Tofiq Quliyevin barelyefinin açılış mərasimi keçirilib
Xalq artisti, tanınmış bəstəkar Tofiq Quliyevin yaşadığı evin önündə - Hüsü Hacıyev, 23 ünvanında bəstəkarın xatirə lövhəsinin açılış mərasimi keçirilib. Barelyefin müəllifi tanınmış heykəltəraş Ömər Eldarovdur. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın heç zaman unudulmayacağını və yaratdığı musiqilərlə hər bir insanın qəlbində daim yaşayacağını deyib: "Millətimiz, xalqımız yaşayacağı qədər Tofiq Quliyev də yaşayacaq. Onun musiqiləri artıq bəşəri əhəmiyyət kəsb edir".
Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, xalq artisti Ramiz Zöhrabov
Tofiq Quliyevi estrada və caz musiqisinin banisi olduğunu deyib. Onun sözlərinə
görə, bəstəkar
bir sıra kinofilmlərə musiqi bəstələyib. "Onun ilk mahnısı
Mirzə Ələkbər
Sabirin sözlərinə
yazılıb. O, həyatının sonuna qədər 200-dən artıq mahnı yaradıb. Bu gün Tofiq
Quliyev kimi bəstəkara çox böyük ehtiyac var.
Əminəm ki, illərin ötməsindən
asılı oJmayaraq, onun musiqiləri hər birimizin qəlbini fəth edəcək". Bəstəkar
Siyavuş Kərimi qeyd edib ki,
gələn il görkəmli bəstəkarın
90 illik yubileyidir və bununla bağlı dövlət səviyyəsində tədbirlər
keçiriləcək. Bəstəkar Arif Məlikov da gənc bəstəkarlara Tofıq Quliyev kimi
olmalarını arzulayıb:
"Əsil bəstəkarın
mahnıları sayına görə
deyil, keyfıyyətinə görə seçilməlidir. Onun mahnıları insanların
ürəyinə çox yaxındır". Xalq artisti Rasim Balayev
Tofıq Quliyevin Azərbaycan mədəniyyətinə
töhfə olduğunu qeyd edib. O bildirib ki, Tofiq Quliyev
musiqisini sevən pis insan ola bilməz. Tədbirin sonunda Tofıq Qııliyevin
oğlu kinorejissor Eldar Quliyev hər
bir kəsə təşəkkürünü bildirib.
Tədbir iştirakçıları Tofiq
Quliyevin ad günü münasibəti ilə onun məzarını da ziyarət ediblər.
Xalq cəbhəsi.- 2006.- 8 noyabr.- S. 13.