Ayxan
"Təhminə və Zaur -2"
ZüIfiyyə Xanbabayeva
yeni klipini belə adlanırır
Əməkdar artist Zülfiyyə Xanbabayeva uzun müddət gizlətdiyi klipini təqdim etməyə hazırlaşır. Sənətçinin kino lenti ilə çəkilən klipi Vüqar Camalzadənin
indiyədək səslənməyən
bəstəsinə çəkilib.
Klipi kinorejissor Ramiz Fətəliyev çəkib.
Zülfiyyə əvvəlki klipləri kimi, yeni ekran işinin də onluqlarda rekord vuracağına əmindir: "Ramiz müəllim mənim gözlədiyimdən də gözəl bir ekran işi ərsəyə gətirib. Bu klipi qısa-metrajlı film adlandırmaq daha düzgün olardı, Fəxrəddin Manafov kimi bir sənətkarla eyni filmdə çəkilmək mənim üçün sevindirici olduğu qədər də məsuliyyətli idi. Artıq çəkilişlər başa çatıb və sonrakı proseslər də tamamlanmaq üzrədir".
Klipin süjeti barədə danışmaq istəməyən sənətçi, sadəcə, bu klipdə faciəvi qadın obrazını yaratdığmı deyir: "Bu klipi mən "Təhminə və Zaur -2" adlandırardım. Çox maraqlı və . təsirli slüjeti var".
Qeyd edək ki, klipin noyabrın sonunda ekranlara çıxacağı planlaşdırılır.
Hazırda yeni mahnılar
üzərində işləyən
Z.Xanbabyeva onlardan birinə də xaricdə klip çəkdirəcək.
Ekspress.- 2006.- 24 noyabr.- S. 16.