Nəzakət

 

Yaddaşlara həkk olunan musiqi

7 noyabr Azərbaycan bəstəkarı Tofiq Quliyevin doğum günüdür

 

Hər dəfə musiqi sənətimizin ecazkarlığından, dünyanı qarış-qarış gəzməsindən ağız dolusu danışır, bu nümunələrin təbliğatçısı olan müğənnilərin fitri istedadından söz açıb, onların sənət dünyasındakı mövqeyini xüsusi olaraq vurğulayırıq. Təbii ki, belə bir əsərləri yazıb-yaradan böyük sənsrtkarlarımız, istedadlı bəstəkarlarımız olmuş bu gün bu sənəti davam etdirən az sayda olmuş olsa da, musiqiçilərimiz vardır. Azərbaycanın retro musiqilərinin müəllifinə - bəstəkarına çevrilən Səid Rüstəmov, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev kimi sənətkarlar bu gün bizim musiqi dünyamızın hakim qüvvələridir. Bu adlar sırasında, əlbəttə ki, xüsusi olaraq böyük məhəbbətlə musiqilərini yaşatdığımız Tofiq Quliyevin imzası müstəsnalıq təşkil edir. Bu gün, yəni 7 noyabr tarixində mahnı janrının ən professional bəstəkarlarından hesab olunan Tofiq Quliyevin doğum günüdür.

Nəğmələri dünyanı dolaşan misrasında vətəni, gözəlliyi, məhəbbəti tərənnüm edən Tofiq Quliyev Azərbaycan musiqi sənətinin retro əsərləri sırasına daxil olan mahnıların müəllifidir. Şirin, həzin nəğmələrin möcüzəli bir qatında Tofiq Quliyev dünyasının ən ali hissləri özünü büruzə verir. İnsan ömrünün hər ahənginə, ritminə uyğun olaraq yazılan bu misralarda bəstəkarın kamil notları bütün varlıqların qəlbinin incəliklərini özündə əks etdirir. Azərbaycan milli misiqisinə yeni nəfəs, çalar, ahəng bəxş edən bəstəkar, yaratdığı nümunələrlə məxsusiliyi ilə seçilir bu nəğmələrdə Tofiq Quliyev dünyasının təməli sezilir.

Yaradıcılıq nümunələri ilə xalqın qəlbinə yol tapan Tofiq Quliyev qeyri-adi istedadı ilə dövlət tərəfindən daim diqqətdə qalmış, respublikanın xalq artisti adına iayiq görülmüşdür. Bəstəkar, pianoçu, Azərbaycan estrada musiqisinin banisi hesab edilən Tofiq Quliyev 73 il ömür yaşamış, - bu zaman kəsiyində zəngin nəsildən-nəsilə ötürülə biləcək irs yaratmışdır. Bu irsdən bəhrələnən onun dünya rniqyasında təbliğ edən Rəşid Behbudov, Şövkət Ələkbərova kimi müğənnilər sərhədləri aşmış, tərcüməsi olmayan bir dillə Azərbaycan haqqında böyük bir təsəvvür yarada bilmişlər.

Tofiq Quliyev 1917-ci il 7 noyabr tarixində doğulmuş, orta təhsil yiyələnmiş, 17 yaşında ikən - 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. 1936-cı ildə musiqi təhsilini başa vuran bəstəkar, elə həmin zamandan başlayaraq, professional sənətkar kimi fəaliyyət göstərmişdir. Onun bəstələdiyi "Sevgilim", "Sənə qalmaz", "İlk bahar", "Azərbaycan" digər mahnıları Tofiq Quliyevə tez bir zamanda şöhrət gətirmiş, mahnı janrının ən mahir bəstəkarı kimi tanınmışdır. Mətninə musiqi bəstələdiyi nümunələri Tofiq Quliyev heç zaman təsadüfi olaraq seçməmiş, bu şeirlərin ahəngdarlığına, bədiiliyinə xüsusi diqqət yetirmişdir. Professional bir şəkildə yazılmış nəzm əsəri ilə professional səviyyədə bəstələnmiş musiqi, məhz onun yaradıcılığına uzunömürlüyü bəxş edə bilmişdir.

Tofiq Quliyevin sənəti bu gün məhəbbətlə sevilir, onun yaradrcılıq irsinə professional sənətkarların gözü ilə baxıb, bu irsin məxsusi cəhətlərini səciyyələndirmək məqsədilə bir neçə bəstəkara müraciət etdik. Respublikanın xalq artisti, prezident təqaüdçüsü, bəstəkar Oqtay Zülfüqarov: "Uşaqlıqdan mən musiqi ilə məşğul olmuşam. Tofiq Quliyevin mahnıları hər zaman məni heyrətləndirmişdir. Azərbaycan Bəstəkarlar ittifaqının sədri vəzifəsində çalışmış Qara Qarayev, Rauf Hacıyevdən sonra, bu quruma Tofiq Quliyev rəhbərlik etmişdir. Onun 23 illik Azərbaycan Bəstəkarlar ittifaqının rəhbərliyi dövründə Tofiq Quliyevin tələbkarlığının sənətə qarşı məsuliyyətinin şahidi olmuşam. Sənətdə tələbkar olan bəstəkar yaradıcı insanlara qarşı olduqca həssas mülayim idi. İstedadlı şəxslərə yol açıb, onların yaradıcılığının püxtələşməsi üçün çalışan Tofiq Quliyev sənətə, məhz sənət meyarından yanaşır. Müasirləri olan sənət xadimlərinin yaddaşında Tofiq Quliyev həssas, sadə, mehriban ziyalı kimi qalmışdır.

Tofiq Quliyev akademik janrlarda yazan bəstəkar olsa da, mahnı janrına daha çox üstünlük verirdi. Azərbaycan kinofilmlərinə yazdığı musiqilər bəstəkarın yaradıcılığında, demək olar ki, ana xətti təşkil edirdi. Mən onu bir bəstəkar kimi Azərbaycan musiqisinin görkəmli bəstəkarı olaraq qiymətləndirirəm. Rus musiqisinin Dunayevskini hansı mərtəbədə özünə yer almışdısa da, Azərbaycan musiqi sənəti tarixində Tofiq Quliyev, məhz o yüksəkliyə qalxmışdır. qədər Azərbaycan musiqisi yaşayır. Tofiq Quliyevin sənət dünyası o qədər yaşayacaqdır".

Respublikanın xalq artisti, "Şöhrət" ordenli, prezident təqaüdçüsü Ramiz Mustafayev: "Tofiq Quliyev çox böyük bəstəkar, əsasən, mahnı janrının mahir bəstəkarıdır. Onun musiqisi həmişə öz metodikliyi ilə seçilmiş, insan qəlblərinə yol açmışdır. Professionallığa hər zaman diqqət yetirən bəstəkar qeyri-professional şəkildə yazılmış əsərləri qəbul etmir konservatoriyanı bitirməmiş musiqiçilərin bu sənətə ayaq açmasına imkan vermirdi. Bəstəkarlar İttifaqına sədrlik etdiyi dövrdə yalnız ali musiqi təhsili olan müxtəlif janrlarda əsərlər yazaraq, özünü təsdiqləyən şəxsləri ittifaqa üzv olaraq qəbul edirdi. Tofiq Quliyev mənim yaddaşımda  ziyalılığı, vətənpərvərliyi ilə yaddaqalan bəstəkardır. Onun musiqi əsərləri yaşadığı dövrdə otduğu kimi, bu gün müxtəlif nəslin nümayəndələri tərəfindən sevilir".

Qeyd edim ki, Tofiq Quliyev yaradıcılığının əsasında onun kino musiqisi xüsusi olaraq yer tutur. Bəstəkarın kinofilmlərə yazdığı onlarla musiqi əsərləri filmlərin ideya-məzmununun açılmasına təkan olmuşdur. Belə ki, bəstəkarın "Görüş", "Sevimli mahnı", 'Telefonçu qız", "Belə bir ada da vardır", "Nəsimi", "Qızmar günəş altında" s. filmlərə yazdığı musiqilərdə biz bu fikirlərin şahidinə çevrilirik. Bəzi hallarda filmlərdən obrazların, hərəkəti olmadan belə musiqi bütövlükdə göstərilən kadrın ideyasını tamaşaçıya, məhz Tofiq Quliyevin musiqisi vasitəsilə çatdırır. Sözsüz musiqilər zamanı insan idrakı düşünür, qarşısındakı hadisələri xırdalıqlarına qədər qavrayır. Onun fəlsəfi mahiyyət daşıyan musiqiləri  yaddaşımıza elə  həkk olunmuşdur ki, hətta qeyri-ixtiyari olaraq canlandırdığımız musiqilərin sonradan Tofiq Quliyevə məxsus oiduğunu düşünürük. Onun musiqiləri  yaddaşlarımızın ilkin səhifələrinə yazılmışdır.  Qətiyyətlə deyə bilərəm ki, Tofiq Quliyevin ən kiçik janrda yazdığı musiqi  nömrəsini  dinləyərkən, dərin geniş süjetli bir  əsəri dinlədiyimizi zənn edirik.

Tofiq   Quliyev operetta əsərlərinin müəllifi kimi sənət tarixində czünəmsxsus  yer qazanmışdır. Onun Musiqi Komediya Teatrının səhnəsində uğurla tamaşaya qoyulan uzun illər oynanılan "Sabahın xeyir, Ella!", "Sənin birgə sözün", "Aktrisa" kimi operettaları bu gün Azərbaycan səhnəsində oynanılır bəstəkarın adını yaşadır. Operetta  janrında  yazdığı əsərlərlə yanaşı, onun dram əsərlərinə   yazdığı   musiqi nömrələrini xüsusi olaraq qeyd etməliyik. Belə ki, bəstəkar Azərbaycan dünya klassiklərinin tamaşaya qoyulan əsərlərinə yazdığı musiqilər təkrarsızlığı ilə seçilir. 6, "On ikinci gecə", "Yaşar", "Aydın" digər əsərlərə musiqi tərtibatı  vermiş,  tamaşalar uzun illər Azərbaycan teatrının səhnəsində oynanılmışdır.

Tofiq Quliyev, həqiqətən , bənzərsizliyi, orijinallığı ilə seçilən yaddaşlarda qalan bəstəkarlardandır. Onun lirik notlar üzərində yazdığı janrından asılı olmayaraq, hər bir musiqisi insan idrakının, düşüncəsini yaddaşı, onun mənəvi dünyasının aynasıdır.

 

Səs.- 2006.- 7 noyabr.- S. 12.