin
tərbiyələnməsi üçün vacib amildir.
Bununla əlaqədar olaraq "Solfecio"da oxumanın vokal imkanlarının nəzərə alınması, onun qarşıya qoyduğu
tələblərin yerinə
yetirilməsinə riayət
olunur. Bu tələblər - tessitura rahatlığı,
yəni səs üçün asan götürülən
orta səviyyəli notların üstünlüyünə geniş yer verilməsi,
tessituranın üzvi surətdə genişlənməsi,
çətin götürülən yüksək səslərin bədii cəhətdən
işlənməsi, onlara
psixoloji-təbii yanaşma
ilə bağlıdır.
Həftə içi.- 2006.- 7 noyabr.- S. 8.