"Bu şəhərdə" 6 yaşını qeyd etdi

 

Heydər Əliyev adına sarayda 6 illik   yubileylərini  qeyd  edən    "Bu    şəhərdə"nin sakinləri Rafael Həmidov Coşqun İsgəndərov tamaşaçılara görünməmiş şou anları yaşatdılar. Deyəsən, elə tamaşaçılar da bundan qabaqca duyuq düşmüşdülər. Belə ki, sarayda, necə deyərlər, iynə atmağa belə yer yox idi. Hətta bir qisim şəxs proqramı ayaq üstə seyr etmək məcburiyyətində qaldı.

  Bərbərxana, zoopark, cin, elçilik, toy səhnələrinin hər biri tamaşaçılar tərəfindən gurultulu aJqışlarla qarşılandı. Aktyorların yaratdığı qadın obnazları isə tamaşaçıları əməlli-başlı yerlərindən tərpətdi...

Yüz eşitməkdənsə, bir görmək yaxşıdır. 3 gün davam edən şounu hələ ki, seyr etmək şansınız var.

 

İmpuls.- 2006.- 3 noyabr.- S. 14.