Ağakişiyeva Zərnigar:
"Rollarım həyata baxışımı kökündən dəyişdirib"
Zərnigar Ağakişiyeva Azərbaycan teatrı və kinosunda çoxsaylı obrazlar yaratmış istedadlı aktrisadır. Tənhalığı adi,
normal həyat tərzi
sayır, özü demişkən, onun yaradıcı dünyasında tənhalığa yer yoxdur. Özünü səhnədə tapıb,ona, xarakterinə uyğun çoxsaylı rollar yaradıb. Həmişə
teatrı doğma bir məkan olaraq sevib, sənətinə
olan sonsuz sevgidən ömrünə də işıq düşüb.
Həyatda gözlənilməzliklər həmişə olur. Insan taleyinə, sənətinə
bağlı olanda rastlaşdığı çətinliklərə
sinə gərir, özünü təsdiq edir. Zərnigar xanım deyir ki, sənətə sevgisi heç vaxt
ona təsəlli olmayıb, əslində bu sevgi ömrünün
yönü olub. Bu sevgi ömrünə
ondan asılı olmadan gəlib. Səhnəyə olan sevgisini
taleyin hökmü sayır. Özünü daxilən rahat
hesab edir, ona görə ki,
taleyinə sadiq qalıb, zəhmətsevər
olub, bacarığmı, qabiliyyətini sübut edib.
Yaradıcılıqda orta hədd olmur: ya yer, ya
da ki, göy
olur. Yaradıcılıq əslində insanın
özünüifadəsi deməkdir.
Onun fikrincə, orta hədd o zaman olur ki, insan
hara gəldiyini bilmir. Bu, əslində
özünü aldatmaq deməkdir. İnsan daim həyatın bütün əzablarına üstün gəlməyi bacarmalıdır: "Sənətə
olan tükənməz sevgim son nəticədə
tamaşaçmın daxili aləminin zənginləşməsinə,
onun həyata, dünyaya, insana münasibətinin təkmilləşməsinə
az da olsa
kömək edibsə, bu, xoşbəxtliyimdir. Əsas odur ki, gərək yaradıcı adam
böyük dünyasından bir an da olsun
ayrılmasın. Belə də insan inanır ki, düz
yoldadır. Əsas odur
insan özünü daxilən tanıya bilsin. Əslində insanın butün uğurları onun özünə
inamından başlamır. Amma bir məqam var ki, insanın
arzuları gəncliyində
zamanı qabaqlayır. O
arzunun həyata keçməsi üçün on illər lazım gəlir. Rollarım bir insan kimi
həyata baxışını kökündən
dəyişdirib, pisi yaxşıdan, yaxşını pisdən ayırmaqda, nəticə çıxartmaqda, mənfi xüsusiyyətlərimi
tanımaqda mənə çox kömək edib"
İnsan yaşlaşdıqca arzularını daha tez reallaşdırmağa can atır: daxili, mənəvi
aləmi hədsiz mürəkkəb, sirlidir. İnsan ömrü arzuları ilə
müqayisədə azdır.
Daim işləmək, özünü öyrənməyə vaxt tapmamaq istər-istəməz
daxili narahatlığa səbəb olur. Adətən,
filosoflar da, şair və yazıçılar
da, incəsənət
adamlarında özünü öyrənmək imkanı daha çox olur.
Zərnigar xanım deyir elə bir insan tapmaq
çətindir ki, həyatında bu və ya başqa
şəkildə müqavimətlə
rastlaşmasın: "Mən
də bu baxımdan istisna deyiləm. Amma ailəmdən müqavimət
görməmişəm. Gərək qabağına
dağ diyirlənəndə
sarsılmayasan, başını itirməyəsən. İnadlı insan
mütləq özünü təsdiq edəcək.
İnsan ona verilən ömür payını, qismətini
yaşamağı bacarmalıdır.
Bu mənada özümü
tənha saymıram.
Qohum-əqrəbam var, digər
tərəfdən də
kollektivin içindəyəm.
Teatrın özı böyük bir
ailədir. Ətrafımda
nə qədər doğma insanlar var. Əgər tamaşaçılar tərəfindən sevilirsənsə
tərıhalığı niyə
hiss etməlisən? Ömrümü sevdiyim
işə həsr etdim. Əgəı indi də tamaşaçılar tərəfindən
alqışlanıramsa, bu, səadətimdir. Sevdiyi işlə
məşğul olması insanın ən böyük xoşbəxtliyidir".
Sənətdə rəqabət
məsələsinə münasibət
bildirən aktrisa deyir: "Gərək paxıllığını çəkən adamın ya təsirinə,
ya da ki,
dərdə düşəsən.
Görürsən biri istedadı,
bacarığı ilə mövqe qazanır, digəri isə dolayı yolla həmin
mövqeyə yüksəlməyə
can atır. Vaxtında çox
əziyyət çəkmişəm.
Bizim nəsil həmişə teatra böyük sevgi
ilə yanaşıb. İstəyirəm indiki gənc
yaradıcı nəsil istedadını tamamilə aşkarlasın. Onların sənətə sayğılı münasibətindən razıyam".
Xalq cəbhəsi.- 2006.- 3 noyabr.- S. 15.