BSU-da Polşa Mədəniyyət Tədris Mərkəzinin açılışı

 

Rusiya, Ukrayna, Sank-Peterburq, Bolqar, Yunan, Türkiyə mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyi Bakı Slavyan Universitetində Polşa Mədəniyyət və Tədris Mərkəzinin açılışı oldu. Mərkəzin qırmızı lentini universitetimizə təşrif buyuran Polşa Respublikası senatının sədri cənab Boqdan Boruseviç kəsdi. BSU-nun rektoru professor K.Abdullayev gələn qonaqların mərkəzlə tanış etdikdən sonra onları universitetin akt zalında təşkil olunmuş tədbirə dəvət etdi. Tədbiri giriş sözü ilə açan Kamal müəllim cənab Bruseviçi digər qonaqları salamladı. Universitetə gəlişlərinə görə öz minnətdarlığını bildirdi. Rektor çıxışında Polşa Mədəniyyət Tədris Mərkəzinin açılışının BSUda polyakşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin təhsilinə müsbət təsir göstərəcəyini əminliklə vurğuladı. Azərbaycan Polşa respublikaları arasında yaranan siyasi əlaqələrin tarixçəsindən söhbət açan Kamal müəllim, eləcə iki ölkə arasında ədəbiyyat elm sahəsində olan bağlılıqdan söhbət açdı. 70-dən çox polyakşünaslıq ixtisası üzrə təhsil alan tələbəsi, bu ixtisas üzrə 82 məzunu olan Bakı Slavyan Universitetinin Polşa Universitetləri ilə olan sıx əməkdaşlığını vurğulayan natiq Polşa xalqına sülh, əmin-amanlıq arzulayaraq sözü cənab Boruseviçə verdi.

Cənab sədr Polşa Mədəniyyət Tədris Mərkəzinin açılışında iştirakına görə məmnunluq duyduğunu söylədi. "Bu mədəniyyət mərkəzinin açılışı Azərbaycan Polşa Respublikaları arasında olan sıx əlaqədən xəbər verir"-deyən B.Boruseviç, BSU-da polşaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin təhsillərini Polşada davam etdirmək imkanlarının olmasını qeyd etdi. Adı çəkilən mədəniyyət mərkəzinin təmirində Polşa senatının, səfirliyinin başqa firmaların köməklik etdiyini söylədi.

Tədbir tələbələrin polyak dilində hazırladıqları konsert proqramı ilə başa çatdı.

 

Azərbaycan müəllimi.- 2006.- 24 noyabr.- S. 4.