Rüstəm Z.

 

«Bakıda yeni ŞHK-nın yaradılması zərurəti var»

 

Bunu Aleksandr Maslyakov 65 illik yubileyində bildirib

 

"Şən Hazırcavablar" Beynəlxalq Klubunun 45 onun aparıcısı Aleksandr Vasilyeviç Maslyakovun 65 illiyinə həsr olunmuş bayram mərasimlərində iştirak edən "Bakılı oğlanlar" komandasının üzvləri Moskvadan qayıdıblar. Komandanın apa oyunçusu Bəhram Bağırzadə Bakı komandasının çox uğurla çıxış etdiyini bilidirdi. Qeyd etdi ki, həmin axşam Moskvanın Ordu Evində 16 komanda çıxış edib: On beş gənc bir veteran. Bu veteran komanda isə "Bakılı oğlanlar" olub. Gecəni məhz Azerbaycandan olan komanda başa vurub.

Tədbirdə çıxış edən "Şən Hazırcavablar" Beynəlxalq Klubunun prezidenti Aleksandr Maslyakov bildirib ki, ŞHK-nın xeyli yaşı var. Lakin o gənc istedadlı nəsillərin fasiləsiz dəyişməsi ilə cəlbedicidir, "ŞHK televiziya oyunu himni yaranıb 45 il televiziya verilişi üçün böyük vaxtdır. Hətta yubiley şənliyimizdə iştirak edən Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, bu, dünya televiziya təcrübəsində görünməmiş haldır. Biz bununla başqalarından fərqlənməyimizə görə çox şadıq. ŞHK oyun deyil, həyat təradır". A.Maslyakov daha sonra Bakıdan olan komanda haqqında danışarkən qeyd edib ki, Yuli Qusmanın Anar Məmmədxanlının komandalarındakı oğlanlar çox parlaq, dinamik hazırcavab adamlar kimi yaddaşlarda qalıblar. O bildirib ki, bir komandada birləşəndə, onlarla yaşmaq çox çətin idi, "biz hətta 10 ən məşhur ŞHK komandasının turnirini keçirəndə belə, "Bakılı oğlanlar" yarışı parlaq qələbə ilə başa vurdular. Bakılı ŞHK-çıların Beynəkalq ŞHK İttifaqında xüsusi yeri var indi onu doldurmaq gərəkdir. Yaxşı yumor hissi olan gənclər hər yerdə yetişir bu ənənəni davam etdirmək lazımdır.

Yadımdadır ki, "Bakılı oğlanlar" komandası 1992-93-cü illərdə çempion olmuş, 1995-ci ildə Superkubok qazanmış, 2000-ci ildə isə əsrin çempionu adına layiq görülmüşdür. Mən çox şadam ki, Bakı komandası bir vaxtlar belə uğurlar qazanıb, lakin bununla belə, yeni ŞHK komandasının yaradılması zərurəti var. Komandalar var, lakin onları təşkil etmək Bakıda bu ənənəni dirçəltmək lazımdır. Beş illik fasilədən sonra əsas vəzifə istedadlı gəncləri bir araya gətirib, digər klublar arasında layiqli yer tuta biləcək əsl komanda yaratmaqdır", - deyərək, yubilyar fikrini tamamladı.

 

Ayna.- 2006.- 29 noyabr.- S. 8.