"Xalq aşığı" günü qeyd
edilmişdir
Gədəbəy rayonunda ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə "Xalq
aşığı" ansamblı adı verilməsinin 25 illiyinə və
Gədəbəy aşıqlar ansamblının yaradılmasının 40 illiyinə
həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Xalq şairi İlyas Tapdıq Gədəbəy aşıqlarına ümummilli lider
Heydər Əliyev tərəfindən verilən yüksək adı
bir daha tədbir iştirakçılarının diqqətinə çatdıraraq onları bu
şərəfli ad və bayram münasibətilə təbrik etdi.
Sonra rayon icra hakimiyyətinin başçısı K.Rzazadə, rayon
mədəniyyət və turizm şöbəsinin müdiri
F.Məmmədova, Milli Elmlər Akademiyası Folklor İnstitutunun aşıq
yaradıcılığı şöbəsinin müdiri, filologiya elmləri namizədi
E.Məmmədli Azərbaycanda, o cümlədən
Gədəbəydə dövlət səviyyəsində aşıq
sənətinə göstərilən diqqət və qayğıdan
danışdılar. Qonşu rayonlardan gəlmiş şair-aşıqların ifa etdikləri
şeirlər, saz havaları iştirakçılar tərəfindən
rəğbətlə qarşılandı.
Tədbirin sonunda aşıqlara rayon icra hakimiyyəti adından fəxri
fərmanlar və qiymətli hədiyyələr təqdim
olundu.
Azərbaycan.-2006.-15 noyabr.-S.8.