Bülbüloğlu Polad: İnformasiya sahəsində əməkdaşlıq
ikitərəfli münasibətlərin
xaraktrindən irəli
gəlir
Əziz oxucular!
"Azərbaycan" qəzetinə
əlavə olan "Rusiyadan xəbərlər"
buraxılışın;n ilk nömrəsi qarşınızdadır. Bu nəşr Azərbaycan oxucusunu Rusiya cəmiyyətinin siyasi, iqtisadi və mədəni həyatında baş verən ən maraqlı hadisələrlə, habelə
ikitərəfli münasibətlər
sahəsində xəbərlərlə
müntəzəm olaraq
Qeyd etmək lazımdır ki, "RİA Novosti" artıq uzun müddətdir
Azərbaycanda fəaliyyət
göstərir. Oxucusuna daha yaxın olmaq və auditoriyasını
genişləndirmək istəyən
Rusiyanın "Novosti"
informasiya agentliyi ilk dəfə olaraq Azərbaycan dilində
"danışacaq".
Şübhəsiz, "Rusiyadan xəbərlər"
əlavəsinin işıq üzü görməsi son vaxtlar "strateji tərəfdaşlıq" kimi səciyyələndirilən ikitərəfli
münasibətlərin ümumi
tendensiyalarını bariz şəkildə əks etdirir.
Rusiyada Azərbaycan ilinin və Azərbaycanda Rusiya ilinin keçirilməsi
ikitərəfli münasibətlərin
bütün spektrindən istifadə etmək üçün yaxşı imkanlar
yaratmışdır. Hazırda Azərbaycan-Rusiya münasibətləri bir çox istiqamətlər (siyasi, ticarət-iqtisadi, mədəni, hərbi-texniki
əməkdaşlıq, beynəlxalq
terror təhlükəsinin qarşısının
alınması kontekstində sərhəd qoşunlarının fəal işbirliyi, parlamentlərarası əlaqələrin
fəallaşması) üzrə
harmonik inkişaf edir.
Ölkələrimiz arasında siyasi dialoqun intensivliyi xeyli dərəcədə
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir
Putin arasında qarşılıqlı anlaşma, etimad və hörmətin səviyyəsi
ilə müəyyən olunur.
Müntəzəm rəsmi və işgüzar səfərlər, qeyri-formal şəraitdə görüşlər, telefon əlaqələri dövlətlərimizin
başçılarına ikitərəfli
münasibətlərin ən
aktual problemlərini operativ şəkildə müzakirə etmək, beynəlxalq məsələlərə
dair mövqelərini razılaşdırmaq imkanı verir. Belə ki, hər iki ölkə Cənubi
Qafqazda regional təhlükəsizliyin
bərqərar edilməsi
üçün birgə səy göstərir. Biz strateji sabitlik,
qlobal çağırışların və təhdidlərin dəf edilməsi, regional münaqişələrin tənzimlənməsi
məsələlərində yaxın mövqelərdən çıxış edirik. Bu kontekstdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan
Respublikasının ərazi bütövlüyü nəzərə alınmaqla beynəlxalq hüququn norma
və prinsipləri əsasında həlli sahəsində ATƏT-in
Qarşılıqlı tərəfdaşlıq istəyimiz
iqtisadi əməkdaşlıq
sahəsində də
böyük imkanlar açır. Rusiya Azərbaycanın əsas
ticarət tərəfdaşıdır.
Ölkələrimiz 2010-cu ilədək olan dövrdə uzunmüddətli iqtisadi əməkdaşlıq proqramını uğurla həyata keçirir.
2005-ci ildə
Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında əmtəə dövriyyəsinin
həcmi 1 milyard ABŞ dollarını ötmüşdür. Ticarət
dövriyyəsinin yüksək
artım sürəti bu il də
davam edir: 2006-cı ilin yanvar-may aylarında əmtəə dövriyyəsinin həcmi 503,2 milyon dollar təşkil etmişdir ki, bu da
2005-ci ilin müvafiq dövründə olduğundan 1,4 dəfə çoxdur.
Rusiya şirkətlərinin
ixrac məhsullarını və xidmətlərini Azərbaycan bazarına gətirmək, ticarət-iqtisadi
əlaqələri fəallaşdırmaq
və Rusiya ilə Azərbaycan arasında çoxplanlı mehriban qonşuluq münasibətlərini genişləndirmək
məqsədilə 2006-cı il fevralın 21-dən
24-dək Bakıda "Rusiya
və Azərbaycan: strateji tərəfdaşlıq"
devizi altında Rusiya mallarının sərgisi təşkil olunmuşdur. Sərgi ilə eyni vaxtda ikinci Azərbaycan-Rusiya
iqtisadi forumunun iclası keçirilmişdir. Sərgi və forum Rusiya Federasiyasının Prezidenti V.Putin və Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin iştirakı ilə keçmişdir.
Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın
fəaliyyəti konkret praktik məsələlərin həllinə
yönəlmişdir. 2006-cı il fevralın 21-də Bakıda komissiyanın 10-cu iclası keçirilmişdir. İclasda qarşılıqlı faydalı iqtisadi və elmi-texniki əlaqələrin
genişləndirilməsinin, iqtisadi
sahədə ikitərəfli
razılaşmaların həyata keçirilməsinə nəzarətin
gücləndirilməsinin konkret
yolları və əməkdaşlığın digər
aktual məsələləri
müzakirə olunmuşdur.
Tərəflərin yanacaq-energetika sahəsində
əməkdaşlığı davam
edir. Rusiyanın "LUKoyl" neft
şirkəti 12 ildir Azərbaycanda uğurla fəaliyyət göstərir.
Tərəflər kimya, neft-kimya
və nəqliyyat sahələrində uğurla
əməkdaşlıq edir, aqrar-sənaye kompleksi sahəsində qarşılıqlı faydalı əlaqələrin-
fəallaşmasına xüsüsi əhəmiyyət verirlər.
İncəsənət sahəsində mübadilələrə
gəlincə isə,
bunlar tamaşaçılara, dinləyicilərə və
oxuculara yaxşı məlumdur. Rusiyanın məşhur teatrlarının,
yaradıcı kollektivlərinin,
ayrı-ayrı solistlərinin
qastrolları Azərbaycanın
mədəni həyatının
vacib tərkib hissəsidir. Mübaliğəsiz deyə bilərəm ki, azərbaycanlı artistləri də Rusiyada məmnuniyyətlə
qəbul edirlər.
Hazırda Azərbaycanda
keçirilən Rusiya ili çərçivəsində
rusiyalı artistlərin cavab qastrolları və bir sıra
digər maraqlı tədbirlərin keçirilməsi
nəzərdə tutulmuşdur.
Bu yaxınlarda Bakıda
ilk dəfə olaraq Beynəlxalq Rus kitabı festivalı keçirilmiş və bu, iki ölkənin
mədəni həyatında
əlamətdar hadisə
olmuşdur.
Rusiya və Azərbaycan informasiya agentliklərinin,
televiziya və radio şirkətlərinin əməkdaşlığı
davam edir. Şübhəsiz, bir
çox tarixi və geosiyasi səbəblərə, habelə
Rusiyada çoxlu sayda azərbaycanlının yaşadığına görə Azərbaycan-Rusiya münasibətləri,
bir növ, fenomen təşkil edir. Kiçik bir məqalədə
oxucular üçün maraq doğura biləcək
bütün mövzuları əhatə etmək çətindir. Bununla belə, ümid
edirəm ki, Rusiyanın "Novosti" informasiya agentliyinin yeni əlavəsi məhz bu məqsədlərə
- aktual problemlərin işıqlandırılmasına, düzgün informasiyanın verilməsinə
və ən başlıcası, xalqlarımız arasında möhkəm siyasi əlaqələrin və çoxəsrlik dostluq münasibətlərinin
əsaslanacağı və inkişaf edəcəyi ikitərəfli əməkdaşlığın
dərinləşməsinə xidmət edəcək.
Azərbaycan.- 2006.- 5 noyabr.- S. 6.