Tofiq Bakıxanovun 75 illik yubileyi qeyd olundu

 

Ötən gün Muğam Teatrında bəstəkar, xalq artisti, Tofiq Bakıxanovun 75 illik yubileyi qeyd olundu. Tədbiri giriş sözüylə teatrın direktoru Arif Qazıyev açdı. O, T.Bakıxanovun Əhməd Bakıxanovun layiqli davamçısı olduğunu dilə gətirdi. "Bu da o deməkdir ki, Bakıxanovlar şəcərəsi hələ uzun müddət yaşayacaq".

A.Qazıyev T.Bakıxanovun Qara Qarayevin tələbəsi olduğunu da diqqətdən qaçırmadı.

Sonra söz musiqişünas, professor Ramiz Zöhrabova verildi. R.Zöhrabov öz növbəsində T.Bakıxanovun yaradıcılığına qısa bir nəzər saldı. "Tofiq Bakıxanovun yaratdığı əsərlər bütün janrları əhatə edir xalqa çox doğmadır. Tofiq bəy 3 balet, 3 operreta, 26 sonata, 26 konsert, 5 simfonik muğam 100-dən artıq mahnı romansların müəllifidir. Onun əsərləri nəinki Azərbaycanda, hətta bütün Şərqdə məşhurdur". Qeyd edək ki, gecədə bəstəkarın əsərlərini daha çox gənc müğənnilərin ifasında dinləməli olduq. Bundan başqa, gecədə tanınmış yazıçılar, bəstəkar şairlər səbəbkarı təbrik etdilər.

 

Üç nöqtə.- 2006.- 3 noyabr.- S. 13.