Mövsümova S.
Caz naminə şəhid olanımız da var
"Caz musiqisinin olub
keçənləri yadda saxlaması çox vacibdir. Məsələn, o,
çox-çox illər bundan əvvəl kiminsə qoşduğu mahnıları, yaxud
haçansa ilıq aylı gecələrdə səslənən qədim
xalq mahnılarını bilməli və onları yadda saxlamalıdır. Bunu caz
musiqisinin gözəl bilicisi Dyük Ellinqton söyləyib. Uzun müddət
diqqətlərdən kənarda qalsa da, son vaxtlar bu sənət
haqda ölkəmizdə də geniş təbliğat işləri aparılmağa
başlanıb. Bu işin uğurlu nəticəsi kimi iki ildən artıq işıq üzü
görən “Caz dünyası” jurnalı da çox söz deyə bilər. Caz haqqında
ətraflı məlumat və təəssürat yaradan jurnal və
bugünkü caz sənətinin musiqi tarixi haqqında məlumat almaq üçün
“Caz dunyası” jurnalının baş redaktoru Leyla Əfəndiyeva ilə
söhbətləşdik.
- Neçə illər idi ki, caz
musiqisindən bəhs edən jurnal nəşr etdirmək arzusunda
idik. Mən altı ildən artıq orta məkləbdə fizika
müəllimi kimi çalışmışam. Tale elə gətirdi ki, indiki həyat
yoldaşım Rain Sultanovla qarşılaşdım. O, məni caz musiqisinə
həvəsləndirdi və çox sirlərdən agah etdi. Artıq
hiss etdik ki, dogrudan da caz jurnalının yaranması vaxtı çatıb. Çünki Bakıda
həm əcnəbilərin, həm də əcnəbi
ölkələrə səfər edənlərin sayı çoxdur. Jurnal
çap etdirmk isə heç də asan iş deyil, onun maliyyə
tərəfi də var. 2004-cü ildə həyat yoldaşım Rain
Sultanov Caz Mərkəzinin baş müdiri vəzifəsinə keçdi
və bizə jurnal çap etmək üçün imkan yarandı. Hazırda jurnalın
çapına “AzEuroTel” şirkətinin baş direktoru Nuru Əhmədov
köməklik göstərir. Biz ona göstərdiyi mənəvi və
maddi dəstəyə görə hədsiz dərəcədə
minnətdarıq, Qısa bir zaman kəsiyində həm ölkə
daxilində, həm də xarici ölkələrdə çox
popuryarlıq əldə edə bildik. Jurnal üç dildə - azəri,
ingilis və rus dillərində nəşr olunur.
- Sizin jurnalın
nəşrindən əvvəl işıq üzü görən "Azərbaycanda
caz antalogiyası" kitabınızda milli caz sənətimizin tarixi
haqqında məlumat çatdırmaq baxımından əhəmiyyətli mənbədir".
- Azərbaycanın caz tarixi
deyəndə ancaq Vaqif Mustafazadə və qızı Əzizə
Mustafazadə xatırlanır. Xarici ölkələrdə də bizim cazmenlərdən
yalnız onların adı bəllidir. Amma Azərbaycanın çox qədim caz
musiqi ənənələri var. "Azərbaycanda caz antalogiyasının
yaranmasında yenə də Rain Sultanov və Nuru Əhmədovun
böyük xidmətləri olub. Kilab dörd dildə çap edildi. Bu kitab bütün
dünyanı gəzdi, xüsusən ona görə ki, hər ölkədə
caz musiqisinin tarixi haqqında dörd dildə kitab yoxdur. Kitabın
içində həm də iki SD- diski var. Diskdə Tofiq Quliyev,
Pərviz Rüstəmbəyov, Rövşən Rzayev, Tofiq Şabanov, Cahangir
Qarayev, Rafiq Babayev, Vaqif Mustafazadə, "Qaya" qrupu və
onlarla eyni dövrlərdə vətəninizdə yaşayıb
fəaliyyət göstərmiş Vladimir Vladimirov, David Koyfmanın caz
musiqiləri yer alıb. Biz çalışmışıq ki, musiqidə yeni bir
isitqamət olan cazın baniləri olmuş, onun yaranmasına və inkişafına
sanballı löhfələr vermiş musiqiçilər barədə etibarlı
mənbələrdən əldə edilən faktları toplayaraq
və mümkün qədər tam təsvir edək. Bu kitaba həm
də müasir caz bəstəkarları və ifaçıları barədə
bioqrafik oçerklər və məqalələr də daxil edilib. Fikrimcə,
caz musiqisinin Azərbaycana gəlib çıxması heç də təsadüfi
deyıl. Çünki o dövrdə ölkəmizdə milli musiqiyə və
milli mədəniyyətə oxşamayan yenilikləri qavramaq üçün
artıq yetişmiş və buna hazır olan, əksəriyyəti Avropada
və Rusıyada təhsil almış ziyalılar vardı. Üstəlik,
həmişə beynəlmiləl olan Bakıda müxtəlif
millətlərin nümayəndələrinə xas olan
mədəniyyət və dünya baxışları mövcuddur.
- Kitabdakı faktların
səhihliyinə nə dərəcədə nail olmusunuz?
- Kitab çox dəqiq analiz
edilmiş materiallar əsasında ərsəyə gəlib. Məsələn,
kitabda Tofiq Quliyevin bir vaxtlar Moskvada caz orkestrində ifa
etməsi haqqında məlumat verilir. Bu haqda çox az adam məlumatlıdır.
Və yaxud estrada-caz orkestrlərinin yaranması haqqında məlumat
verilir, Materialları əldə etmək üçün iki il ərzində
axtarışda olduq. Əsasən arxivərdə, kitabxanalarda olur,
köhnə musiqiçilərin ailələri ilə əlaqə
yaradırdıq. Kitabda görkəmli saksafonçu Pərviz Rüstəmbəyov
haqqında hadisə də qələmə alınıb. O, caz ifa
etdiyinə görə 1940-50-ci illərdə repressiyaya məruz
qalaraq qətlə yetirilib.
- Jurnalın oxucu audıtoriyasını toplamaq sizə
çətin olmadi ki?
- Caza marağın azlığı çox normal haldır. Çünki Amerikanın özündə də popa marağı olanlar
indi rok musiqisi ilə maraqlanırlar və caza az maraq göstərirlər. Caz çox zəngin intellektual və ağır musiqidir. Son vaxtlar Rain Sultanov Caz Mərkəzinin baş müdiri olandan
sonra Bakıda caz bum səviyyəsinə
çatdı. Bakıda iki nəhəng
caz festivalı keçirildi, jurnal nəşr edildi, iki böyük caz
ustası Bakıda qonaq oldu, prezidentlə
məşhur cazmen Herbi Neks arasında
görüş keçirildi. Bakıda indiyə qədər belə hadisə olmamışdı, 1960-cı ildə olmuşdusa da, amma
bir o qədər də populyar olmamışdı.
- Şəhərimizdə
qonaq olan sənətçiləri Azərbaycan
caz sənətinə
necə cəlb edirsiniz?
- Əlbəttə ki, qonaqlar Azərbaycan cazını o qədər də yaxından tanımayanlardır və onları buna cəlb
etmək heç də asan iş
deyil. Elə o səbəbdən də böyük miqyaslı
festivallar keçirilmirdi.
Belə bir işi həyata
keçirmək üçün insaniar arasında böyük təbliğat kampaniyası aparıldı. Ümumiyyətlə, Bakıya gələn
qonaqlar hər zaman gözəl təəssüratarla buradan gediblər. Məsələn, Türkiyədən musiqiçi gətirmək o qədər də çətin deyil, qonorarını verib gətirirsən. Amma tanınmış
əcnəbi musiqiçilər
regionlara getməyə
ehtiyat edirlər.
Məsələn, Stinqi Gürcüstana
çağırmışdılar, lakin o görüşdən imtina etmişdi. Əcnəbilər
gəlməmişdən əvvəl
gedəcəkləri ölkənin
vəziyyəti ilə
hərtərəfli
- Azərbaycan cazını hansı mərtəbədə
görürsünüz?
- Müasir Azərbaycan cazı güclü musiqi istiqamətidir,
ona görə ki, bu gün
bizdə çox gözəl caz ustaları var. Onlar Azərbaycan caz musiqisini xaricdə yüksək səviyyədə
təbliğ edirlər. Onların sırasında Cəmil Əmirov, Şahin Növrəsli, Rain Sultanov, Əzizə Mustafazadə,
Salman Qəmbərov və Vaqif Gərayzadənin
adlarını çəkə bilərəm. Bu musiqiçilər
az olsa
da, deyə bilərik ki, onlar caz sənətini
yaşadacaq, ölməyə
qoymayacaqlar. Biz iki il bundan
əvvəl müsabiqə
elan etdik və bu zaman
çox istedadlı gənclər aşkar etdik.
- Bizim elə gənclərimiz var ki, onlar
özlərinə peşə
seçəndə ilk əvvəl sənətin qazanc mənbəyi olacağı haqda düşünürlər. Caz sənəti gənclərə
qazanc gətirmək baxımından nə dərəcədə sərfəlidir?
- Əfsus ki, biz hələ o səviyyəyə
çatmamışıq ki, musiqiçilərimiz
yaxşı maaş alsınlar. Məsələn, biz bir-neçə dəfə
də bu mövzuya toxunmuşuq. İndi Mədəniyyət
və Turizm Nazirliyinə belə bir müraciətimiz olacaq ki, heç
olmasa əvvəlki vaxtlarda olduğu kimi orkestrlər
olmalı və onlar üçün xüsusi
ştat olmalıdır ki, musiqiçilər ora işə götürülsünlər.
Onlar da sənət işçiləri kimi normal maaş
almalıdırlar. Sovet vaxtında belə
ştat var idi. Caz musiqiçiləri toylara
getmir. Bu səbəbdən də axşamlar şəhərdə olan yalnız bir
neçə elit restoranda piano, saksafon, gitara ifalarında caz musiqiçilərinin musiqilərini eşidirik.
Caza olan marağı artırmaq
üçün ancaq təbliğat işlərini gücləndirmək lazımdır.
Elə olur ki, televiziyanı
hər dəfə yandırıb hansısa pis musiqini - tez-tez dinləyirsən və gecə yatanda da musiqi
insanın beyninə həkk olunur. Bu təzyiqdir. Hesab edirəm ki, bütün kütləvi informasiya vasitələri bu işə çox
ciddi yanaşmalıdırlar.
Hətta
özü oxuya bilməyənlər efirə
çıxıb deyir ki, oxumağı bacarmayanları
efirə buraxırlar.
Televiziyada bu mənada
senzura qoyulmalı, efirlər keyfiyyətli musiqiyə meylli olmalıdırlar.
- Sizin caz haqqında verilişlə
efirə çıxmaq fikriniz varmı?
- Vaxtı ilə belə verilişlər olub. Sonralar “Lider” kanalında da belə bir
veriliş yayımlanırdı, amma gecə saat ikinin yarısı
efirə buraxılırdı ki, bu vaxtı
da heç kəs
baxmırdı. İndi caz haqqında tok-şou tipli maraqlı bir
layihə üzərində
işləyirik. Amma
məncə, müəllif fikirləşməməlidir
ki, o, hardansa sponsor axtarıb tapsın. Özəl kanallar reytinqlərini qaldırmaq üçün caz sənətini təbliğ etməlidir.
- Layihə hansı şəkildə reallaşacaq?
- Belə bir ideyamız var
ki, onu dəyirmi
masa şəklində təqdim edək. Bu tip verilişlər Moskva kanallarında çox dəbdədir. Yəni əks-fikirli iki
insan bir mövzu ətrafında polemika aparır və nəticədə doğan fikir ortalığa
çıxır. Bakıda artıq caz musiqisi ilə maraqlanan orta yaşlı, musiqini anlayan təbəqə yetişib. Amma efir üçün müəyyən səbəblərdən
hələ hazır deyil.
Paritet.- 2006.- 11-15 noyabr.- S. 11.